Dağıstan terrorunun ilginc səbəbləri : Rusiyanı “həssas yerindən” vuran kimdir?

24.06.2024 - 12:00

Xəbər verildiyi kimi, iyunun 23-də axşam saatlarında Dağıstanda terrorçular sinaqoq, kilsə və polis postuna hücum təşkil edib. Nəticədə keşiş, kilsə mühafizəçisi və polislər öldürülüb. 

Maraqlıdır ki, hücuma məruz qalan hər 3 obyekt dövlət təhlükəsizliyi ilə bağlı ən həssas nöqtələrdir. Polis sabitlik və asayişi simvolizə edir, kilsə və sinaqoqlar isə dini, yəni sülhü simvolizə edir. İbadət evlərinin və din xadimlərinin dünyanın hansı bölgəsində olursa olsun, hədəfə alınması nifrət və düşmənçiliyi qızışdırmağa xidmət edir.

Artıq bəzi Qərb media orqanlarında hücumun arxasında İŞİD-in olması barədə iddialar yayılıb. Son iki ildə baş verənlərdən çıxış etsək Dağıstandakı hücumları da İŞİD-in öz üzərinə götürəcəyi ehtimalı yüksəkdir.

Digər tərəfdən, 5 gün əvvəl Türkiyə mediası bu ölkənin kəşfiyyatının Rusiyanın müvafiq qurumlarına mart ayında Krokus mərkəzindəki terrora bənzər hücumun təkrarlanacağı ilə bağlı xəbərdarlıq etdiyi haqda xəbər yayıb. Bundan əvvəl də Rusiyada ikinci bir hücumun olacağı ilə bağlı ehtimallar müzakirə olunurdu.

Yeri gəlmişkən, ötən ilin oktyabrında Dağıstanda hava limanı və bir neçə ərazidə “yəhudi qaçqınları” axtaran kütlə aksiyalar keçirmişdi. Belə görünür ki, kimsə bir il əvvəl Dağıstanda dini zəmində gərginliyin məşqini edib.

Bu gün öldürülüən polis və keşiş

Şimali Qafqaz Rusiyanın ən kövrək, etnik və dini zəmində münaqişəyə həssas bölgəsidir. Lakin o da var ki, hətta ən gərgin dövrlərdə belə Şimali Qafqazda kilsə və sinaqoqlar deyil, məscidlər və müsəlman din xadimləri daha çox hədəfə alınıb. Lakin bu dəfə hədəf yəhudilərin və xaçpərəstlərin ibadətgahı olub. Bu isə hücumun sifarişçilərinin əsas məqsədlərini ört-basdır etməyə xidmət edir.

Rusiyanın əsasən müsəlmanlar yaşayan və dini baxımdan həssas olan subyektində kilsə və sinaqoqun hədəfə alınmasının bir neçə izahı ola bilər.

Bu hücumu təşkil edənlər Dağıstanda xristian və yəhudilik inancının təhlükə altında olduğunu göstərir, başqa sözlə, ölkə daxilində ictimai sabitliyi hədəfə alır.

Silahlı hücumlar Rusiya dövlət orqanlarının həssas bölgələrdə asayişi təmin edə bilmədiyi, dolayısı ilə Rusiyada daxili sabitliyin kövrək olduğunu, xüsusən də müsəlman bölgələrində digər dinlərin, ələlxüsus da, xristianlıq və yəhudilik tərəfdarlarının həyatlarının təhlükə altında olduğunu nümayiş etdirir.

Nəhayət, bu bölgədə daha əvvəldən mövcud olan radikal ideologiyaların daşıyıcısı olan “yatmış hücrələri” oyatmaq, radikal qrupları hərəkətə gətirməyə hesablanıb.

Kənan Rövşənoğlu

Xüsusi olaraq Globalinfo.az üçün

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201684

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031