Bakı və İrəvan arasındakı danışıqlar… – ABŞ rəsmisi

07.06.2023 - 11:41

Azərbaycan və Ermənistan arasında danışıqlar regionda sülhün və sabitliyin qorunması üçün çox vacibdir.

Bunu ABŞ-ın Xarici Əlaqələr üzrə Milli Komitəsinin rəhbəri və baş icraçı direktoru Suzan Elliott Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Onun sözlərinə görə, harmoniya və inteqrasiya bugünkü gündəmin iki mühüm maddəsidir.

S.Elliott Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal iş apardığını da qeyd edib:

“Hətta ABŞ-da belə mürəkkəb dəyişikliklər o qədər də tez baş vermir. 2020-ci ildən Azərbaycan bir çox infrastruktur layihələrini başa çatdırıb və bu, iqtisadiyyatı bərpa etmək və insanları buraya qaytarmaq üçün lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191988

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930