Erməni fəalın ruslara müraciəti: “Gəlin əvəzimizə döyüşün, həlak olun, yenə doğub törəyərsiniz”

20.10.2020 - 10:32

Ermənilər 2016-cı ilin aprelində, Lələtəpə əllərindən çıxanda da belə etmiş, Rusiyanı yerdən-yerə vurmuşdular. (Yeri gəlmişkən, bu gün cəbhədəki uğurlarımızın böyük hissəsi Lələtəpədəki yarılmış səddin hesabınadır).

Onlar öz hərbi məğlubiyyətlərinə görə həmişə Rusiyanı günahkar sayırlar. Qələbəni özləri rəşadətli erməni əsgəri qazanır, uduzanda isə Rusiya günahkar çıxır – niyə gəlib kömək etmədi.

Bu, qaya kölgəsində yatan, onu öz kölgəsi sayan zavallı məxluqun düşüncəsidir. İndi o, kölgə yoxdur, günəş öndən düşür, çılpaq və acı həqiqət göz önündədir. Bu da ondan ibarətdir ki, Ermənistan ordusu zəif və səriştəsizdir, düşməni ilə təkbətək qalanda döyülür.

Hazırda sosial şəbəkələrdə ayrı-ayrı ermənilərin Rusiyanı asıb-kəsməsi, qınaması intensivləşib. Onlardan biri də Andronik Susanyan adlı şəxsdir. Onun yazdıqları ilk baxışdan psixi pozğunluğu olan adamın sayıqlamasına oxşayır, amma məsələ ondadır ki, məhz bu cür düşünən ermənilər çoxdur və bu cür düşündüklərini və dediklərini görüntüləyən videolar var.

Andronik Susanyan yazır: “Rus satqınlar, 140 milyonsunuz, ermənilərə köməyə yüz min əsgər göndərə bilərdiniz, onlar ermənilərin yerinə həlak olsalar da müqəddəs iş üçün ölərdilər, Ermənistan qəhrəmanı olardılar, rus torpağı isə bundan kasıblamazdı, yenə doğub-törəyərdi. Ermənilər azdır, ən qədim ari xalqdır. Onları qorumaq lazımdır”.

Necə deyərlər, artıq şərhə ehtiyac yoxdur.

IMG_20201020_094402_928.jpg (43 KB)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156353

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930