Həbs edilmiş icra başçıları harada saxlanır?

29.06.2020 - 22:43

“Həbs edilmiş icra başçılarının əksəriyyəti Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanır. Həmin əməliyyatlar çərçivəsində saxlanmış şəxslərdən Kürdəxanıda olanlar da var”. Bunu Musavat.com-a açıqlamasında vəkil Anar Məmişov deyib.
Vəkil bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən şəxslər, əsasən, 1 saylı İstintaq Təcridxanası (Kürdəxanı) və 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) saxlanırlar. “Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də İstintaq Təcridxanaları var. Bu iki qurum saxlanan şəxslərin öz İstintaq Təcridxanalarında saxlaya bilirlər”, – deyə, vəkil bildirib.
A.Məmişov qeyd edib ki, təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından həbsxanaya köçürülür. Hazırda aylardır, istintaq altında olan 5 sabiq icra başçısı var. Onların bəziləri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığı üçün yenidən hakim qarşısına çıxarılıblar. İstintaq orqanının təqdimatına əsasən, onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.
Əldə etdiyimiz məlumata görə saxlanmış icra başçılarının bir neçəsinin müdafiəçisi tanınmış vəkillərdir. Həmin vəkillər arasında Ceyhun Yusifov və Kamandar Nəsibov da var.
Hər iki vəkil bir neçə vəzifəli məmurun məhkəmə proseslərindən ictimaiyyətə tanışdırlar. Lakin vəkillər bu barədə müdafiə etdikləri şəxslərin maraqlarına uyğun olaraq açıqlama vermək istəmirlər.
Xatırladaq ki, həbs edilmiş şəxslər İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevdir.
Onların ittiham olunduqları maddələr vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığıdır. Bu ittihamlarla həbs olunmuş məmurları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.
Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb.

İlkin Muradov, Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148976

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930