Abşeron sakinlərindən DTX-ya müraciət: “Əli Nağıyev əməkdaşlarını Abşeron icra başçısının kabinetinə göndərsin”

03.03.2020 - 09:57
Azərbaycanda yeganə xanım icra başçısı İradə Gülməmmədovadır. Ancaq tiranlığı, odiozluğu, vətəndaşların başına açdığı müsibətləri, qanunsuz hərəkətləri, tarana gedən əməlləri ilə elə ad çıxarıb ki, bütün Abşeron rayonu ona üsyan edir.
Rayonun Güzdək qəsəbəsindən Masazıra, Xırdalana qədər İ.Gülməmmədovanın fəaliyyətindən kütləvi narazılıq var.
Anaxeber.info-nun əldə etdiyi məlumata görə, Abşeronun icra başçısından boğaza yığılan əhalinin şikayətləri ona təsir etmir.
Hətta Dövlət Təhlükəsizlik Xidmətinin üç rayon icra başçısını həbs eləməsi də İ.Gülməmmədovanın əl-ayağını yığmasına gətirib çıxarmayıb.
Bunu Sumqayıtın icra başçısı Zakir Fərəcovun ona himayədarlıq etməsi ilə əlaqələndirirlər. Abşeronun “fironu” kimi davranan xanım icra başçısı siyasi hakimiyyətin yeni kursunu ayaqlar altına atıb.
Belə bir arxayınlıq İ.Gülməmmədovanın bütün davranışlarında özünü göstərir: rayon bərbad günündədir, evin tikintisi üçün rüşvət istənilir, Abşeron qarış-qarış satılıb, yollar fəlakət içindədir, vətəndaşların müraciətlərinə baxılmır, xüsusən Xırdalan müharibədən çıxmış bir yerə oxşayır, prezidentin səfəri olarsa, ona nümayiş etdirmək üçün abad yer yoxdur.
Bu dediklərimizi sosial şəbəkələrdə Abşeron sakinləri daha böyük ağrı, qəzəb və hiddətlə yazırlar. Onların arasında DTX əməkdaşlarını Abşeron RİH-ə çağıranlar da var, prezidentin tapşırıqlarına əməl edilmədiyini söyləyən də, İ.Gülməmmədovanın istefasını tələb edən də…
Biz heç bir şərh vermədən facebook-da Abşeronun icra başçısına nifrətini, hirsini bəyan edin, rayondakı acınacaqlı vəziyyətdən cana doyan sakinlərin yazdıqlarını təqdim edirik:
Əşrəf Sadiq: “Azərbaycanda ən bərbad rayon Abşerondur”.
Arif Cəfərli: “Onu idarə edən Sumqayıtın icra başçısı Zakir Fərəcovdur”.
Elnur İsgəndərov: “Xırdalanda bir metr boş yer qoymayıb, hamısını satıb”.
Ruslan Babayev: “Abşeron ən korrupsiyalaşmış, kriminallaşmış rayondur”.
Ağasif Salamov: “Prezident onu da başa salacaq, Xırdalanı xarabalığa çevirib”.
Səbinə Abdullayeva: “Onun kimi rüşvətxor, xalqı eşitməyən olmayıb. Xırdalan camaatını saymır. Dövlət niyə hələ də susur?
Bu insan qaz xəttinin qarşısında obyekt tikdi, sonra həmin yolu bağladı, qazı kəsdilər, qaz xəttinin istiqamətini dəyişdilər. Yəni, belə özbaşınalıqlar edən biridir”.
Elçin Kərimov: “Abşeronda qanunlar işləmir, şikayətə baxılmır”.
Asif Rəhimov: “Əli Nağıyev əməkdaşlarını Abşeron icra başçısının kabinetinə göndərsin. Baxıb görsünlər ki, nə qədər pul oğurlayıb…”
Hüseyn Ağayev: “Su kanalları hər gün bir yerdən partlayır”.
Nərgiz Hacıyeva: “Bu qadının öhdəsindən heç kim gələ bilmir. Arxası möhkəmdir, heç kəsdən çəkinmir. Xırdalanda bir metr yer qoymayıb, hamısın satıb”.
Anaxeber.info məlumat verir ki, bu şərh və narazılıqlar sosial şəbəkələrdə Abşeronun icra başçısı ilə bağlı yazılanların az hissəsidir. Hazırda respublikanın heç bir regionundan bu dərəcədə ifrat dozalı etiraz yoxdur.
Halbuki, İ.Gülməmmədova xanımdır, kişi həmkarlarından fəaliyyətinə görə fərqlənməliydi, I vitse-prezident Mehriban Əliyevanın xeyirxah işlərindən nümunə götürməliydi.
Lakin Abşeronun xanım icra başçısı sanki İH rəhbərlərinin arasındakı MTN generalı Akif Çovdarovdur.
Şərh yazan minlərlə rayon sakini açıq formada Abşeronda İradə Gülməmmədovanın fəaliyyətsizliyini bildirib və onu ciddi faktlarla ittiham ediblər. Görünür İradə Gülməmmədova Abşeronu idarə edə bilmir.
Ötən il Qarabağ qazisi Fuad Əkbərov Abşeron Rayon İcra Hakimiyyətinin qoçu dəstələrinin fiziki təzyiqlərinə və qanunsuz tələblərinə etiraz edərək evinə od vurması ilə cəmiyyətdə geniş rezonans doğurmuşdu.
Qazi evini yandırmamışdan əvvəl bildiribmiş ki, Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar.
Bir müddət əvvəl isə icra hakimiyyətinin qoçuları 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovu vəhşicəsinə döymüşdülər.
2015-ci ildə Zakir Fərəcovdan sonra RİH başçısı vəzifəsinə İradə Gülməmmədovanın təyin olunması narazı Abşeron sakinlərini ümidləndirmişdi.
Onlar düşünürdü ki, bəlkə, xanım icra başçısı daha humanist və ədalətli olacaq, rayon sakinlərinin illərdir həll olunmayan problemlərini bir-bir yoluna qoyacaq. Ən əsası, qapı arxasında qalmağa öyrəşmiş sakinlərin şikayətlərini eşidəcək.
Ümumiyyətlə, qanunların işləmədiyi,rüşvətin və korrupsiyanın ayaq açıb yeridiyi, bir qrupun şəriksiz hegomonluq etdiyi rayon sosial-iqtisadi problemlər girdabında boğulur.
İradə Gülməmmədovanın rəhbərlik etdiyi Abşeron rayonu “salam verdim rüşvət deyildir deyə almadılar” prinsipi ilə idarə olunur.
Gülməmmədova Abşeronda və digər ərazilərdə sayı-hesabı bilinməyən irili-xırdalı obyektlərə də sahiblik edir. Həmin obyektlər sırasında Xırdalan şəhərində fəaliyyət göstərən və qardaşı İlham adlı şəxsə məxsus olduğu bildirilən “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayı yolunun üstündəki “Palma” supermarketi, Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, Binəqədi rayonunun “Vorovski” qəsəbəsində fəaliyyət göstərən “Zümrüd” klinikası, onun yaxınlığındakı şərab evi və s-in, xanım icra başçısına məxsus olduğu bildirilir. Söylənilən iddialara görə o, rəhbər vəzifəyə təyin olunduqdan sonra qeyd olunan obyektlərə sahib ola bilib.
Hələ bu azmış kimi, Abşeronun icra başçısı İradə Gülməmmədova özünü dövlətin banisi, müstəqilliyin lideri, siyasi xadim kimi aparır. Belə düşünməsəydi, özünün şəkli olan məktəbli kitabçalarını təhsil ocaqlarına paylatmazdı.
Xatırlayırsınızsa, bir müddət əvvəl məktəbli kitabçasının içərisinə vurulan fotolar icra başçısı İradə Gülməmmədovanın Novruz şənlikliklərindən birində iştirakı zamanı çəkilmişdi.
Ümumiyyətlə, məktəbli kitabçasında Novruz şənliyi ilə bağlı Abşeron RİH-nin tədbiri niyə işıqlandırılmalıdır? Nə üçün şagird icra başçısının bu bayramda iştirakını bilməlidir? Bunun təhsilə, tədrisə nə aidiyyatı var?
Anaxeber.info
Turan

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=143414

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930