Bakıda xəstəxananın əməliyyat otağına hücum olub

22.01.2015 - 13:24

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dəmiryol
stansiyasının yaxınlığında baş verən bıçaqlanma hadisəsinin bəzi
təfərrüatları məlum olub.

“Report”un xəbərinə görə, araşdırma
zamanı məlum olub ki, 28 yaşlı Seymur Məmmədov tanımadığı şəxs
tərəfindən bıçaqlanandan sonra onu xəstəxanaya çatdırmaq üçün hadisə
yerinə “Təcili tibbi yardım” briqadası çağırılıb. Yaralı “Təcili tibbi
yardım” maşınına qoyulandan sonra onunla qeyri-rəsmi yaşamış qadın və
daha iki nəfər həmin avtomobildə həkimlərin yanına əyləşib. Həkimlər
yolda yaralıya ilkin tibbi yardım göstərərkən avtomobildə olan
şəxslərdən biri həkimlərə bıçaq çıxardaraq onlara hədə-qorxu gəlməyə
başlayıb və tibb işçilərinin fəaliyyətinə mane olub. Buna baxmayaraq,
yaralı 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat
olunub. Dörd bıçaq xəsarəti alan Seymur Məmmədov əməliyyat olunan zaman
özlərini onun yaxınları kimi təqdim edən başqa şəxslər əməliyyat
otağına daxil olmağa çalışıblar. Lakin təhlükəsizlik xidmətinin
əməkdaşları onların bu istəyinin qarşısını ala biliblər. Yaralı Seymur
Məmmədovun yaxınlarının hərəkətləri barədə Sabunçu Rayon Polis İdarəsi
və 12-ci Polis Bölməsinə məlumat verilib.

Hadisəni törədən şəxsin tutularaq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış-tədbirləri davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15609

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728