İbrahimbəyovun susan dili, Salahovun “dincələn”fırçası…

16.10.2020 - 10:45

Aqil Abbas: “Erməniyə haqq qazandıran film çəkən biri indi nə deyə bilər? Tahir Salahov böyük rəssamdır, amma böyük azərbaycanlı deyilmiş…”

Azərbaycan bütün cəbhələr üzrə döyüşür: Ordumuz Qarabağ torpaqlarında, ölkənin siyasi rəhbərliyi diplomatik mübarizədə, media və ictimai fəallar, tanınmışlar isə informasiya savaşının önündə… Lakin bu müharibədə nüfuzlu və şöhrətli ziyalıların sayılan imzalar yoxdur. Hərçənd onlardan böyük gözləntilərimiz və ehtiyacımız var.

“Yeni Müsavat” yada salır ki, söhbət dünyaşöhrətli azərbaycanlıdan, Rusiya elitasında yaxşı tanınan kinorejissor Rüstəm İbrahimbəyovdan, Xalq rəssamı Tahir Salahovdan, görkəmli yazıçı Çingiz Hüseynovdan və digərlərindən gedir.Bu savaşda onlar haradadır? İndi danışmayacaqlarsa, bəs nə vaxt səsləri çıxacaq? Xüsusən rus mediasına müsahibələr vermək, həqiqətləri söyləmək, ermənilərin Rusiya telekanallarındakı yalanlarını ifşa eləmək zamanıdır.

Bir yazıçı, bir rəssam, bir dramaturq sülh arzulayırsa, yaradıcılığının fövqündə insan faktoru dayanırsa, susmamalıdır, Gəncə terroruna, Tərtərin, Ağdamın və digər bölgələrin dinc sakinlərinin öldürülməsinə səssşə qalmamalıdır.

Salahov Tahir - Uşaq Bilik Portalı

Tahir Salahov

Dünya şöhrətli, Türkiyənin ən bestseller yazıçısı Elif Şafak bilərəkdən, ya məlumatsızlıqdan Şuşadakı kilsənin fotosunu paylaşaraq dünyaya haray çəkir, Şuşa türməsindəki girovlarımızdan, Gəncədəki qətliamdan bixəbər yazıçı kilsə dərdini çəkir, bizim sanballı ziyalılarımız, fikir adamlarımız sayılan İbrahimbəyov, Salahov kimi yaradıcılar isə susurlar, 20 gündür davam edən Vətən müharibəsindən danışmırlar.

Onların facebook hesablarını da incələdik, Ç.Hüseynov bir sözlük “Voyna!”  – “Müharibə!” yazıb və heç bir geniş məqalə ilə çıxış etməyib.

Ermənilərin bizdən bircə fərqi odur ki... - Çingiz Hüseynov

Çingiz Hüseynov

Rəssam T.Salahovun bugünlərdə nə müsahibəsi olub, nə Gəncədə yaralanan, amma çöhrəsindən təbəssüm əskik olmayan uşağın portretini çəkməsinə rast gəlinib. Hərgah, ermənilər bunu çoxdan etmişdilər. İbrahimbəyova gəlincə, öz sosial media hesabında rus dilində yazıb ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon dərhal azad edilməlidir, erməni hərbi qüvvələri Qarabağdan çıxmalıdır və bu zaman Azərbaycan əməliyyatları dayandıracaq. Onun sözlərinə görə, Rusiyada hər kəsin bu məsələdən məlumatlı olduğuna əmindir: “Amma Viktor Şenderoviçin (məşhur rus yazıçı –  E.S) xəyal qırıqlığına meyilli mülahizələrini oxuduqdan sonra ilk dəfə Moskva ziyalılarının birbaşa özünə aid olmayanlarla bağlı nə qədər alçaq, səthi olduğunu hiss etdim”. Amma İbrahimbəyov bundan artıq heç nə yazmayıb, fəallıq göstərməyib.

60 yaşlı Çingiz Abdullayev : İlk təbriki həyat yoldaşımdan aldım - modern.az

Çingiz Abdullayev

Onun yazıçı Çingiz Abdullayev kimi rus telekanallarına çıxması, Rusiya cəmiyyətinin həqiqətləri İbrahimbəyovun dilindən eşitməsi labüddür. İnternet resurslarında isə ssenaristin bu yaxınlarda Modern.az-a verdiyi qısa müsahibə qarşımıza çıxdı. Kinorejissorun sözlərinə görə, qələbəmiz yaxındadır: “Yavaş-yavaş dünyada da başa düşürlər ki, günah kimdədir. Azərbaycan informasiya müharibəsində də düşməni udur. Ermənistanın imkanları bizə bəllidir. Açıq-aşkar məlumdur ki, bir çox dövlətlər bizim tərəfimizdədir. Düşünürəm ki, bir-iki həftədən sonra Qarabağ məsələsi bizim xeyrimizə həll olunacaq. Prezidentin çıxışlarını çox bəyəndim. Prezident Ordunu çox yüksək səviyyədə idarə edir. Fəxr edirəm ki, bizim xarici siyasətimizi aparan ağıllı, qabiliyyətli və müdrik bir şəxs, dövlət başçımız var. Bizim xalqımıza birlik yaraşır. Mən bu birlikdən qürur duyuram”.

İbrahimbəyovun mövqeyi təbii ki, təqdirəlayiqdir. Amma ondan bir ziyalı kimi daha böyük gözləntilərimiz var, Rusiyada aktivliyi informasiya savaşımıza ciddi töhfə verə bilərdi.

Yazıçı, deputat Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Çingiz Hüseynov böyük yazıçıdır, amma qocalıb: “Yaşı 90-ı keçib. İndi Rusiyada yaşamır. Amma bir söz deyə bilərdi. Azərbaycanı dünyada tanıdan ziyalıdır, yazıçıdır, böyük hörmətimiz var. Onu qarışdırmaq istəməzdim. Amma adlarını çəkdiyiniz adamlar danışmalıdırlar. Sadəcə, erməniyə haqq qazandıran film çəkən biri indi nə deyə bilər? Mən onu zamanında tənqid etmişəm, indi ehtiyac yoxdur. İbrahimbəyov elə film çəkməliydi ki, Azərbaycanın dərdin göstərməliydi. Amma ayıb olan bir film çəkib. Onun danışması heç lazım deyil”.

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas

A.Abbas söylədi ki, Rusiyada ölkəmizi müdafiə edən qeyri-azərbaycanlılar var və rus mətbuatına çıxırlar: “Nə qədər Solovyov kimi adamlar olsa da, haqq sözümüzü deyənlər də var. Ancaq Rüstəm İbrahimbəyov, Tahir Salahov danışmırsa, bunu onların öz vicdanına buraxmalıyıq. Eyni sözləri Rusiyadakı milyarderlərimizə də aid edə bilərəm. Onların pullarını mişarla kəsmək olmaz, amma ölkəyə pul göndərmirlər. Təkcə Mixail Qusman pul göndərib”.

Yazıçının fikrincə, Tahir Salahov böyük rəssamdır: “Onunla həmişə fəxr etmişəm, amma böyük azərbaycanlı deyilmiş. İndi nə deyək, gedib yaxasından yapışaq ki, niyə danışmırsınız? Onlar indi danışmırlarsa, heç danışmayacaqlar da. O vaxta qədər ki, qələbə çalacağıq, bayrağımız Xankədinə sancılacaq, onda danışacaqlar, gəlib Qarabağda təzə mülklər alacaqlar.  Əslində onların sözünə heç bir ehtiyacımız yoxdur. Sözümüzü Əsgər və Prezident deyir. Bizim Ali Baş Komandanın sözünə ehtiyacımız var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031