Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib

30.10.2020 - 14:32

Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin təşkilatçılığı ilə Bişkek şəhərində anım mərasimi keçirilib. Tədbirdə işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi ehtiramla yad edilib.

Musavat.com xəbər verir ki, mərasimdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin və terror qurbanlarının ruhuna dualar oxunub.

Birliyin sədri Əzizağa Əliyev, Bişkek şəhərindəki Azərbaycan məscidinin müftisi Mərifət Şirinov və Qazaxıstanın bu şəhərindəki Azərbaycan məscidinin müftisi Saleh Qasımov çıxış edərək Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, ermənilərin törətdikləri qanlı cinayətləri, terror aktlarını şiddətlə qınayıblar.

Qeyd edək ki, mərasimdə terror aktlarının ağır nəticələrinə dair 35-dən çox foto nümayiş etdirilib, şamlar yandırılıb, iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.

Tədbirdə Azərbaycan icması ilə yanaşı, qazax, tatar, qırğız icmasının nümayəndələri də iştirak edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156743

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930