Talıbovdan sonrakı Naxçıvan: yeni formalaşmış idarəçilik hələ ki özünü tam doğrultmur

01.03.2024 - 12:32

Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra muxtar respublikada müsbət dəyişikliklərin olacağı gözlənilsə də, bu proqnozlar hələ ki özünü tam doğrultmur. Yeni formalaşmış idarəçilik bir çox sahələrdə islahatları həyata keçirə bilmir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz bildirib ki, tikinti sektorunda, ümumiyyətlə, fəaliyyət dayanıb: “Naxçıvanda bir çox sahələr tamamilə dayanıb. Bunların başında tikinti sektoru gəlir. Məndə olan məlumata görə, bunun səbəbi hakimiyyətdə olan köhnə komandanın işi sabotaj etməsidir. Bildiyiniz kimi, bu sahədə bir çox layihələr tenderdən keçməlidir. Lakin köhnə komandanın üzvləri layihələrin tenderdən keçməsinə icazə vermirlər. Hökumət tikintilərin həyata keçirilməsi üçün 245 milyon pul ayırsa da, il yarımdan çoxdur ki, işlər tamamilə dayanıb. Bu sektorda çalışan işçilər də uzun müddətdir ki, bu sahənin yenidən açılmasını gözləyir. Əldə etdiyim məlumata görə, Naxçıvan Universiteti də fəaliyyətini dayandırıb. Bu universitet özəl olmasına baxmayaraq, olduqca yüksək səviyyədə təhsil verirdi. İş yerlərinin açılmasında hər hansı bir dirçəlmə yoxdur, hətta əksinə, bir çox müəssisələr bağlanır. Bu isə insanlarda narazılıq doğurur. Səbəb isə yeni komanda ilə köhnə komanda arasındakı rəqabətlə bağlıdır. Naxçıvanda köhnə idarəetmənin tamamilə ləğv edilib yeni kadrlardan ibarət idarəetmənin təşkili planlaşdırılırdı, lakin bu baş tutmadı”.

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Heydər Oğuz

Heydər Oğuz səhiyyə sektorunda özünü göstərən acınacaqlı durumdan da bəhs edib: “Naxçıvanda ən mühüm problemlərdən biri də səhiyyə sistemi ilə bağlıdır. Vasif Talıbovun dövründən Naxçıvanda səhiyyə sistemi yaxşı vəziyyətdə deyildi. Təsəvvür edin ki, tibb fakültəsinin ən savadlı həkimi arı üzrə mütəxəssis idi. Bu cür müəllimlərin yetişdirdikləri həkimlər də bərbad gündə idi. Vasif Talıbov bu problemin qarşısını almaq üçün 2010-cu ildə Türkiyəyə 5 həkimi tələbə kimi göndərdi. Bu tələbələrdən cəmi 2-si işlə təmin olunmuşdu. Biri Naxçıvanda fəaliyyət göstərən respublika xəstəxanasına, digəri isə Kardiologiya İnstitutuna baş həkim təyin olundu. Yeni təyin olunan muxtar respublika rəhbərliyi isə ümumiyyətlə bu institutu ləğv etdi. Respublika xəstəxanasının baş həkimi Ramin Hacıyevi də işdən çıxmağa məcbur ediblər. Onun yerinə isə pediatr təyin olunub. Bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində daha çox Bakıdan göndərilən kadrlar təyin olunur. Bunların əksəriyyəti isə 4-5 dəfə təyin edildikləri vəzifələrdən qovulmuş şəxslərdir. Üstəlik, heç biri tibb işçisi deyil. Naxçıvandakı doğum mərkəzində icraçı direktor vəzifəsinə hüquqşünas təyin olunub. Bu adam 14 il Vasif Talıbovun ombudsmanı kimi çalışıb. Naxçıvanda səhiyyə bu cür acınacaqlı vəziyyətdədir”. 

Qeyd edək ki, Naxçıvanda tikintilərin dayandırılmaslı ilə bağlı faktı Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də ilin sonunda  mətbuata müsahibəsində təsdiqləmişdi. “Bu gün Naxçıvan Muxtar Respublikasında ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb”.

Fuad Nəcəfli ilə bağlı qərar verildi Pravda.az

Fuad Nəcəfli

F.Nəcəflinin sözlərinə görə,  2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib: “Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlayıb. Layihələrin tətbiqi, əsaslandırılması  üzərində iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işlərinə geniş vüsət veriləcək və olduqca böyük infrastruktur layihələri icra olunacaq”.

Qeyd edək ki, tikintilərin dayandırılması bir sıra sahələrə təsir edib. Məsələn,  Babək rayonunda qum və çınqıl karxanaları öz fəaliyyətini dayandırıb. Buna səbəb Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qum-çınqılın çıxarılmasına və daşınmasına qoyduğu qadağa olduğu bildirilir. Rayonda fəaliyyət göstərən kərpic sexlərinin də fəaliyyətinin dayandırması haqda mediada xəbərlər vardı.

Bildirilir ki, hazırda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən bir sıra köhnə binalarda, həmçinin layihədən kənaraçıxma halları olan yeni binalarda müayinələr aparılır. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda sadalanan faktlarla bağlı araşdırma aparılır.

Aydındır ki, Vasif Talıbov bu tikililər üçün ayrılmış pulların mənimsənilməsinə görə məsuliyyət daşıyır. O səbəbdən bütün muxtar respublikanı əhatə edən araşdırma sabiq Ali Məclis sədrinə yaxşı perspektiv vəd etmir…

“Yeni Müsavat”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198975

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930