Sabir Rüstəmxanlı Rəsulzadə və Xalq Hərəkatının müdafiəsinə qalxdı -həmkarına sərt cavab: “adam gözünü yumub, ağzını açmaz…”

14.06.2024 - 13:31

Milli Məclisin iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov AXC-Müsavat hakimiyyəti barədə tənqidi fikirlərini səsləndirdi. O həmçinin 90-cı illərin əvvəlləri ilə bağlı mövqeyini ifadə etdi. İclasın gedişində söz alan Xalq şairi, deputat Sabir Rüstəmxanlı həmkarının dediklərinə sərt reaksiya verdi. Musavat.com-un məlumatına görə deputat bildirdi ki, biz hələ sağıq və zamanında müstəqillik üçün mübarizə aparmışıq. Deputat 1988-ci ildə 1 milyon yarım insanın meydanlarda olduğunu, ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizə apardığını söylədi.

Bildirdi ki, SSRİ-nin dağılmasında rol oynayan ən mühüm amillərdən biri də xalq etirazı olub. Sabir Rüstəmxanlı daha sonra bunları söylədi? “Heydər Əliyev çox böyük tarixi şəxsiyyətdir, hamı tərəfindən sevilir. O, 20-ci əsrdə Azərbaycanın yetirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Amma onu eyni zamanda Rəsulzadəyə, başqasına qarşı qoymaq da lazım deyil, hərəsinin öz xidmətləri var. Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı, 1991-ci ildə biz onu bərpa eləmişik. O bayraq Rəsulzadənin xidməti idi. Yəni birini inkar edib, o birini böyütmək olmaz. Biz bir-birimizlə çiyin-çiyinə dayananda böyüyük. Tarix də ardıcıllıqdır. Bir tarixi inkar edib, o biri tarixi böyütmək olmaz. Kimisə böyütmək üçün başqasını kiçiltmək lazım deyil. Heydər Əliyevin böyüklüyü ondadır ki, Böyük Azərbaycanda yetişib, Azərbaycanın yetirdiyi böyük şəxsiyyətlərlə yan-yanadır. Heydər Əliyev Azərbaycan ədəbiyyatının hər bir şəxsiyyəti ilə qürur duyurdu və onları böyüdürdü, kiçiltmirdi. Amma siz indi başdan-topuğacan hər şeyin üstündən xətt çəkirsiz”.

S.Rüstəmxanlı ardınca həmkarına xitab etdi: “Nə qazanırsan? Sən cavan oğlan, bununla nə demək istəyirsən? Mən bütün tarixə qarşıyam, bütün deyilənlərə qarşıyam, mən bu cür fikirləşmirəm. Sən səhv fikirləşə bilərsən. Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam gözünü yumub, ağzını açmaz, danışıb, sonra düşünməz, əvvəl düşünər, sonra danışar. Xahiş edirəm ehtiyatlı ol, bu, bizim tariximizdir və biz də hələ burdayıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201400

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031