Məhv edildiyi iddia edilən “müdafiə naziri”ndən xəbər var – “döyüşdə yaralanıb, yerinə başqası təyin olundu”
Qondarma “DQR”-in “müdafiə naziri” Cəlal Arutyunyandan yeni xəbər var. Dünən axşam ordumuz tərəfindən öldürüldüyü deyilən Arutyunyan bu gün Qarabağ ermənilərinin rəhbəri Araik Arutyunyan tərəfindən postundan götürülüb.
Araik Arutyunyan sosial şəbəkədə mesaj yazaraq bunu general C.Arutyunyanın yaralanması ilə əlaqələndirib və “məcburi addım” adlandırıb.
Qeyd edək ki, dünən Musavat.com mötəbər mənbələrdən Calal Aryutunyanın döyüşlərdə məhv edildiyi barədə məlumat alıb yaymışdı. Lakin məlumat ermənilər tərəfindən rəsmən təsdiqlənməmişdi. Araik Arutyunyanın bugünkü təyinatı göstərir ki, general ya gerçəkdən məhv olub, ya da elə bir xəsarət alıb ki, vəzifəsini icra edə bilmək iqtidarında deyil.
Bizdə olan məlumata görə, C.Arutyunyan aldığı ağır yaralardan ölüb, ancaq erməni tərəfi bu hadisənin döyüşçüləri ruhdan salacağını, onları təslim olmağa sövq edəcəyini düşünürək generalın öldüyünü təsdiq etmir, onu hələlik “yaralı” kimi qələmə verirlər. Böyük ehtimalla daha sonra “təəssüf ki. Arutyunyanın həyatını xilas edə bilmədik” deyə başqa bir açıqlama verəcəklər.
Qeyd edək ki, C.Arutyunyana oktyabrın 15-də general-leytenant rütbəsi verilmişdi. O, 1974-cü ildə Xocalı rayonunun Daşbulaq kəndində anadan olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=156643