Bakıda milyonluq dələduzluq işi- Vəkil ilə zərərçəkənin ziddiyyətli fikri

05.02.2021 - 16:54

Bakıda milyonlarla manat dəyərində dələduzlquda ittiham edilərək həbs olunan satış müdiri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Həsənov Samir Hafiq oğlu Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədilikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

İşi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə başlayıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

S.Əliyevin vəkili Ziya Ələsgərov məhkəmədə vəsatətlə çıxış edib. Vəkil işə xitam verilməsini istəyib, deyib ki, müdafiə etdiyi şəxsin hüquqları ibtidai istintaq zamanı pozulub, vəkili ilə görüşünə icazə verilməyib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin saxta ittihamlarla həbs edildiyini qeyd edib.

Zərərçəkmiş kimi tanınan Şakir Ələkbərovun vəkili vəsatətin təmin edilməməsini istəyib və özü də məhkəmədə vəsatətlə çıxış edib.

Vəkil deyib ki, müdafiə etdiyi şəxsin 2 milyon manatı yox 5 milyon manatı mənimsənilib, amma ibtidai istintaq bunu düzgün araşdırmayıb.

Samir Əliyevin vəkili bu vəsatətə etiraz edib: “Zərərçəkən istintaqda yazılı olaraq 5 milyondan 3 milyonunun ödənildiyini bildirib. Amma vəkil bunun əksini deyir”.

Zərərçəkənlə vəkilinin bu ziddiyyətli fikirlərindən sonra məhkəmə hər iki vəsatətə münasibət bildirmək üçün prosesi təxirə salıb.

İttihama görə, Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə, S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manat alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.

Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.

Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib. Hər gün üçün edilən alış və satışdan onlara qazanc verib.

S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.

Təqsirləndirilən Həsənov ittihamlarla razılaşmır, deyir ki, aldığı pulları qazancı ilə birlikdə qaytarsa da indi Şakir Ələkbərov onu şərləyərək əlavə pul istəyir. S.Həsənov əlavə edir ki, Ş.Ələkbərovdan 5 milyon pul alsa da 6 milyon manatdan çox pulu qazancı ilə birlikdə qaytarıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160658

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31