Müdafiə sənayesi naziri Qazaxıstanın səfirini qəbul edib FOTO

12.02.2021 - 15:56

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdikarimovu qəbul edib.

Bu barədə nazirlikdən Musavat.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

Mədət Quliyev səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

Səmimi qəbula görə təşəkkür edən səfir Serjan Abdikarimov diplomatik fəaliyyəti dövründə Azərbaycan və Qazaxıstan arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Short URL: http://www.cumhuriyyet.net/?p=161305

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728