Qənirə Paşayeva şəhid Nurlan Vəliyevin valideyni ilə görüşüb FOTO
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Nurlan Vəliyevin atası Habil Baloğlan oğlu Vəliyevlə Mədəniyyət Komitəsində görüşüb, şəhidin döyüş yolu və ailəsinin qayğıları ilə maraqlanıb.
Musavat.com xəbər verir ki, şəhid atası ilə ürək sözlərini bölüşən Komitə sədri, ona işğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürünü bildirb: “Tarixi zəfərə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq!
Sizin oğlunuz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. Şəhid Nurlanın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Oğlunuz Nurlan Murov istiqamətindəki strateji yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid olub.
Nurlan kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Short URL: http://www.cumhuriyyet.net/?p=161442