Paşinyanın deputatlarının müxbirlə münaqişəsi prokurorluqda araşdırılacaq

07.10.2020 - 10:54

Ermənistanın Jurnalistlər İttifaqı bəyanat yayaraq, ölkənin Milli Məclisinin deputatları ilə jurnalist arasında baş vermiş münaqişə haqqında bildirib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ittifaq məmurların və yüksək vəzifəli şəxslərin KİV-in fəaliyyətinə qarşı yönəldilmiş hərəkətlərini pisləyib.

Xüsusi halda bildirilir ki, münaqişə 5TV telekanalının əməkdaşı ilə “Mənim addımım” fraksiyasının deputatları Kristina Poqosyan və Artur Ovannisyan arasında olub. Qeyd edilir ki, davanın gedişatında deputatlardan biri iki dəfə mikrofona vurub, sonra jurnalistin ünvanına təhdidlər səsləndirib.

Telekanalın direktorunun sözlərinə görə, Baş Prokurorluğa müraciət müzakirə edilir və hadisə üzrə sübutun videogörüntüsü ittifaqa təqdim olunub.

Qeyd edilir ki, bu çağırış yalnız deputatlara deyil, həm də Ermənistanın İctimai Şurasının rəhbərliyinə, hökumət üzvlərinə, idarələrin əməkdaşlarına, bütünlükdə ictimai-siyasi xadimlərə ünvanlanıb. Bundan əlavə, ittifaq Ombudsmanı və digər hüquq təşkilatlarını gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün lazımi addımlar atmağa və baş verənləri qiymətləndirməyə çağırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=155562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31