Mübariz Mənsimov AZƏRBAYCANÇILIĞI və “içimizdəki denikinlər”

12.04.2022 - 12:49

Bütün Azərbaycan bu  gün Qarabağ məqamında. 30 illik həsrətin əzabı xalqın canından çıxmaqdadır. Bir yandan viran q2oyulan yurd yerlərimizi, Vətən yolunda can verən şəhidlərimizi anıb köks ötürürüksə, bir yandan da azad olunan torpaqlarımızı abadlaşdırmaq, şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün hər birimiz səfərbər olmalıyıq.  Bu gün gözlər və qulaqlar intizarda. Deyilən hər söz, hər dəstək böyük zirvəyə bir qədər də yaxınlaşdıran pillədir.  Bu arada həm də ölkədən kənarda yaşayan tanınmış soydaşlarımızdan umurduq. Milyarder soydaşlarımızdan. Dünyanın ən varlı 20 milyarderinin siyahısında azərbaycanlı milarderlərdən Vahid Ələkbərov, Araz Ağalarov,  Fərhad Əhmədov, Mübariz Mənsimov, Qod Nisanov, Zarax İliyevin adları düşüb. Onlardan biri Mübariz Mənsimov hələ savaşdan öncə həbsdə olmasına rəğmən öz mövqeyini açıq şəkildə ortaya qoymuşdu. Digərləri isə…  O zaman susduləar. Səs yenə həbsdə olmasına rəğmən Mübariz bəydən gəldi. M.Mənsimovun Tovuz döyüşlərindən sonra sosial şəbəkədəki hesabında qeyd olunurdu: “Üzücü xəbər aldım. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycanın 4 hərbçisi şəhid olub, 4-ü də yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Yaralılara da Allahdan şəfa diləyirəm. Şəhidlərimizin məkanı cənnətdir. Vətən üçün yaşayıb, vətən üçün öldünüz. Siz qəlblərə həkk olunsunuz. Tanrı Azərbaycan Ordusunu müzəffər etsin!”. Mənsimov 2017-ci ilin yayında balaca Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsindən sonra mediadakı çıxışlarında erməniləri faşist adlandırmaqdan da çəkinmədi. Şirkətlərində üçüncü nəsildən belə olsa ermənilərin işə alınmaması prinsipini illərdən bəri dəyişməyən Mənsimovun bu sözləri biznesinin əleyhinə olsa da, sözündən dönmədi. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə Mənsimov qətiyyətlə “Sərmayəmi çəkərəm”, deyərək, öz biznesini riskə atmaqdan çəkinmədi.

Bir daha Azərbaycan cəmiyyətinə bəlli oldu ki, məsələ sərvətdə, maddi imkanların böyüklüyündə, vətəndaşı olduğu super dövlətdə tutduğu yüksək məqamda deyil. Məsələ damarda axan AZƏRBAYCAN QANInın gücündədir. Hələ yüz il öncə milyonçular haqqında danışarkən sağlığında “millət atası” adlandırılan Hacı Zeynalabdin Tağıyevin, adının əvvəlinə “xəsis” epitet yapışdırılsa da, xeyriyyə məqsədilə böyük pullar xərcləyən Musa Nağıyevin, Şəmsi Əsədullayev, Hacıağa Dadaşov, Murtuza Muxtarov və İsabəy Hacınskinin adları çəkilir. Bu insanları xalqa sevdirən, adlarını günümüzə qədər yaşadan cəhətləri onların sadəcə, milyonlar qazanmaları deyil. Onlar qazandıqları pulların müəyyən hissəsini xalqın yolunda xərcləyirdilər, təhsilə, səhiyyəyə, ədəbiyyata, incəsənətə maddi dəstək verirdilər, ağır günlərdə təhlükələrin önünə keçirdilər. Qeyd olunan milyonçuların dövründə yüzlərlə başqa zənginlər də yaşayıb. Ancaq xalq üçün bir qara qəpik də xərcləmədiklərinə görə indi kimsənin yadına düşmürlər.

Bu gün yeni siyasi düzən və müstəqil Azərbaycan reallığı yeni milyonçular nəslinin yetişməsinə zəmin oldu. Hətta yeni nəsil milyonçulardan bir neçəsi qısa müddətdə beynəlxalq reytinqlərdə özlərinə yer tutmağı da bacardılar. Təbii ki, həmin soydaşlarımızın bu uğuru ictimai diqqəti onların paralel və zəruri fəaliyyətlərinə – xeyriyyəçilik təşəbbüslərinə də yönəldir. Ancaq burada mənzərə 100 il əvvəlkindən çox-çox fərqlidir. Təəssüf ki, yeni milyonçular arasında Tağıyev ənənələrini davam etdirənlərin sayı, ən nikbin hesablama ilə də bir əlin barmaqlarından çox deyil. Bu kateqoriyaya aid iş adamlarından söz düşəndə isə ilk ağla gələn ad Mübariz Mənsimovdur. Təqribən 20 il əvvəl “Palmali” gəmiçilik şirkətini quraraq, böyük biznes “dəniz”inə yelkən açan, “yüksəkballı qasırğa”lara sinə gərərək, inamla irəliləyən, adı maddi ehtiyaclarla üzləşən insanlarımızın ürəyində ümid alovu yaradan dəyərli soydaşımız. Türkiyə vətəndaşlığı qəbul edərək  qardaş ölkədə məskunlaşan Mənsimov öz fəaliyyəti və xeyirxahlığı ilə milli təəssübkeşliyin titul isimlərindən birinə çevrilib. “Palmali” sanki, gəmi daşımaçılığı şirkəti deyil, xəstəxanadır, məktəbdir, sığınılacaq limandır və nəhayət Azərbaycan dövlətçiliyənə iqtisadi, siyasi dəstək, Qarabağ savaşında dayaq məqamıdır. Qardaş Türkiyədə Azərbaycan həqiqətlərinin daha yaxından tanıdılmasının təşəbbüskarı kimi də Mənsimovun xidmətləri danılmazdır. Ankarada və Türkiyənin başqa böyük şəhərlərində Xocalı Soyqırımına dair səviyyəli tədbirlərin təşkili onun adı ilə bağlıdır. Bu gün İstanbulda Azərbaycan adına parklar varsa, bilinsin ki, o parklardan bir Mənsimov keçib.

Bir neçə gün öncə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə bu holdinqə məxsus gəmilərdən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Xatırladaq ki, şirkətin Milli Qəhrəman Mübariz İbrahimov adına yük gəmisi 10 ildən çoxdur ki, dünya sularında üzür. Əində bu gün toplum olaraq bizim Mübariz Mənsimova dəstək verməmiz, onu bütün ittihamlardan qorumamız lazımdır.. Amma indiki halında belə Azərbaycan əsgəri ilə səngərdə, Azərbaycan insanı ilə meydanda olan bu soydaşımıza ölkəmizdən də daş atanlar tapılır.  Siyasətlə reketçiliyi səhv salanlar   Mübariz  Mənsimovun Azərbaycan dövlətinə və SOCAR-a külli miqdarda pul “atmasından” tutmuş, iş adamının FETO, PKK, İŞİD-lə əlaqələrinədək çox şeydə ittiham edir.  Əlində heç bir məhkəmə qərarı, yaxud rəsmi sənəd olmadan iftira atmaq, şər-böhtan yazmaq  lap ötən əsrin 37-ci ilinin  gizli  danoslarını yada salır. Bu reket jurnalistikasından da dəhşətli  danos siyasətçiliyidir. Ötən əsrin 30-cu illərində də  Moskvaya yazılan belə danoslar minlərlə  soydaşımızın  həyatına son qoydu.  Söhbət danosbazlıqdan düşmüşkən, mərhum  prezident Heydər Əliyev öz çıxışlarının birində gülə-gülə qeyd edirdi ki, Siyasi Büro üzvü seçiləndə, ali  rəhbər vəzifəyə təyin olunanda  düşünürdüm ki, hamı sevinəcək, amma Moskvaya danos yazanlar da tapıldı. Görünür bu gün də bəzi əli qələm tutanlar  öz mənəvi liderlərinin yolunu davam etdirirlər.

Mübariz Mənsimova Azərbaycan mediasından  və siyasətindən atılan bu daş təkcə danosla  kifayətlənmir, hansısa karidorlarda eşitdiklərini araşdırma kimi tirajlayaraq insanları  böyük cinayətlərdə ittiham edirlər. Başa düşürük ki, böyük siyasətin və böyük biznesin zirvəsinə heç kim ağ kostyumda və bəyaz əlcəkdə getmir. Amma kimlərisə ittiham etmək üçün əlində rəsmi sənədlər, tutarlı faktlar, dəlillər, sübutlar olmalıdır.  Əlbəttə yel qayadan nə aparar ki? Belə hücumlara isə ən yaxşı cavab Mübariz Mənsimovun əməli və sözüdür: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər.Biz bu günə qədər 20 minə yaxın tələbini oxudub, minlərlə insanın Türkiyə və başqa Avropa ölkələrində sağlamlığı üçün öz köməyimizi göstərmişik. Bunları edərkən, insanların milli kimliyini soruşmamışıq. Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var. Bizi separatçılıqda ittiham etməyə çalıan bu adamlar görünür, “Palmali Group”a məxsus gəmilərdə şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlib. “Palmali Group”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu da gözündə qalıb. Mən hər zaman özümü bu dövlətin əsgəri hesab etmişəm. Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm”.

Dəyərli iş adamının və dəyərli metsenatımızın ləkələnməsinə rəvac verənlər erməni sevgiləriylə seçilən xəyanətkarlıq “torbası” olması çox şeyləri deyir. Bu gün hər bir şəxs, hətta döyüşçülər “Azərbaycan sevdalısı” Mübariz Mənsimovun yanındadır. Çünki onun ümumi düşmənimizə qarşı apardığı mübarizə, şəhidlərimizə göstərdiyi sayğı və millət adına gördüyü işlər dəfələrlə qəlbimizi iftixarla qabardıb. Amma bu iyrənc və qaydasız üsulla böhtan kompaniyasına start verənlər isə millətimizin üz qaralarıdır.
Mübariz Mənsimovla şəxsi tanışlığım yoxdur. Mənə nə yaxşılığı keçib, nə pisliyi. O milyarder, mənz də sıradan kasıb qələm əhli. Nə yollarımız kəsişib, nə maraqlarımız toqquşub. Nə onun bizə işi düşüb, nə bizim ona. Amma Mübariz Mənsimov AZƏRBAYCANLIDIR! Dünyanın beş qitəsində Azərbaycan adına tanınır, Türkiyə vətəndaşı olsa belə.  Azərbaycanın özündə və ya xaricində (harda olursa-olsun və kim olursa- olsun) soydaşımızın, bizdən biri olanın dara düşməsinə biganə qalmaq yaramaz. Azərbaycan Respublikası təkcə onun ərazində olanların deyil, ondan kənarda olan azərbaycanlıların da Vətəni sayılmırmı?! Azərbaycan dövləti hər bir Azərbaycanlının istinadgahı, qibləgahı deyilmi?!  Xaricdə darda olan soydaşımıza, qan qardaşımıza lazım olanda dövlət səviyyəsində, lazım olan yerdə millət olaraq dəstək vermək boynumuzun borcu deyilmi?! Bu üzdən, burda və ya burdan kənarda olmasından asılı olmayaraq, bir Azərbaycanlının ayağına dəyən daş bizim hər birimizi ağrıtmamalıdırmı?! Təbii ki, ağrıtmalıdır. O zaman kimliyindən, nəçiliyindən asılı olmayaraq Mübariz Mənsimov niyə istisna olsun ki?!  Mənsimov bir azərbaycanlı olaraq soydaşlarının dəstəyinə ehtiyac duyur və gerçəkdən Azərbaycan adına yaşayanlar bu dəstəyi göstərməlidir.

Nəsimi Şərəfxanlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173338

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031