Vasif Talıbov cəbhəsindən Ramiz Mehdiyevə açıq dəstək – FOTO

07.09.2020 - 10:57

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu, Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun adından Feysbukda AMEA prezidenti Ramiz Mehdiyevə dəstək xarakterli paylaşım edilib. Axar.az xəbər verir ki, Rza Talıbovun adına olan profildə bu sözlər yazılıb: “Ölkəmizin qurucusu ulu öndərimizin davamçısı cənab prezident İlham Əliyevə yarınmaq üçün süfrəmizin artıgıyla böyüyənlər boşluqdan istifadə edib vəzifəyə gəliblər. Gələn kimi akademik R.Mehdiyev kimi layiqli şəxsiyyətləri ləkələməyə çalışırlar.

Başınız üçün deyil, ağıllı olun, kimliyindən aslı olmayaraq, hamınız cəzalanacaqsınız. Bu sifarişli yazını yazdıranları da bilirik kimdirlər, etdiyiniz cinayəti cəzasız qoymayacağıq, qazdıgınız quyuya özünüzü salacağıq, bir az qazın dərin olsun, görəcəksiz”.

Qısa araşdırma zamanı bəlli oldu ki, girişinin Londondan olduğu xüsusi qeyd edilən bu profil saxtadır və Rza Talıbovun adına 9 saat öncə açılıb. Profildə cəmi 3 paylaşım var – ilk paylaşımdaca Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni alması mərasimindən fotosu paylaşılıb və dərhal da akademikin müdafiəsinə giriş edilib. mBu qeyri-peşəkar “troll” bununla sosial şəbəkə istifadəçilərini aldatmağa cəhd edib.

Görünür, bəziləri bu yolla əks-təbliğata başlamaq qərarı verib və yaxınlarda bu cür manipulyasiyaların daha da artacağı istisna deyil.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153703

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930