Qulu Məhərrəmli: “Biz məyus olmamalı və ruhdan düşməməliyik”

10.10.2020 - 10:17

Professor Qulu Məhərrəmli atəşkəs razılaşması ilə bağlı öz fikirlərini yazıb.

Musavat.com həmin fikirlərin mətnini təqdim edir:

“ATƏŞKƏS Azərbaycan xalqının İRADƏSİNƏ və mövcud REALLIĞA tam ziddir. Amma görünür ki, münaqişəni bizə sırımış riyakar Moskvanın da bu məsələdə öz planları var!

Bununla yanaşı deyim ki, biz məyus olmamalı və ruhdan düşməməliyik… çünki “Kreml bəyanatı” CİDDİ hüquqi sənəd deyildir, yalnız niyyətlərin ifadəsidir və tərəflərin üzərinə heç bir öhdəlik qoymur. O səbəbdən də bu əldəqayırma atəşkəsin ən yaxın günlərdə Ermənistanın günahı ucbatından POZULACAĞINA əminəm…
Digər tərəfdən, biz artıq bölgədə geopolitikanın, hərbi-siyasi şəraitin və status-kvonun dəyişdiyini də görməliyik.

Bu dəyişiklik imkan verir ki:

1) Danışıq şərtlərini Azərbaycan diqtə etsin;

2) Bakı beynəlxalq hüququn verdiyi üstünlüyü real (əməli) üstünlüyə çevirsin;

3) BMT-nin 4 qətnaməsi reallaşdırılsın;

4) separatçı rejimin fəaliyyəti, xüsusən hərbi davranışları nəzarətdə saxlanılsın;

5) Ermənistanın və başqa kənar qüvvələrin Qarabağla hərbi əlaqələri məhdudlaşsın;

6) Azərbaycan Ordusu istədiyi vaxt ƏKS-HÜCUM əməliyyatlarını bərpa etsin.

Əlbəttə, indi əsas məsələ budur ki, ORDUNUN əli tətikdə olsun, şəhidlərimizin qanı batmasın və ən əsası, Ali Baş komandan ölkəmizə soxulmuş təcavüzkarları “İTİ QOVAN KİMİ QOVMAQ” fikrini dəyişməsin!!!”

Short URL: http://www.cumhuriyyet.net/?p=155741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31