“Ermənistan hakimiyyəti Soros kimi beynəlxalq təşkilatların təlimatlarına uyğun işləyir” – Rusiyalı siyasi texnoloq

18.10.2020 - 11:25

Ermənistanın indiki hakimiyyəti Soros Fondu və bu kimi beynəlxalq strukturların tövsiyə və təlimatlarına uyğun işləyir.

Bunu Trend-ə rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib.

Onun sözlərinə görə, onların əsas strategiyası parlaq mənzərə yaratmaq, müxtəlif kommunikasiya kanalları ilə sürətli hücumlar etmək və informasiya təzyiqini təmin etməkdir:

“2018-ci ildə hakimiyyət dəyişikliyi dövründə də eyni proseslər təşkil olunmuşdu – Rusiyaya təzyiq göstərmək, KTMT-nin stabil siyasətinə qarşı informasiya təxribatları təşkil etməklə üzv ölkələri NATO üzvü olan Türkiyə ilə müharibəyə cəlb etmək”.

Ekspert bildirib ki, Yerevanın uzun müddət özünü cəzasız hiss etməsi və xarici diqtə ilə verilən qərarların məsuliyyətsizliyi onların hərbi təxribatlar təşkil etməsinə yol açdı:

“Hərbi əməliyyatlar üçün Ermənistanın öz qüvvəsi yoxdur. Bununla belə, iki illik hakimiyyət dövründə Paşinyan Rusiya ilə münasibətlərin gərginləşməsinə nail olub. Ona görə də təxribatlar silsiləsinə əl atmaq lazım gəldi. Amma Yerevanın Ermənistan ərazisinə atəş açmağa vadar etmək və ya döyüş əməliyyatlarında üçüncü ölkələrin iştirakını sübut etmək səyləri heç bir nəticə vermədi”.

Onun sözlərinə görə, Moskvada danışıqlar zamanı əldə olunmuş razılaşmalar həm bu vəziyyətə nüfuzunu göstərmiş Rusiya, həm də Azərbaycan diplomatiyasının qələbəsidir:

“Bu, döyüş nəticəsində deyil, danışıqlar nəticəsində sülhü bərqərar etmək üçün imkandır və Ermənistan üçün müharibəni uduzmamaq, sivil danışıqlar keçirmək şansıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156290

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031