Qobustan həbsxanasında qiyam
“2007-ci ildən 2011-ci ilədək həbsxananı faşist konslaqerinə çevirərək, məhbusları dözülməz işgəncələrə məruz qoyan sabiq rəis Kazım Abdullayevin metodlarının daha qəddarlıqla davam etdirilir”
Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş məhbuslar aclıq aksiyası keçirir. Bu barədə məlumat cumhuriyyet.az-a Ömürlük Cəza Almış Məhbusların Müdafiə Komitəsindən daxil olub. Komitənin rəhbəri Rzaxanova Müslümət Məhəmməd qızının cumhuriyyet.az-a göndərdiyi məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Qobustan həbsxanasında mart ayının 30-dan ömürlük cəza çəkən məhbusların kütləvi, dinc aclıq aksiyası keçirildiyi barədə məlumat almışıq. Bu barədə həbsxana rəisinə zəng edib məlumat almaq istəsək, cavab vermir. Onu da nəzərinizə çatdırmaq istərdim ki, cənab Fikrət Qafarov həbsxanaya rəis təyin olunduğu gündən onunla əlaqə yarada bilmirik.
Bu gün rəsmi nümayəndəsi olduğum 25 ildən artıq cəza çəkən ömürlük məhbus Çingiz Paşayevlə telefon danışığı zamanı bildirdi ki, o, mart ayının 30-dan rəsmi qaydada, qanuna müvafiq aclıq aksiyası keçirir, digər məhbuslarla tam əlaqəsizdir. Aksiya keşirməsinə səbəb onu uzun illər dinc şəraitdə müalicəsini davam etdirdiyi təkadamlı kameradan zorakılıqla, qeyri-insani rəftarla çıxarılaraq, 25 il ərzində qeyri-qanuni bilinməyən bütün məişət avadanlıqlarını ondan alınıb, digər əşyaları da yararsız hala salınıb, onu 4 nəfərlik kameraya köçürüblər. Onun bütün yazışmaları ünvanına göndərilmir. Hətta cəzasının 25 il tamamından sonra qanuna müvafiq qaydada Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciəti bu günə kimi məhkəməyə göndərilməyib. Eyni zamanda digər müraciətlərinin də həbsxanadan göndərilməməsi və ona qarşı təzyiqlərin davam etməsi barədə dinc aksiya vasitəsilə əlaqədar rəhbərliklərin nəzərinə çatdırmaq üçün yeganə çıxış yolu olduğunu bildirdi.
Çingiz Paşayev məhz həbsxanada vərəm xəstəliyinə yoluxaraq, uzun illərdir müalicə olunur. Müalicə müəssisəsindən sonra isə həbsxanada, saxlandığı kamerada müalicəsini davam etdirirdi. Özünün də xəstə məhbus ilə bir kamerada saxlanılaraq yoluxduğunu nəzərə alaraq, qanunamüvafiq qaydada, öz xahişi ilə təkiadamlı kamerada saxlanılırdı. 25 ildən artıq cəza çəkən Çingiz barəsində əfv ilə əlaqədar mərhum anasının müraciətinə əlavə edilmiş xasiyyətnamədə Çinqizin bu illər ərzində islah olunmuş, nümunəvi məhbus olduğunu göstərirdiyi halda ona qarşı son zamanlar təzyiqləri başa düşmək olmur!
Son zamanlar Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbuslardan və məhbus yaxınlarından aldığımız məlumatlara əsasən məhbuslara qarşı belə münasibət, 2007-ci ildən 2011-ci ilədək həbsxananı faşist konslaqerinə çevirərək, məhbusları dözülməz işgəncələrə məruz qoyan sabiq rəis Kazım Abdullayevin metodlarının daha qəddarlıqla davam etdiyini bildirirlər. Ömürlük məhbus Zaur Süleymanovun anası Zaxalay Süleymanovanın dedikləri: həbsxanaya kazım abdullayevin işgəncə metodları davam edir. Həbsxana rəisi Zaur Süleymanovu işgəncələrlə döyərək,ağır bədən xəsarətləri ilə bir aya yaxın karcda saxlamışdır.Səbəbini öyrənmək üçün uzun müddət həbsxana rəisinə zəng etsəm də telefona cavab vermir. Rəsmi qaydada əlaqədar rəhbərliklərə müraciət etsəm də nəticəsi olmadı. Məhbuslara Razım Abdullayevin rəis olduğu müddətdə məhbuslara xüsusi işgəncələr verən Adil Şirməmmədov hazırda məhbuslara işgəncələri davam etdirir. Mənim oğlum bəlkə hər hansı rejim qaydasını pozubsa belə, (tam əminliklə bildirirəm oğlum heç bir qanunazidd hərəkət etməyib.) həm işgəncələrlə amansızcasına döyülür, həm də bir aya yaxın müddətdə bədən xəsarətləri ilə karsda saxlanılır. Bu hansı qanunda yazılıb? Niyə həbsxana rəisi nelefon zənglərinə cavab verməyir?Dərdimizi kimə deyək? Mənim oğlum həbsxanada ağır xəstəliyə yoluxduğu az imiş kimi,əlavə olaraq işgəncələrə məruz qalır.
Ömürlük məhbus Ceyhun Qəribovun qardaşı Taleh Qəribovun dedikləri: “Qobustan həbsxanasında illərlə davam edən məhbuslara qarşı qəddarlıqlar barəsində əlaqədar rəhbərliklərə müraciət etsək də nəticəsi olmayıb. Dəfələrlə həbsxananın rəisləri dəyişdirilir, həmin rəislərin cinayət xartakterli hərəkətləri təqaüdə göndərilməklə “cəzalandırılır”. Daha sonra isə onsuz da ağır şəraitdə saxlanılan şikayət edən əsasən imkansız məhbusa faciəli həyat yaşadılır. Qardaşım Qəribov Ceyhun Əhəd oğlu 1996-cı ildən ömürlük cəza çəkir. Qardaşıma qarşı illərlə davam edən təzyiqlərə səbəb bizim imkansız ailə olmağımızdır. Fəhlə işləyirəm, himayəmdə ailəm və xəstə anam var, çətinliklə də olsa qardaşımın yanına gedə bilirik. Qardaşıma təzyiqlərdən ən ağrılısı, artıq həbsxanada Adil Şirməmmədov tərəfindən adi hal almış, onu heç bir əsas olmadan qəsdən onunla düşmən mövqeyində olan və yaxud xəstə məhbusla bir kameraya köçürürlər. Etiraz etdikdə isə döyülüb karsa salınır. Növdəti dəfə də qardaşımı qəsdən zorakılıəqla onunla pis münasibətdə olan sumqayıtlı Qüdrət adlı məhbusun kamerasına köçürüb, Qüdrət qardaşımla heç bir səbəbi olmadan mübahisə etmiş və sınmış butulka ilə (?!) qardaşımın baş nayihəsindən kəsilmiş xəsarət yetirib. Lakin əvvəlcədən qəsdən qardaşımı Qüdrətin yanına köçürüb, qardaşımı vurmağa şərain yaratmış Adil Şirməmmədov Qüdrəti yox, qardaşımın başından qan axa-axa amansızcasına 2 gün döqülərək karsa salındı. Şikayət etdikdə isə qardaşım barəsində həqiqətə tam uyğun olmayan ittihamlar tərtib edilərək, hər dəfə döyülüb karsa salınır. Bizdə olan dəqiq məlumata görə, Adil Şirməmmədov illərdir nəinki mənim qardaşıma, ümumiyyətlə imkansız məhbusları təzyiq altında saxlayır.
Adil Şirməmmədov qəddarlıqları ilə məşhur olub, məhbusların ərzaqlarını oğurlayıb aparanda yaxalanan sabiq rəis Kazım Abdullayevin məhbuslara xüsusi işgəncə verməklə tanınır. Hesab edirəm, həbsxanaya təzə təyin olunmuş rəis Fikrət Qafarovun bu barədə məlumatı yoxdur, buna inanmaq da şətindir.
Son dəfə qardaşımla telefon danışığı zamanı o, qəddarcasına döyülüb, karsa salındığını
bildirdi və onunla təcili görüşməyimi istədi. Martın 9-da görüşə getsəm də, guya bazar günü olduğu üçün rəisin istirahət etdiyini bildirərək, nəinki mənə görüş verildi, hətta həbsxananın hər hansı rəhbərliti ilə görüşmək üçün səhərdən axşama kimi qapıda gözlədim, qardaşımın vəziyyəti barədə məlumat almaq istəsəm də heç kim məni qəbul etmədi. Ancaq apardığım sobqatları ona göndərə bildim. Rəisin qəbuluna gedib Şirməmmədobun barəsində ona məlumat verməyə, qardaşımın vəziyyətini görməyə imkan verilmədi.
15 mart tarixdə Ceyhunla telefon danışığı zamanı bildirdi ki, apardığım sovqatların çoxunu ona verməyiblər. Adil Şirməmmədov qardaşımı hədələyərək, “sənə hələ bu da çoxdur, şikayətinin nəticəsi belə olacaq, köşkün satıcısını sənin şikayətinlə işdən çıxardılar” deyib. Qardaşım həbsxanadakı köşkdə ərzaqların çox baha satıldığı barədə şikayəti yoxlanılıb təsdiqini tapmışdı və satıcı işdən çıxarılmışdı. Ona görə qardaşım Adil Şirməmmədovun göstərişi ilə karsa salınıb, 2 gün amansızlıqla döyülüb, işgəncələrə məruz qalıb. Ceyhun ona qarşı illərlə davam edən şəxsiqərəz təzyiqlərə məruz qaldığı barədə Baş Prokurora şikayət edəcəyini bildirib. A.Şirməmmədov onu hədələyərək hara yazırsan yaz, istəyirsən lap Fikrət Məmmədova yaz, sənin şikayətlərinə 2 gün karsda aldığın “cavabı” alacaqsan deyə onu hədələyib. Şirməmmədovun belə arxayınıiqla “heç kimdən qorxmaması” qardaşımın həyatına yaranmış təhlükəni təsdiq edir.
Mən rəsmi qaydada Baş prokurora, ombudsmana müraciət etmişəm nəticəsiz qalıb. hazırda mənim qardaşıma A.Şirməmmədovun təzyiqləri nəticəsində onun həyatına təhlükə yaranıb. Mən ancaq öz qardaşım barədə məlumat verirəm, lakin Şirməmmədovun əsasən imkansız məhbuslara qarşı qərəzli münasibəti barədə məlumatları digər məhbus valideyinlərindən də eşidirik. Hər dəfə Ceyhuna verilən işgəncələr barədə məlumat alanda xəstə anamın iztirabları ilə faciəli həyat yaşayırıq.”
Ömürlük məhbus Səbuhi Məmmədvəliyevin anası Firəngiz xanımın apardığı sovqatların yoxlanılmasında, hətta ananın apardığı xörəyin celofan torbaya boşaldılaraq yararsız hala salınması, hətta sabunların doğranmasından dəhşətə gəldiyini bildirir. Səbuhi uzun illərdir cəza çəkir, heç bir zərərli vərdişi olmadığı, istifadə etmədiyini dəqiq bilmələrinə bazmayaraq, ərzaqlarının belə təhqiramiz surətdə, antisanitar vəziyyətdə selofan torbaya boşaldılması Səbuhinin və illərlə cəza çəkdiyi müddət ərzində belə hərəkət görməməsini ona qarşı qeyri-insani hərəkətdən çox pis vəziyyətə düşdüyünü ürək ağrısı ilə danışırdı.
Qobustan həbsxanasından son zamanlar aldığımız məlumatlara görə çoxsaylı məhbusların səbəbi bildirilmədən illərlə öz şəxsi vəsaitləri hesabına təmir edib, dinc şəraitdə cəzasını çəkən məhbusları Adil Şirməmmədov tərəfindən zorakılıqla kameralarından çıxarılaraq, bəzi məhbusların özünəqəsd vəziyyətinə çatdırılması,(Elmar Mustafayev adlı məhbusun özünə xəsarət yetirdiyi və s. məlumatlar almışıq) Şirməmmədov rəisin sərəncamını icra etdiyini bildirdirir. Eyni zamanda bir-biri ilə pis münasibətdə olan, sağlam məhbusu keçici xəstəlikli məhbusla bir kameraya köçürüldüyü barədə də məlumat almışıq. Valideyinlərin rəislə hər hansı əlaqə yarada bilməməsi həbsxanada informasiya blokadasının yaradılması bu gün həbsxanada məhbusların kütləvi aclıq aksiyası keçirildiyi barədə məlumatı təsdiq və ya təqzib etməməsi məhbus yaxınlarını ciddi narahat edir. Uzun illər cəza çəkən məhbuslara aparılan ərzaqlarına məhdudiyyət qoyulması, sovqatları yoxlayarkən tam yararsız hala salınması, hətta sovqatların tam məhbusa verilməməsi barədə bu günə kimi Qobustan həbsxanasında yol verilməyib.
Ömürlük məhbus oğlum Şakir Rzaxanovla qanuna müvafiq qaydada həftədə bir dəfə telefon danışığının 3 həftədir olmaması da məni ciddi narahat edir. Ağır şəraitdə 15-25 illər cəza çəkən məhbuslara qarşı belə təzyiqləri istər məhbuslar, istərsə də məhbus yaxınları “məhbuslar hazırda Kazım Abdullayevin işgəncələrini geridə qoyan işgəncə və təzyiqlərə məruz qaldıqlarını “ bildirirlər.
Mən cənab Fikrət Qafarov həis təyin olunduğu gündən hər bir məhbusla görüşüb, problemkəri ilə maraqlandığını, uzun illər ömürlük cəza çəkən məhbusların hər hansı problemini həll edəcəyini, onlara dinc şəraitdə cəzalarını çəkməsinə hər cür şərait yaradacağını bildirmişdi. 2014-cü ilin 14 oktyabr tarixdə görüş zamanı oğlum da rəisin dediklərini təkrar etdi və apardığım sovqatlara baxış da əvvəllər olduğu kimi dinc şəraitdə keçirildiyi üçün bu barədə müsahibə də vermişdim. Hazırda həbsxana rəisinin orada baş verənlər barədə məlumatı olmadığını demək olmaz. Şəxsən mən və digər məhbus yaxınları cənab Fikrət Qafarov rəis təyin olunduqdan bu günə kimi onunla hər hansı əlaqə yarada bilmirəm telefona cavab vermir. Cənab Fikrət Qafarova yazılı müraciət etsəm də müraciətimə cavab verilmədi.
Biz, 2007-ci ildən 2011-ci ilədək Kazım Abdullayevin Qobustan həbsxanasını konslaqerə çevirərək,məhbuslara misli görünməmiş işgəncələr verməklə özünəqəsd vəziyyətinə çatdırılaraq ölən məhbuslardan, sonda məhbusların ərzaqlarını zibil yeşiklərinin altında həbsxanadan çıxararaq oğradığı barədə də, onun “cəzasının” təqaüdə göndərilməsi olduğunu da bilirik. Lakin bu gün Fikrət Qafarovun məhbuslara qarşı münasibətinin Kazımdan qat-qat daha qəddar olduğu, bütün karslar döyülərək salınmış məhbuslarla dolu olduğu barədə məlumatlar bizi çox narahat edir.
Mən AR Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Penitensiar Xidməti rəisi cənab Mədət Quliyevə müraciət edirəm, müraciətimdə göstərilənlərə münasibət bildirib, kütləvi aclıq keçirən məhbuslar barədə tam informasiya blokadasında olan həbsxananadan məlumat almaq mümkün olmadığı üçün bizə məlumat verilsin.”
Short URL: http://www.cumhuriyyet.net/?p=21031