Polkovnikdən Sahil Babayevə mesaj: “Onun sonu çox ağır və məşəqqətli olacaq”

18.05.2020 - 22:49

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərofun nazir Sahil Babayevə qarşı ilginc ittihamlarını cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Əziz hərbçi dostlar! Bu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin növbəti hoqqabazlığı, özbaşınalığıdır. Yadınızdadırsa, biz bu məsələni ictimailəşdirdikdən sonra, bəzi rəsmi şəxslər çox təəccübləndilər. Yəni belə şeymi olar? Ancaq, bu Sahil Babyevlə MM-in sabiq komitə sədri hiyləgər Hadı Rəcəblinin hoqqabazlığıydı ki, bu gün ailə başçısını itirmiş YÜZLƏRLƏ zabit, gizir və MAXE ailəsi faktiki taleyin ümidinə buraxılıb. Heç bir pensiya və ya müavinat alımırlar. Onlardan tələb olunur ki, siz mütləq “əlil olmalısınız” onda sizin ailə başçısını itirməyə görə pensiya və ya təqaüdlərdən müəyyən faizindən yararlanmağa haqqınız ÇATA BİLƏR. İndi də bu cavan oğlan HƏYASIZCASINA guya HUMANİSTLİK göstərərək bizə maksimum 420 manat “qan pulu” hardansa guya tapıb və onu da özünün olmayan ağlı ilə bax belə bölüşdürüb. Ailədə 3 nəfər varsa hərəsinə 140 manat. Bu şəxsdən soruşun görün ölkədə minimal ərzaq zənbilinin qiyməti nə qədərdir və bu uşaq camaata hansı hoqqabazlığını humanist addım kimi təqdim edir?.
140 manata görəsən özü və ya ailəsi indiki zamanda 1 ay normal yaşaya bilərmi? Ölkə başçısı bu adamı bir az da vəzifədə saxlasa, vallah Azərbaycanda bu şəxs olmazın bir narazı kütləsini formalaşdıracaq. Bunun ətrafında olan saysız-hesabsız dost-tanışı da başa sala bilmir ki, ay Babayev tovariş, sən yanlış yoldasan. Camaatın əsəbləri ilə oynama. Ona görə də, buradan birinci növbədə güc strukturlarının rəhbər, səlahiyyət sahibi olan şəxslərinə səslənirəm. İmkan verməyin bu variant təsdiq olsun. Əvvəlki qayda necəydisə, elə də qalmalıdır. Yəni, ailənin başçısı həyatını bu və ya digər səbəbdən itirirsə, onun aldığı pensiya və ya təqaüd AİLƏSİNƏ tam da olmasa, 80 faiz civarında TAM ODƏNMƏLİDİR. Bu sətirləri yazdım, gözümün qarşısına pulsuz parasız qalmış onlarla şəxsən tanıdığım mərhum zabit dostlarımın ailə və uşaqları gəldi. Əsgəri xidmətini belə qorxaqcasına Bakı qeydiyatında ola-ola Bakıda keçirən Sahil Babayev adlı şəxs haradan və nədən bilsin ki, bu hərbçi ailələrini köməksiz qoyduğuna görə, onu da, o başıbatmış Hadı Rəcəblini də içi mən qarışıq hər gün LƏNƏTLİYİRİK.
Bu dəfə bu səhv tam şəkildə, Sahil Babayev tərəfindən aradan qaldırılmasa, bütün məsuliyyət olacaq birinci növbədə ƏƏSMN-nin rəhbər şəxslərinin, həmçinin güc strukturlarının rəhbər şəxslərinin üzərində. Nə qədər gec deyil, bu özbaşınalığı və ölkənin müdafiəsinə və təhlükəsizliyinə zərbə vuran müddəanı ARADAN QALDIRIN. Siz sadəcə odla oynayırsınız. Bunu lap yuxarılar artıq bilir deyə, siz vəziyyətdən bu cür şəkildə çıxmaq istəyirsiniz.Amma, bu variant da çox təhlükəlidir. Oturun və düşünün. Dostluğumda olan bütün xidmətdə olan və olmayan hərbçilərdən də maksimum xahiş edirəm ki, bu məsələdə prinsipial və tələbkar olun. Bu yüz minlərlə güc strukturlarında xidmətdə olan və ehtiyatda, istefada olan insanlarımızın mənafeyinə toxunan məsələdir. Haqqımızı Sahil Babayev kimi təsadüfi vəzifə adamlarınaa buraxmayaq. Onun sonu çox ağır və məşəqqətli olacaq. Bunu Sizə mən deyirəm.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146958

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031