“98 minə görə hər həftə 2550 manat qazanc verirdi”- 6 milyonluq dələduzluq ittihamının TƏFƏRRÜATI

18.02.2021 - 11:35

Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan satış müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəmə iclasında maraqlı məqamlar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

S.Həsənov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan sonuncu məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manatdan artıq pul alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.

Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.

Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb, daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib. Hər gün üçün edilən alış və satışdan onlara qazanc əldə edib.

S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.

İş üzrə daha 5 nəfər zərərçəkən şəxs var. Onlardan ikisi sonuncu məhkəmə iclasnda Samir Həsənovdan şikayətçi olmadıqlarını bildiriblər.

Təqsirləndirilən Həsənov ittihamlarla razılaşmır. Deyir ki, aldığı pulları qazancı ilə birlikdə qaytarsa da indi Şakir Ələkbərov onu şərləyərək əlavə pul istəyir. S.Həsənov əlavə edir ki, Ş.Ələkbərovdan 5 milyon pul alsa da, 6 milyon manatdan çox pulu qazancı ilə birlikdə ona qaytarıb.

Samir Həsənov məhkəmədə daha geniş ifadə verəcəyini bildirib.

Prosesdə zərərçəkmiş Şakir Ələkbərov ifadə verib. O deyib ki, Samir Həsənov əvvəlcə ondan aldığı pulları qazancı ilə geri qaytarıb. Amma sonradan aldığı pulların qazancını versə də, əsas hissəsini qaytarmayıb.

Şakir Ələkbərov bildirir ki, Samir Həsənova son olaraq 24 dəfəyə verdiyi ayrı-ayrı məbləğlərdə pulu ala bilməyib. Həmin məbləğin miqdarı isə 5 milyon manatdan artıqdır.

Suallara cavab verən Ş.Ələkbərovun dediyindən məlum olub ki, Samir Həsənova verdiyi və geri ala bilmədiyi ilk pulun məbləği 98 min manat olub.

98 min manatın qarşılığında isə hər həftə 2550 manat qazanc əldə edirmiş. Samir Həsənov 18 ay müddətində hər həftə təkcə 98 min manata görə Şakir Ələkbərova 2550 manat qazanc verib. 18 ay müddətində isə bu qazanc 183 min manatdan çox edir.

Ş.Ələkbərovun qalan 23 dəfəyə verdiyi pullar isə 200-400 min manat civarlarında dəyişib. Həmin məbləğlərin də qazancını hər həftə aldığını deyir. Amma bildirir ki, sonda Samir Həsənov ondan aldığı pulların ana məbləğini qaytarmayıb.

Hakim Ş.Ələkbərovdan soruşub ki, niyə 5 milyondan artıq pul verdiyi halda Samir Həsənovla heç bir borc müqaviləsi imzalamayıblar?

Ş.Ələkbərovun cavabı belə olub: “İmzalamamışam ki, bura gəlib çıxmışam”.

Daha sonra hakim Ş.Ələkbərovdan soruşub ki, Samir Həsənovun pulları qaytarmadığı halda necə etibar edib və yenidən pul verib?

Ş.Ələkbərov deyir ki, onu şeytan aldadıb və Samir Həsənova inanaraq əlavə pullar verib.

“Sonra mənə dedi ki, artıq firmada siqaret yoxdur və işlər dayanıb. Vediyim pulları bir neçə günə qaytaracağını dedi. Hətta bir dəfə mənimlə görüşmyə gələndə maşının arxasında çantalarda xeyli miqdarda pul var idi. Dedi ki, haqq-hesab edəndən sonra pulumu verəcək. Mən də ona inanırdım. Amma bir neçə gün sonra yenidən məndən pul istədi ki, sonuncu dəfə mal alacaq. Mən də dedim ki, satış dayandığı halda növbəti dəfə malı hardan alacaqsan? Dedim ki, malı anbarda görməsəm, pul verən deyiləm. məni anbara aparmadı, amma bir video göndərdi. Həmin video anbarda çəkilmişdi.

Pullarımı qaytarmayanda birinci onun evinə getdim. Birinci məni tanımadığını dedi. Sonra mən də şikayət etdim” – deyə Ş.Ələkbərov ifadəsində göstərib.

Ş.Ələkbərov suallara cavabında deyib ki, S.Həsənov malları hara satdığını konkret olaraq ona deməyib: “Deyirdi ki, türmələrə, gəmilərə siqaret satır”.

Təqsirləndirilən şəxsin vəkili Ş.Ələkbərovdan hansı növ ticarətlə məşğul olduğunu soruşub.

Ş.Ələkbərov topdan və pərakəndə satışla məşğul olduğunu söyləyib.

Məhkəmənin davamında Ş.Ələkbərovdan Samir Həsənova verdiyi pulların qarşılığında əldə etdiyi qazancla bağlı suallar verilib. Şakir Ələkbərov özündə olan qeyd dəftərinə baxaraq ilk verdiyi məbləğ olan 98 min manata görə hər həftənin birinci günü 2550 manat qazanc aldığını deyib. Digər məbləğlərlə bağlı isə ayrı-ayrı miqdarda gəlir əldə etdiyini söyləyib.

Hakim bu rəqəmlərin konket olmasının vacibliyini bildirib. Buna görə də hakim Şakir Ələkbərovdan tələb edib ki, növbəti prosesə qədər Samir Həsənova verdiyi pulların qarşılığında nə qədər qazanc əldə etdiyini hesablayaraq məhkəməyə bildirsin.

Məhkəmə prosesi təxirə salınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161499

XƏBƏR LENTİ

virtual_roadi

05.05.2021Sevgi Ünvanı
Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31