“Atəşkəsi pozan ermənilərin hərbi hədəflərinə zərbələr endirilir” – Səxavət Məmməd cəbhədən xəbər verir

14.10.2020 - 10:20

“Azərbaycan artilleriyası bəzi istiqamətlərdə düşmənin dərinlikdə yerləşən mövqelərini vurur”.

Bunu döyüş bölgəsində oktyabrın 13-ü saat 14:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, dünən gecə saatlarından etibarən, düşmən artilleriyası humanitar atəşkəsi yenidən pozaraq, cəbhənin Goranboydan Ağdama qədər olan yaşayış məntəqələrimizi müxtəlif istiqamətlərdən atəşə tutub:

“Bu gün səhər saatlarından başlayaraq, erməni silahlı qüvvələri bütün cəbhəboyu yaşayış məntəqələrimizi atəşə tutmağa başlayıb. Səhər saat 06:00-dan bu ana qədər Azərbaycan ordusu düşmənin hərbi hədəflərinə zərbələr endirib. Hazırda ağır döyüşlər gedir.

Azərbaycan artilleriyası bəzi istiqamətlərdə düşmənin dərinlikdə yerləşən mövqelərini vurur. Ordumuzun sarsıdıcı zərbələri ilə geri oturdulan düşmən qüvvələrinin Hadruta hücum imkanları tamamilə aradan qaldırılıb.

Hazırda orduda ruh yüksəkliyi hökm sürür. Mülki vətəndaşlarımızın ordumuza könüllü yardımları da davam edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=156015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31