Sülhəddin Əkbər: “Başına pul qoymaq lazım deyil, Arutyunyan dronla məhv edilməldir”

17.10.2020 - 10:16

“Kəşfiyyat-təhlükəsizlik orqanlarına Qarabağdakı terrorbaşının aradan götürülməsi üçün tapşırıq verilməlidir”

Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri, terrorbaşı Araik Arutyunyan elə əda, elə şəstlə gəzir ki, sanki uca dağları bu yaradıb, xalq qəhrəmanıdır, əməlləri də müqəddəs niyyətə xidmət edir. Əslində isə qlobal terror qruplaşmalarının liderlərindən heç bir əməli ilə fərqlənməyən Arutyunyan və onun separatçı dəstələri hərbi tribunalda mühakimə olunmağı çoxdan haqq edib.

Amma Arutyunyanın zərərsizləşdirilməsi üçün daha praktik üsullar da var. Məsələn, onun başına pul mükafatı qoyula bilər. Kim Artunyanın kəlləsini bizə gətirsə, yüksək məbləğdə qiymətini alacaq. Buna görə nə Azərbaycana hər hansı beynəlxalq qınaq ola bilər, nə də bu, qanunsuz sayılar. Çünki işğal edilmiş ərazilərimizdə qondarma bir qurum yaradılıb və rəhbəri də terrorçudur.

Belə nümunələr dünyada az deyil: İŞİD lideri Əbubəkr əl-Bağdadinin, “Əl Qaidə” rəhbəri Üsəma Bin Ladenin, o cümlədən PKK-nın militanlarının başına pul qoyulub. Məsələn, Türkiyə kürd silahlı birləşməsinin “Dastan” ləqəbli Beylan Bozyığit adlı üzvünün ələ keçirilməsi üçün 70 min dollar mükafat vəd etmişdi və yaxalandı.

Bağdadinin ölümündən sonra FBI-ın terrorçular siyahısında birinci yeri Eymən əz Zəvahiri tutub. Hazırda Əl-Qaidə terror təşkilatının lideri olan Zəvahirinin başına 25 milyon dollar qoyulub.

İkinci yerdə isə Saif Əl-Adəl adlı terrorçudur. Misir vətəndaşı olan bu terrorçu keçmiş polkovnikdir. 1998-ci ildə ABŞ-ın Kenyadakı səfirliyini bombaladığı üçün axtarışdadır. Onun barəsində əsaslı məlumatlar verənə 10 milyon dollar mükafat veriləcək. 3-cü yerdə isə Həsən İz Əl-Dindir. Livan vətəndaşı olan bu şəxs Hizbullah təşkilatının üzvüdür. Təyyarə qaçırmaq və ağır cinayətlər törətməkdə günahkar bilinir, başına FBI tərəfindən 5 milyon dollar pul qoyulub.

O zaman niyə Azərbaycan da terrorçu Araik Arutyunyanın başına pul qoymasın?! O, 1992-ci ildə Dağlıq Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. Gəncə terroru isə tamamilə əsas verir ki, Arutyunyanı məhv etmək üçün bütün imkanları səfərbər edək.

Yeri gəlmişkən, Arutyunyan oktyabrın 4-də “facebook”da  Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini açıqlayıb. Bununla bağlı barəsində cinayət işi açılıb. Baş Prokurorluqdan bildirilib ki, Arutyunyan və həmin qanunsuz qurumun digər hərbi – siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmaları üçün zəruri tədbirlər görülür.

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin “Yeni Müsavat”a bildirdiyinə görə, bugünkü mövcud təhlükəsizlik vəziyyətini nəzərə alsaq, Arutyunyanın başına pul mükafatı qoyulmasına ehtiyac yoxdur.

Partiya sədrinin fikrincə, Azərbaycanın kəşfiyyat-təhlükəsizlik orqanlarına xüsusi tapşırıq verilməlidir: “Onun zərərsizləşdirilməsi üçün bu göstərişin verilməsi mümkündür. Azərbaycan bu əməliyyatı açıq şəkildə apara bilər və Arutyunyan məhv edilməldir. Onun məhv edilməsi üçün böyük pullar xərcləmək əvəzinə, bir dronumuzdan keçib vurmaq kifayət edir”.

S.Əkbərin sözlərinə görə, separatçı rejimin terrorbaşı artıq legitim hədəf hesab olunmalıdır: “Gəncənin vurulması əmrini verdiyini özü açıqlayıb. Onun məhv edilməsi artıq legitimdir. İşğal edilmiş ərazilərimizdə media məhdudlaşdıqca əməliyyat həyata keçirilə bilər. Bilirsiniz ki, qardaş Türkiyədə analoji tədbirlər həyata keçirilir”.

Məlumat üçün bildirək ki, Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndidə anadan olub. 1992-ci ildə Dağlıq Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin “İqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “Azad Vətən” adlı partiyanın sədri kimi separatçı rejimin “parlamenti”nə seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub.

Ondan əvvəl separatçı rejimə 4 nəfər başçılıq edib. 1994-97-ci illərdə separatçıların rəhbəri, hazırda İrəvanda ev dustaqlığında olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan olub. Ondan sonra seperatçılara 5 ay müddətində Leonard Petrosyan başçılıq edib. 1997-2007-ci ildə separatçıların rəhbəri Arkadi Quqasyan, 2007-2020-ci illərdə isə Bako Saakyan olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156181

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031