Yadplanetlilərlə görüşən prezidentlər

22.01.2015 - 13:41

Heç
kimə sirr deyil ki, ABŞ rəsmiləri, eləcə də dünya siyasətinə təsir
imkanı olan bir sıra Avropa ölkələri yadplanetlilərin mövcud olduğunu
qəti şəkildə inkar edir, hətta indiyədək səmada uçan В«tarelkaВ»ya rast
gəlmədiklərini bəyan edirlər. Buna baxmayaraq, insanlara sözügedən mövzu
ətrafında düşünmək, bununla bağlı hər hansı fikir irəli sürmək,
həmçinin müvafiq araşdırma aparmaq, informasiya toplamaq rəsmi şəkildə
qadağan edilməyib.

Elə bu səbəbdən də bir qrup amerikalı jurnalist ufoloqlarla (uçan
naməlum obyektlərin (UNO) tədqiqatını aparan elm adamları) birlikdə
kifayət qədər maraqlı məlumat toplamağa müvəffəq olublar. Məhz bu
araşdırmanın nəticəsində bəlli olub ki, ciddi cəhdlə UNO-ların varlığını
gizlətməyə çalışan, nəyin bahasına olursa-olsun, sadə vətəndaşları buna
inandırmağa can atan ABŞ yetkililəri əslində özləri bir neçə dəfə
В«yaşıl adamlarВ»la – yadplanetlilərlə ünsiyyətdə olublar. Məsələn, ABŞ
hökumətinin sabiq müşaviri, görkəmli britaniyalı alim, ufoloq, Konqres
və Pentaqonun keçmiş məsləhətçisi Timoti Qud Amerikanın 34-cü prezidenti
Duayt Eyzenhauerin dəfələrlə UNO-larla görüşdüyünü bəyan edib. Onun
sözlərinə görə, ABŞ-a rəhbərlik etdiyi dövrdə (1953-1964) Eyzenhauer
Amerika Hərbi Hava Qüvvələrinin Nyu-Meksikada yerləşən hərbi bazasında
В«yaşıl adamlarВ»la ən azı 3 dəfə qarşılaşıb. Timotinin bildirdiyinə görə,
bu hadisənin bir çox şahidi olub. Ufoloq iddia edir ki, bu görüşlər
zamanı yadplanetlilər özlərini kifayət qədər sakit və səssiz aparıblar.
Hətta ABŞ hökuməti ilə UNO-lar arasında müqavilənin imzalandığı da
deyilir. Lakin hələlik həmin müqavilənin şərtləri geniş ictimaiyyətə
bəlli deyil.

Beləliklə, 1950-ci illərin əvvəllərində iki disk formalı uçan naməlum
obyekt təsadüfən Nyu-Meksikanın yaxınlığında radara düşüb. Bir qədər
sonra isə zədələnmiş UNO məcburi eniş edib. Həmin naməlum obyektlərin
kapitanları ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları dərhal
telepatik (Parapsixologiyaya aid termindir. Uzaq məsafədən məlumat,
fikir, düşüncə paylaşmaq deməkdir) əlaqə qurublar. 1954-cü ildə isə
В«yaşıl adamlarВ»la ABŞ hökumətinin yetkili şəxslərinin rəsmi görüşü
təşkil olunub. Belə ki, 21 fevral 1954-cü il tarixdə ABŞ prezidenti
Duayt Eyzenhauer В«EdvardsВ» hərbi bazasında Yer kürəsindən 37 işıq ili
uzaqlığında yerləşən Zeta Retikuli sivilizasiyasının nümayəndələrilə
görüşüb. Həmin görüş zamanı prezidentin məsləhətçisi qismində xüsusi
tədqiqat fondunun direktoru Jerald Layt iştirak edib. Sonradan o, həmin
görüş barədə çox cüzi məlumat verib. Görüş başa çatdıqdan sonra
Eyzenhauer müzakirələrdə iştirak etmiş kardinal Ceyms Frensislə təkbətək
söhbətləşib və ona tədbirin məxfiliyi barədə xəbərdarlıq edib. Zeta
Retikuli sivilizasiyasının nümayəndələrinin xarici görünüşü barədə nəsə
deməyə ehtiyac yoxdur. Çünki artıq əksər mətbuat orqanlarında, bir çox
əcnəbi saytlarda onların fotoşəkilləri geniş yayılıb.

Qeyd edək ki, fevralın 21-də baş tutmuş görüşdən bir müddət sonra
daha 2 görüş təşkil olunub. Lakin bu dəfə digər irqə mənsub
yadplanetlilərlə qarşılaşıblar.

ABŞ-ın keçmiş Dəniz Qüvvələri komandiri Çarlz Saqqs yadplanetlilərlə
keçirilmiş görüşlə bağlı bəzi məlumatları mediaya ötürüb. Komandir
bildirib ki, o və daha bir neçə şəxs yadplanetliləri inzibati binanın
yaxınlığında qarşılamalı idilər. Bu vaxt zabitlərdən biri göy üzündə
şaquli və kəfgir formalı qəribə bulud görür. Təxminən bir dəqiqədən
sonra 10 metr diametri olan obyekt onlara tərəf yaxınlaşıb. Həmin
obyektin xarici qatı tutqun metaldan ibarət idi. Beləcə, yüngül fısıltı
ilə o, yerə eniş edib. Maraqlı məqam ondadır ki, yadplanetliləri
qarşılamağa gedənlər həmin vaxt havada ozon iyini hiss ediblər. Bu vaxt
tam səssizlik hökm sürürdü.

ABŞ-ın keçmiş Dəniz Qüvvələri komandirinin sözlərinə görə, onlar
insanlardan elə də ciddi şəkildə fərqlənmirdilər: В«Yadplanetlilərdən
biri Yer kürəsinə gəldikləri dairəvi obyektdən ensə də, digəri yerindən
tərpənmədi. Onların boyu haradasa 2,5 metr olardı. Gözlərinin rəngi göy,
çiyinlərinə qədər uzanmış saçları isə ağ rəngli idi. Onlar əl
hərəkətləri ilə bizi başa saldılar ki, insanlara çox yaxınlaşa
bilməzlər. Yadplanetlilər bizdən distansiyanı qorumağı tələb etdilər.
Onlar ayaqlarını yerə qoyan kimi diqqətimi cəlb etdilər. Məlum oldu ki,
yadplanetlilər yerdə gəzərkən sanki uçurlar. Onların ayaqlarının yerə
dəyib-dəymədiyini başa düşmək olmurdu. Birinci görüşdə Eyzenhauer
iştirak edirdi. Və həmin görüşdə yadplanetlilərlə hər hansı razılıq əldə
olunmadı. Onlar bir neçə şərt irəli sürdülər. ABŞ hökuməti isə öz
növbəsində, həmin şərtlərin icrasını məqsədəuyğun saymırdı. Onlar
həmçinin ultimativ dildə danışır və ABŞ hökumətindən Zeta Retikuli
sivilizasiyasının nümayəndələrilə əlaqə qurmamağı tələb edirdilər. Budan
başqa, yadplanetlilər Yer kürəsinin əhalisinin mənəvi və intellektual
səviyyəsini yüksəltmək istədiklərini bildiriblər. Bu vaxt Eyzenhauer
onlardan ABŞ üçün yeni texnologiya, ən müasir avadanlıqlar istəsə də,
 В«yoxВ» cavabını aldı. Yadplanetlilər silah texnologiyasının inkişafına
son qoymağı tələb etdikdən sonra danışıqlara yekun vurdularВ».

Qeyd edək ki, Eyzenhauerin 1954-cü ildə В«yaşıl adamlarВ»la görüşdüyü
artıq bir çox müstəqil ekspertlər, eləcə də rəsmi şəxslər tərəfindən öz
təsdiqini tapıb. Məsələn, Nyu Hempşir ştatının konqresmeni Henri
Makelroy 2010-cu ildə “The Huffington Post” xəbər portalında maraqlı bir
videogörüntü yayımlayıb. Həmin videoda konqresmen ABŞ-ın 34-cü
prezidenti Eyzenhauer tərəfindən tərtib olunmuş və imzalanmış gizli
sənədi gördüyünü bildirib. Makelroyun sözlərinə görə, həmin sənəddə
yadplanetlilərin Amerikada olduqları və prezidentin onlarla görüşdüyü
əks olunub.

Böyük Britaniya Krallığının Müdafiə Nazirliyi tərəfindən 2010-cu ildə
nəşr olunmuş sənədə əsasən demək olar ki, Uinston Çörçill də UNO-larla
bağlı kifayət qədər məlumatlı olub, hətta onlarla qarşılaşıb. Ufoloqlar
iddia edirlər ki, Çörçill naməlum uçan obyektlərin peyda olmasına necə
reaksiya vermək barədə Eyzenhauerdən məsləhət alıb. Britaniya Müdafiə
Nazirliyi bildirir ki, məhz Çörçil UNO-larla bağlı rəsmi sənədləri 50 il
müddətinə məxfi saxlamaq barədə xüsusi göstəriş verib.

ABŞ-ın hazırkı prezidenti Barak Obamaya gəlincə, xarici mətbuat
orqanları onun da yadplanetlilərlə görüşdüyünü vurğulayırlar. Məsələn,
bir müddət öncə Amerika mediasında Obamanın В«reptiloidВ»lər (insanabənzər
yadplanetlilər) tərəfindən mühafizə olunmasına dair maraqlı məlumat
yayılıb. Sübut kimi hətta müstəqil ekspertlər tərəfindən orijinal olduğu
təsdiqlənən fotoşəkillər və videogörüntülər də təqdim edilib. Belə ki,
tədbirlərin birində Obamanın yanında olan В«reptiloidВ»lər jurnalistlərdən
birinin kamerasına tuş gəlib. Qeyd olunur ki, başı keçəl olan
В«reptiloidВ»lər boyca hündür və olduqca vahiməlidirlər. Maraqlı məqam
ondadır ki, Obama hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edib. ABŞ
prezidenti, sadəcə, В«Yadplanetlilərin olduğunu inkar və təsdiq edə
bilmərəmВ» deməklə kifayətlənib…(publika.az)

 

Vazeh Bəhramoğlu

Short URL: http://www.cumhuriyyet.net/?p=15610

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728