Qafqazla bağlı ŞOK plan

05.07.2024 - 11:46

Kapitulyant ölkə ABŞ-ın forpostuna çevrilir? “İrəvan Amerikanın dəstəyini alıb Azərbaycana hücum etmək niyyətindədir…”

ABŞ Konqresinin hər iki palatasının nümayəndə heyəti Ermənistanda bir neçə günlük səfərdədir. “Yeni Müsavat” bildirir ki, bu barədə Birləşmiş Ştatların Ermənistandakı səfirliyi bildirib. Məlumata görə, nümayəndə heyətinə Respublikaçılar Partiyasından olan, ABŞ-ın Missisipi ştatının senatoru, Helsinki Komissiyasının üzvü, Senatın Silahlı qüvvələr üzrə komitəsinin üzvü Rocer Uiker başçılıq edir. 

Bildirilib ki, nümayəndə heyətinə Cənubi Korelinadan respublikaçı, Aşağı (Nümayəndələr Palatası) Palatasının üzvü, ABŞ Helsinki Komissiyasının sədri Co Uilson, Demokratlar Partiyasının təmsilçisi, Senatın beynəlxalq münasibətlər üzrə komitənin sədri, Merilend ştatından senator Ben Kardin, Texasdan respublikaçı senator Con Kornin, respublikaçı, Alabamadan Nümayəndələr Palatasının üzvü Robert Aderxolt və başqa respublikaçı konqresmenlər daxildir. Onların Ermənistanda bir sıra rəsmi görüşlər keçirəcəyi, regional vəziyyəti müzakirə edəcəyi gözlənilirdi. Rocer Uiker o konqresmendir ki, Rusiyanı nüvə silahı ilə vurmağa çağırıb. Və Ermənistanın baş naziri Nikol Paşinyan onu qəbul edib. Bu da bir eyhamdır…

Göründüyü kimi, tərkib kifayət qədər nüfuzludur. Onların arasında Senatın komitə sədri, Helsinki Komissiyasının sədri və hərbi sahəyə məsul olanlar da var.

Bəs son vaxtlar artan belə səfərlərdə əsas hədəf nədir? Niyə məhz indi və niyə Ermənistan? Əgər bu şəxslər həqiqətən bölgədə sülh və əməkdaşlıqda maraqlıdırlarsa, nədən Azərbaycana da səfər etmirlər? 

Xatırladaq ki, ötən həftəsonu bəzi ermənipərəst konqresmenlər Konqresə Azərbaycan əleyhinə ikipartiyalı sənəd layihəsi təqdim ediblər.

Lakin amerikanların intensivləşən səfərlərinə baxmayaraq, Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir. İyulun 3-də  Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. “Rusiya Ermənistanı müttəfiq hesab etməkdə davam edir, iqtisadi əlaqələr inkişaf edir”, – o bildirib.

Çox maraqlıdır ki, konqresmenlərin İrəvana ayaq açdığı vaxtda Ermənistan yeni AES tikintisi prosesində mühüm mərhələyə keçib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, hazırda ABŞ-la bu layihənin hüquqi bazasının tənzimlənməsi ilə bağlı müzakirələr aparılır: “Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı çoxməzmunlu mərhələyə qədəm qoymuşuq. Hazırda ABŞ-la hüquqi bazanın tənzimlənməsi məsələsini müzakirə edirik. Top indi ABŞ-ın sahəsindədir”.

Halbuki Ermənistandakı Metsamor AES Rusiyanın nəzarətindədir. Amma Vaşinqton Rusiyanın forpostunu öz forpostuna çevirmək istiqamətində addımlarını hərtərəfli sürətləndirir. Ekspertlər də bu qənaətdədir ki, Azərbaycanın qonşuluğunda ABŞ-ın belə fəallaşması daha çox Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaqdır. Amerikalı hərbçilərlə birgə təlimlər keçirilməsi, müdafiə naziri Papikyanın NATO-nun Avropa komandanı ilə görüşü, ABŞ-ın İraqdan sonra ikinci ən böyük diplomatik korpusun məhz İrəvanda saxlanması Rusiyadan bu ölkəni qoparmaq üçün atılan strateji addımların əlamətləridir.

Ötən ay Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində demişdi ki, ABŞ Ermənistana Rusiya bazasından və sərhədçilərindən imtina etməyi tövsiyə edir, bunun müqabilində təhlükəsizliyi təmin edəcəyinə vəd verir. Sitat: “Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın, amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq-aşkar təxribatdır. Bu, diplomatiya deyil. Bu, rüşvətlə ələ almadır”.

Lavrov ABŞ-ın tez-tez müttəfiqlərini tərk etdiyini diqqətə çatdırıb. “Biz Qərbin keçmişdə dəstək olduğu şəxslərlə sonralar necə davrandığını görürük. Onlar “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa vermiş, qaçmamış Misir prezidenti Hüsnü Mübarəki yarı yolda tərk etdilər… ABŞ 20 illik işğalı zamanı güvəndikləri Əfqanıstan hökumətini də tərk etdi”, – Lavrov xatırladıb. 

Bəllidir ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=202351

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031