Rusiya prezidenti azərbaycanlı iş adamı Qod Nisanovu təltif etdi
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan əsilli tanınmış iş adamı “ Kievskaya Ploşad” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri God Nisanovu Rjevsk Sovet Əsgəri memorial kompleks layihəsinin həyata keçirilməsindəki xidmətinə görə “Xeyirxah işlərə görə” fərqlənmə nişanı ilə təltif edib.
Qeyd edək ki, Qod Nisanov həm Rusiyada, həm də Azərbaycanda özünün xeyriyyəçi fəaliyyəti ilə daim seçilir.
Yeni Müsavat Media Qrupunun kollektivi həmyerlimiz Qod Nisanovu Rusiya prezidenti tərəfindən təltif edilməsi münasibətilə təbrik edir, ona həm şəxsi həyatında, həm də işlərində uğurlar arzulayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=161346