Ağsuda ara qarışdı: Nazir dayısı olan İcra başçısını danladı

22.01.2015 - 13:15

Ənvər Seyidəliyev Səlim Müslümova Əliyunus Mütəllimovun hərəkətinə görə cavab verməli olub

Ağsuda ailə-klan hakimiyyəti qurulduğu, bütün qohumların vəzifə başına
gətirildiyi sirr deyil. Bunu təkcə biz yox, elə rayon camaatı da təsdiq
edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısı
Ənvər Seyidəliyevin Ağsunun icra başçısı olmasından sonra meydana çıxmış
mənzərə isə mütəmadi olaraq mətbuatın da gündəminə gəlir.
Amma bu günlərdə rayonda aranın qarışmasına, daha doğrusu, icra
başçısının ən yaxın adamlarından birinin atdığı addımın yaratdığı
qalmaqal Seyidəliyevin başına bəla olub. Ağsu
sakini, iinci qrup əlil Şənlik Hüseynov mətbuata müraciət edərək,
üzləşdiyi problem barəsində danışmışdı. O vurğulamışdı ki, Ağsu Sosial
Müdafiə Mərkəzinin direktoru Əliyunus Mütəllimov tərəfindən təhdid
edilir. Hətta onu ölümlə hədələyirlər.
İlk baxışdan bunun bir qədər şişirdilmiş fikir olduğu qəbul edilsə də,
Mütəllimovun BTV-yə verdiyi açıqlamasında işlətdiyi ifadə əlilin
dediklərini təsdiqlədi. Çünki Ağsu SMM-in direktoru açıqlamasında bəyan
etmişdi ki, həqiqətən də o, Şənlik Hüseynovu öldürmək üçün axtarır.
Hərçənd sonradan fikirlərinin təhrif oldunduğunu deyən mərkəz direktoru
bununla vəziyyətdən çıxmağa çalışsa da, alınmayıb. Ona görə ki, söz
artıq rəsmi mövqe olaraq yayımlanıb və ortada səs yazısı da var.
Ə.Mütəllimov vəziyyətdən çıxmaq üçün daha bir
addım atmaq qərarına gəlib. Bu dəfə o, haqqında yazan 6 saytı məhkəməyə
verməyi planlaşdırır. Və bunu da belə əsaslandırır ki, onun fikirlərini
konteksdən çıxarıblar. Üstəlik, o da deyilir ki, saytları məhkəməyə
vermək ideyasını ona elə Ağsunun icra başçısı Ənvər Seyidəliyev məsləhət
bilib. Çünki…
Əldə olunan məlumata görə, Əliyunus Mütəllimov Ənvər Seyidəliyevin ən
etibarlı adamlarından biri olmaqla yanaşı, həm də qohumudur. Rayonda
bəzi maliyyə, pul işlərini də bu şəxsin həyata keçirdiyi iddia olunur.
Bəzi bilgilərdə isə onun icra başçısının В«qara qutusuВ» olduğunu da
vurğulanır. Məlumatda qeyd edilir ki, nazir Səlim Müslümova
təqdimatında da icra başçısı Mütəllimovu yüksək səviyyədə xarakterizə
edib və ona zamin dayanıb. Amma məlum məsələdən sonra nazir öz
dayısından izahat tələb etməyə başlayıb. Çünki indiki məqamda yeni təyin
olunduğu nazirliyin adını qaldırmaq istəyən Səlim Müslümov belə bir
vəziyyətin öz rayonunda baş verməsinə görə, şübhəsiz, tənbeh
olunacağının fərqindədir. Üstəlik, əgər, öz doğmaca rayonunda
qayda-qanun yarada bilmirsə, ona yuxarıların da etimadı xeyli aşağı
olacaq.
Elə bu səbəbdəndir ki, Müslümov dayısı da olsa, icra başçısı Ənvər
Seyidəliyevi danlayaraq, onu tənbeh edib. Və bu cür halın sonuncu dəfə
baş verməsinə dair iltizam alıb. (jam.az)
Məsələ ilə bağlı adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=15608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930