Talıbovların çökən biznesi yüzlərlə adamı işsiz qoydu

13.03.2024 - 13:18

Naxçıvanlı siyasətçidən təklif: “Talıbovlara aid müəssisələr dövlətin əmlakı olaraq sənədləşdirilməlidir və fəaliyyət göstərməlidir ki, insanlar orada işləsinlər”

“Naxçıvandakı siyasi dəyişiklikdən sonra son bir ildə 51 min nəfər öz iş yerini itirib. Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərindən bu nəticəyə gəlmək olar. Bağlanan iş yerlərinin demək olar ki, hamısı vaxtilə keçmiş hakim ailə Talıbovlara məxsus olmuş özəl sektorun payına düşür. 2023-cü ilin əvvəlində Naxçıvanda baş verən siyasi dəyişiklikdən sonra Talıbovlara məxsus bütün müəssisələr ailənin əlindən alındı və tədricən fəaliyyətini dayandırdı. Yeni iş yerləri haqda isə düşünən olmadı”. Bu barədə “Gündəlik Naxçıvan” yazır.

Bildirilir ki, daxili intriqalardan ən çox əziyyət çəkən yerli əhalidir. İş yerini itirmiş 51 min nəfərin az qala yarısı vətəndən didərgin düşüb, Bakıda, Türkiyədə, yaxud da başqa xarici ölkələrdə iş axtarmağa məcbur olub.

Şərur rayon sakini Rafiq İbrahimov deyib ki, son bir ildə təkcə onun tanıdığı 10-larla şəxs iş axtarmaq üçün Naxçıvanı tərk edib. Köçənlər arasında onun qardaşı da var: “Qardaşım “Nəqşicahan Holdinq”də fəhlə işləyirdi. Siyasi dəyişiklikdən 2 ay sonra iş yoxdur deyib, ixtisara saldılar. Haraya üz tutdusa, işlə təmin olunmadı, şikayətinə baxan olmadı. 7 ay işsiz qaldı və əlacsızlıqdan, ailəsinə çörəkpulu qazanmaq üçün bir ay əvvəl Türkiyəyə işləmək üçün getdi”. 

Vaxtilə “Gəmiqaya Holdinq”də fəhlə işləmiş Babək rayon sakini Nəcəf Qasımlı da işsizlikdən Naxçıvanı tərk etməyə məcbur olduğunu deyib. Onun sözlərinə görə, son aylarda 500 nəfərə yaxın nehrəmli Türkiyəyə iş axtarmağa gedib.

Hesablamalara görə, sayı 500 min olan Naxçıvan əhalisinin təxminən yarısı 30 ilə yaxın davam etmiş Talıbov idarəçiliyindən qaçaraq, vətənini tərk etmişdi. Siyasi dəyişiklikdən sonra belə bir ümid yaranmışdı ki, iqtisadi rəqabət mühiti yaxşılaşacaq, siyasi yumşalma olacaq və əhali geri dönəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199236

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930