EYYUBOV QUSARDA 16 MİLYONA BAĞLAR ALIB? – Oğlu da Londonda biznesini böyüdüb

11.03.2021 - 20:38

“Baş nazirin birinci müavini Yaqub Eyyubov Qusarda 16 milyon manat dəyərində torpaq sahələri, fındıq bağları alıb”.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində məlumat yayıb. O, Eyyubovların xaricdəki biznesi və əmlakı ilə bağlı əlavə məlumatları da təqdim edib.

Qeyd edib ki, Y. Eyyubovun oğlu Orxan Eyyubov İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır.

“Onun Kanadada, İngiltərədə İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur. Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada, qardaşı oğlu Kamran Eyyubov isə Azərbaycanda böyük biznes şəbəkələrinə sahibdirlər”- deyə, araşdırmaçının qeydlərində bildirilir .

Qeyd edilir ki, Orxan Eyyubovun Londondakı daşınmaz əmlak şirkəti – NEW CANADA LTD-nin aktivləri ötən il 15 milyon funt sterlinqə (35.5 milyon manat-red) çatıb: “Eyyubovların Kanadadakı klinikası isə 4 il əvvəl bağlanıb. Kanadanın məşhur vergi və biznes konsaltinq şirkəti MNP LLP 2017-ci ildə Orxan Eyyubovun müraciəti əsasında iflas prosesinə start verib. Sənədlərə əsasən, onun sahibi olduğu 8989613 Canada Ltd-nin 1 milyon dollara yaxın zəmanətsiz borcu ortaya çıxıb. Lakin şirkət bağlanmayıb və hazırda aktiv statusdadır”.

Artıq bir çox mətbuat orqanında da yayılan bu iddialarla bağlı hələlik Yaqub Eyyubov hər hansı təkzib və açıqlama verməyib.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161756

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031