Azərbaycanlı alim Almaniya mətbuatında bəyanatla çıxış edib: Ermənistan həmişə danışıqlar prosesini yarımçıq qoymağa çalışıb

14.10.2020 - 16:00

Professor Mirdaməd Sadıqov: Beynəlxalq ictimaiyyət Ermənistan silahlı
qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidir

UNEC-in prorektoru, Avropa Universitetləri Rektorları Klubunun üzvü,
professor, Mirdaməd Sadıqov Almaniyanın aparıcı xəbər saytı
“nex24.news”da bəyanatla çıxış edib. Azərbaycanlı alim beynəlxalq
ictimaiyyətə səslənərək Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan
ərazisindən çıxarılmasını bildirib.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan ərazisinin 20 faizi – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan tərəfindən işğal edilib.
Bunun nəticəsində Azərbaycanın yüzlərlə mülki vətəndaşı qətlə yetirilib, bir
milyondan çox qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin
salınıb. Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsində konstruktivlik və səbir nümayiş etdirib,
ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin
Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi
müzakirələrində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata
hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib.
Ermənistan rəhbərliyinin təhrikçi xarakterli “Qarabağ Ermənistandır”
bəyanatını səsləndirməsi, “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını
irəli sürməsi, Azərbaycana qarşı 7 şərt irəli sürməsi, danışıqların formatını
dəyişdirmək cəhdləri münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin
vasitəçiliyi ilə aparılan həlli prosesinə ciddi zərbə vurdu.
Ermənistan həmişə prosesi uzatmaq və status-kvonu davam etdirmək üçün
danışıqları pozmağa çalışıb, bu müddət ərzində dəfələrlə ölkəmizin ərazi
bütövlüyünün yenidən pozulmasına qarşı cəhdlər göstərib.
Sentyabrın 27-dən isə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti
hərbi təcavüz həyata keçirərək, ölkəmizin yaşayış məntəqələrini, mülki
əhalisini və hərbi mövqelərini iri çaplı artilleriya qurğuları və raketlərdən
istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutub.Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və mülki
əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ və
beynəlxalq humanitar hüquqa tam uyğun olaraq, əks-hücum və cavab
tədbirləri həyata keçirməli oldu. On gündən çoxdur ki, Ermənistan silahlı
qüvvələrinin mülki obyektləri və insanları hədəf alması nəticəsində ikisi uşaq
olmaqla 30-dan çox mülki şəxs həlak olub, 170-dək mülki şəxs yaralanıb.
Cəbhəyanı bölgələrdə, eləcə də münaqişə ərazisindən yüz kilometrlərlə
uzaqda yerləşən və əhalinin sıx yaşadığı ərazilərin hədəf seçilməsi onu
göstərir ki, düşmən yenə də beynəlxalq hüquqa zidd addımlar atmaqla öz
mənfur planlarını həyata keçirmək niyyətindədir. Müharibə şəraitində mülki
insanların və obyektlərin qorunması beynəlxalq humanitar hüququn və
Cenevrə Konvensiyasının tələbidir. Ermənistan bununla, beynəlxalq hüququn
norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il
Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobud şəkildə pozur.
Lakin Azərbaycan Respublikası yüksək etik və əxlaqi dəyərlərini nümayiş
etdirərək beynəlxalq humanitar hüquq əsasında seçilmiş hərbi hədəflərə qarşı
əməliyyatlar həyata keçirir və ərazilərinin işğaldan azad olunmasını təmin edir.
Düşünürəm ki, Avropa İttifaqı digər münaqişə bölgələrində irəli sürdüyü
suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin
toxunulmazlığı prinsiplərini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə də aid etməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüz
siyasətindən imtina etməsi və silahlı qüvvələrini Azərbaycan ərazilərindən
çıxarması üçün Ermənistana açıq və aydın bir ismarıc verməlidir. Eləcə də
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq,
Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılmalı və bölgədə sülh təmin olunmalıdır.
Beynəlxalq ictimaiyyət Ermənistanın saxta sülh çağırışlarına inanmamalı və
işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidir. Çünki
münaqişənin həlli yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan
ərazilərindən çıxmasından sonra mümkündür.
Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin ətrafında sıx birləşərək, verilən qərarları hərtərəfli dəstəkləyir. Bir
milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün 30 illik əziyyətdən
sonra tezliklə doğma yurd-yuvalarına qayıdacağını gözləyir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156066

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930