Rəsulzadə fenomeni və Paşinyanın striptizi

17.05.2020 - 09:29

Bir çox şeylər ilk baxışda qeyri-real və hətta mümkünsüz görünməsinə rəğmən, siyasi texnologiyaya tabe kimidir. Məsələn, arzu ediləni gerçək kimi təqdim etmək, bir millətçini və ya faşizm tərəfdarını xalqa və ictimaiyyətə demokrat qismində sırımaq kimi.
Deyəsən, erməni inqilabının müəlliflərinə bu, müyəssər olub. Ancaq belə bir transformasıyanı həyata keçirmək onu müəyyən zaman ərzində saxlamaqdan qat-qat asandır. Deyilib axı, kələk və yalanın ömrü qısadır, gec-tez blef özünü göstərir. Nikol Paşinyan nümunəsi bunun bariz nümunəsidir.

Özünün zəiflikləri ilə birgə erməni baş nazir iyerarxik yüksəkliyə çatandan sonra özünü əcaibliyə vurub və məsul postda faydalı iş əmsalı göstərmək yerinə publikaya ən müxtəlif illüzionist nömrələr göstərir, təki diqqəti öz mövqeyinin utancverici statuslarından yayındırsın. Ancaq boş-boş işlərə o, əyləncə xətrinə yox, vicdanlı insanların ünvanlarına ittihamlarla öz qüsurlarını yumaq üçün aludə olub.

Problem ondadır ki, günahsız insanların üzərinə kölgə salmaq nankor fəaliyyətlərdəndir. Guya Azərbaycanın görkəmli xadimləri də nasistlərlə əməkdaşlıq ediblər. Beləcə, erməni baş nazir faşizm əlaltılarını ittiham edənlərlə diskussiyada “axmaq özünsən” primitiv uşaq prinsipinə güc verir və bu zaman anlamadan özünü axmaq vəziyyətə qoyur.

Qaregin Njdenin müharibə zamanı Hitlerçi qüvvələr tərəfdə olması, Nikol Paşinyanın babasının və digər dönüklərin faşistlərlə əməkdaşlığı – artıq sübut olunmuş faktdır. Qəfildən gerçəyə yaxalanan baş nazir mahiyyət etibarilə vicdanlı adamların haqlı hiddətini özünün yalan və iftirası ilə boğmağa çalışır. Ancaq əgər Qaregin Njde sovet xalqının maraqlarını satdığı üçün qəzəbə layiq görülübsə, indiki Ermənistan rəhbərləri cinayətkar Njdeni milli qəhrəman adlandırmaqla və onun insana nifrət ruhlu yaramaz ideologiyasını Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırmaqla daha ağır cinayətə yol verirlər.

Diqqəti ən mühüm məqamdan yayındıran baş nazir iddia edir ki, guya Azərbaycanda və digər ölkələrdə ermənilərin nasizm üzərində qələbədə rolunu azaltmağa çalışırlar. Ancaq kabinet başçısı Allah vergisini qayğanaqla səhv salır, ümumiyyətlə, özünü yanlış səmtə kökləyir. Çünki heç kim, ələlxüsus da erməni satqınlarının rüsvayçı xəyanət səhifələri də daxil, dünya tarixini gözəl bilən  Azərbaycan prezidenti İlham Əliyev hitlerizm üzərində qələbədə ermənilərin töhfəsini şübhə altına almır. Azərbaycan liderinin ifşaedici fikirləri konkret olaraq Qaregin Njdeyə və müharibədə qələbəyə görə ən yüksək bədəl ödəmiş sovet xalqının maraqlarını satan digər kollaborantlara aiddir.

“İyirminci əsrin əvvəllərində Azərbaycanın liderlərindən biri olmuş Rəsulzadə xalqın yaddaşında ziyalı və istiqlal uğrunda mübariz kimi qalıb. Quldur imici alan Njde isə günahsız insanların qanı ilə qidalanıb. Boş yerə o, 25 illiyə sovet türməsinə düşməyib ki…”

Paşinyanın, bütövlükdə Njde simpatizanlarının bədbəxtliyi ondadır ki, onlar bir qatı cani və əclafı qəhrəmanlaşdırır, onun simasında lider görürlər. Njdenin satqınlığına dair sübutlar bəsdən də artıqdır. İrəvandakı 6 metrlik abidə elə hər şeyi deyir. Fəqət, görkəmli azərbaycanlılara şər atmağa, sübutsuz-filansız onları hitlerizmlə əməkdaşlıqda suçlamağa nə hacət?

Paçinyan azərbaycanlıların Vermaxt tərəfinə keçən legionların sırasında guya kütləvi şəkildə iştirakı barədə faktların olduğunu söyləməklə, sadəcə, ağ yalan danışır. Sovet ədalət mühakiməsi demək olar, bütün vətən xainlərini müəyyən edib və onlar layiqli cəzalarını alıblar. Vladimir həbsxanasında şərəfsizcəsinə ömrünü bitirmiş Njde tarixdə xəyanətkarların mənəvi rəhbəri kimi, ağciyərliliyin və qorxaqlığın simvolu kimi qalıb.
Madam səviyyəcə bu qədər aşağı düşmüş birisi simvol elan edilir, qoy olsun, amma bəs faşistlərin dilə tutmalarına uymayan və iradə göstərən adamlara niyə çirkab atılır? Paşinyanın haqqında danışdığı Azərbaycan legionunun taleyinə gəlincə, hərbi əsirlərdən milli əlamətlər üzrə yaradılmış belə legionlar çox olub. Praktik olaraq, hamını araşdırıb eləmədən milli briqadalar adlanan briqadalara yazırdılar. Aydındır ki, onların hamısının öz simvolu, fərqlənmə nişanları və digər faşist simvolları var idi. Bu – adi qayda idi.

Ancaq iddia eləmək ki, Azərbaycan Demokratik Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadə nasist Almaniyası ilə əməkdaşlıq edib, bu artıq sinizmin və riyakarlığın zirvəsidir. Doğru olan odur ki, alman təbliğatı Rəsulzadə “ovuna” çıxıb, ona müstəsna olaraq, müsəlman məsələsi kontekstində ideoloji işi gücləndirmək spektrində lazımlı şəxs kimi baxıb. Lakin alman hakimiyyətinin səyləri nəticə verməyib.

Guya Azərbaycan legionunun qəzetindən götürülən uydurma fotoqrafiya dövlətçi təfəkkürünə malik əsl Azərbaycan ziyalısının adını ləkələməyə yönəlik tər-təmiz saxtakarlıqdır. Rəsulzadə ilə Njde arasında hər hansı paralellik nəinki haqsızlıqdır, həm də təhqirdir.

İyirminci əsrin əvvəllərində Azərbaycanın liderlərindən biri olmuş Rəsulzadə xalqın yaddaşında ziyalı və istiqlal uğrunda mübariz kimi qalıb. Quldur imici alan Njde isə günahsız insanların qanı ilə qidalanıb. Boş yerə o, 25 illiyə sovet türməsinə düşməyib ki.

Paşinyanın xalis cinayətkarları tarixin məhkəməsindən qorumağa yönəlik əbəs cəhdləri Andersonun çılpaq kral haqda nağıllarındakı bir süjeti xatırladır: Danimarka hökmdarı da – hansı ki, mifik obraz deyil, realdır – qəribəliklərə aludə idi, o dərəcədə ki, axırda başına hava gəldi. Onun ən sevimli məşğuliyyəti isə kral sarayının pəncərəsindən tamamilə çılpaq şəkildə çölə baxmaq idi.

İndi Paşinyan da özünün tarixi prototipini dəqiqliklə təkrarlayır. Nə olsun ki, o geyimdədir?! Əvəzində mənən korlanıb və bundan betərini fikirləşib tapmaq çətindir.

Tofiq Abbasov, analitik,
Minval.az

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146840

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031