Koronavirus təhlükəsi: indiyədək yaşadıqlarımız və bizi gözləyənlər…

04.07.2020 - 22:47

Dünyada və Azərbaycanda koronavirus pandemiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Bu materialı hazırladığımız zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 11 milyon 274 min 600 nəfərdir. Bu virusdan ölənlərin sayı  isə 530 min 522 nəfərə çatıb. İndiyədək dünyada cəmi 6 milyon 387  min 345 nəfər koronavirusdan müalicə alaraq, sağalıb. Virusun ən çox can aldığı ölkə dünyanın supergüc hesab etdiyi ABŞ-dır. ABŞ-da bu zamana qədər ümumilikdə 2 milyon 912 min 69 nəfər koronavirusa yoluxub, 132 min 194 nəfər isə dünyasını dəyişib. Gördüyü kimi hətta dünyanın ən qüdrətli dövləti hesab edilən ABŞ-da belə koronavirusun yayılmasının, ölüm saçmasının qarşısını almaq mümkün olmur. Çünki bu virusa qarşı hələ ki, vaksin tapılmayıb və koronavirus kabusu bütün dünyada davam edir…

 Azərbaycanda koronavirusun yayıldığı ilk günlərdə atılan addımlar…

Dünyada Covid-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı.

Hökumətin koronavirusla mübarizə sahəsində strategiyası özlüyündə bir neçə istiqaməti əhatə etdi:

Virusun yayılmasının qarşısının alınması;

Ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması;

Ölkə iqtisadiyyatının dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlərin həlli;

Vətəndaşların hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ...

Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi.

Azərbaycanda koronavirusun yayıldığı ilk günləri dəyərləndirən ekspertlər bildirirlər ki, həmin günlərdə ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı.

Dövlət orqanlarının fəaliyyətinin əlaqələndiriməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı, onun fəaliyyəti təşkil olundu.

Azərbaycanda koronavirus təhlükəsinə görə XÜSUSİ QƏRARGAH yaradıldı

Həmin ərəfədə sosial şəbəkələrdə də hər kəs eyni məzmunlu statuslar yazırdı-Operativ Qərargahın işinin düzgün təşkili koronavirusla mübarizə strategiyasının effektiv şəkildə icrasını,  qarşıya qoyulan vəzifələrin çevik şəkildə həllini təmin etməyə imkan verir.

Yada salaq ki, koronavirusun Azərbaycanda adının çəkildiyi hələ ilk günlərdə ölkənin xarici aləmlə əlaqələri məhdudlaşdırıldı, sərhədlər bağlandı. Həkimlər hesab edirlər ki, məhz bu addım yoluxmanın kütləvi şəkildə yayılmasının qarşısını almış oldu. Çünki həmin ərəfədə (indi də vəziyyət dəyişməyib) Azərbaycanla quru sərhəddə olan ölkələrdə koronavirus epidemiyası yüksək templə  yayılırdı.

Bu proseslər fonunda Azərbaycanda COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi və qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən “Yeni Klinika” koronavirus xəstələrinin ixtiyarına verildi.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR ...

Rəsmi məlumatlara görə, bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul  tipli xəstəxananın quraşdırılmasına başlandı və onlardan 5-i artıq istifadəyə verilib.

Ən müasir standartlara cavab verən laboratoriyalar alınıb və qısa müddətdə onların sayı 26-ya çatdırılıb.

Bütün tibb müəssisələrinin texniki təminatı, xüsusi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirilməsi təmin edilib.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında həkim Ədalət Rüstəm də bildirmişdi ki, ölkənin tibbi avadanlıqlar baxımından problemi yoxdur.

Sərhədlər bağlansa da, xaricdə qalan və ölkəyə gəlmək istəyən 20 mindən artıq vətəndaşımızın ölkəyə qaytarılması təmin edildi, 4-5 ulduzlu otellərdə karantin təşkil olundu.

Koronavirusun yayıldığı ilk günlərdə ölkədə daha bir neçə mühüm addımlar atıldı. Onların bir neçəsinə də nəzər salaq:

Həkimlərin xəstəxanalara səfərbər olunması, onların təchizatı məsələləri həll edildi, əmək haqlarının 3-5 misli miqdarında əlavələr verilməsinə başlandı.

Ölkəmizdə qoruyucu vasitələrin, dezinfeksiya vasitələrinin istehsalı təşkil olundu və qısa müddətdə bu sahədə olan problem aradan qaldırıldı.

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - Report.az

 Əhalinin sosial təminatı, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi, sahibkarlara yardım məqsədilə zəruri tədbirlər görüldü, bu məqsədlərə milyardlarla vəsait ayrıldı. Sosial-iqtisadiyyat sahəsində qısa müddətdə 4 işçi qrupu yaradıldı və onların təklifləri əsasında Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Tədbirlər Planının əsas mahiyyəti makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyata dəstək vermək və əhalinin sosial müdafiəsini təmin etmək olmuşdur; 

Xüsusi karantin rejiminin təşkili ilə bağlı olduqca mürəkkəb və böyük iş görüldü;

Paralel olaraq, cəmiyyətlə kommunikasiya, əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində ardıcıl və intensiv iş aparıldı və sairə.

Hazırda bu sahə ilə məşğul olan şəxslər bildirirlər ki, məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın ən inkişaf etmiş ölkələrində yaranmış acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadı.

Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycan ən yaxşı nəticələr nümayiş etdirib. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə ÜST, ayrı-ayrı beynəlxalq qurumlar, dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib.

Dünyanın kabusuna çevrilən koronavirus…

Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatının, bütün dünyada hökumətlərin ciddi səylərinə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb.

Rəsmilər də çıxışlarında dəfələrlə bildirirlər ki, koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir. Bütün dövlətlər virusla mübarizə aparır.

Koronavirusa qarşı təbii qalxan - Virusun 60%-ni yox edir

Yoluxma hallarında növbəti artım təkcə Azərbaycanda baş vermir, bir çox ölkələrdə yenidən ciddi karantin tədbirləri həyata keçirilir.  Bir çox ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Çünki karantin rejiminin yumşaldılması yeni yoluxma dalğasına əsas yaradır və bir çox ölkələr yenidən sərtləşmə tədbirləri tətbiq etmək məcburiyyətində qalırlar. Məsələn, ABŞ-da ötən gün yoluxanların sayı növbəti dəfə 50 min nəfərdən çox olub. Bu, kifayət qədər ciddi göstəricidir. Eyni zamanda dünyada yoluxma sayına görə ikinci yerdə olan Braziliyada da ötən gün 41 min 988 nəfər koronavirusa yoluxub…

 Karantin rejimi nə qədər davam edəcək?

Həkimlər və bu sahə üzrə səlahiyyətli olan rəsmilər bildirirlər ki, hazırda Azərbaycanda karantin rejiminin uzanmasının səbəbi odur ki, zəncirvarı yoluxmanı qırmaq mümkün olsun.

Bu gün hamımızı narahat edən məsələ yoluxmaların sayının hələ də yüksək səviyyədə qalmasıdır. Karantin rejiminin nə qədər sərt olması onun həyata keçirilməsindən asılıdır. Əgər insanlar qaydalara əməl etməsə, arzu olunan nəticəni əldə etmək mümkün olmayacaq.  Bunu TƏBİB sədri Ramin Bayramlı da öz çıxışlarında vurğulayıb və eyni zamanda tibb üzər ekspertlər də eyni fikirdədirlər.

Hesab edilir ki, bütövlükdə Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılayır, məsuliyyət, nizam-intizam göstərir. Bununla yanaşı, hələ də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq.

Hesab edilir ki, hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır.

Burada vacib məsələ o deyil ki, “mənə nə ediblər?”, əsas məsələ “mən nə etmişəm?”dir.  Obrazlı şəkildə desək, biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq. Sadə olan üç məsələyə əməl etməklə buna nail olmaq mümkündür: tibbi maska taxmaqla, sosial məsafə saxlamaqla, əllərimizi mütəmadi yumaqla.

Əli Rais,
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930