Bakı küçələrini bir-birinə qatan sürücü saxlanıldı – Polisləri yandırmaq istədi – FOTO

10.02.2021 - 11:03

Bakıda yol polisinin qanuni tələbinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədən sürücü həbs edilib.

Musavat.com avtosfer.az-a istinadən xəbər verir ki, Taleh Mehdiyev adlı sürücü fevralın 8-də Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman 400 manatdan artıq ödənilməyən cəriməsinin olduğu üzə çıxıb.

Yol polisi əməkdaşları cərimənin ödənilməsini təklif etsə də, o “imkanım yoxdur” deyərək qərəzli şəkildə öz maşınının arxa şüşəsini sındırıb. Maşına minməklə hadisə yerindən uzaqlaşan sürücü bundan sonra süni sıxlıq yaradılmaqla dayandırılsa da, ətrafdakı insanların köməyi ilə qaçmağa yenidən nail olub.

Polis əməkdaşlarından qaçan sürücü bu dəfə digər avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi də törədib. Sonra isə polislərə zor tətbiq etməklə onların üzərinə benzin töküb yandıracağını bildirib və hətta bu məqsədlə avtomobilin yanacaq çənini açaraq benzin çəkirmiş kimi hərəkətlər nümayiş etdirib. Sonra isə yenə də hərəkətinə davam edib və qaçıb. Nəhayət “20 Yanvar” metrostansiyası ətrafında süni sıxlıq yaradılaraq saxlanılıb.

Onun barəsində toplanılmış materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Mehdiyev Taleh Rasim oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib, eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161044

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31