Azərbaycan üçün ən böyük təhlükə kimdir? – VİDEOSORĞU

06.04.2015 - 16:39

rr“Röyter” və “İpsos”un ABŞ-da keçirdiyi sorğunun nəticəsi hər kəsi təəccübləndirib. İnternet vasitəsilə keçirilən sorğu zamanı məlum olub ki, ölkə əhalisinin əksər hissəsi hesab edir ki, ABŞ üçün ən böyük təhlükə hazırki prezident Barak Obamadır.

Sorğuda iştirak edən pespublikaçıların 34 faizi B.Obamanı, 25 faizi V.Putini, 23 faizi isə Bəşər Əsədi təhlükə olaraq, qəbul edir. Sorğuda iştirak edən 1083 demokrat və 667 bitərəfin 58 faizi İŞİD-i, 43 faizi əl-Qaidəni, 39 faizi kiber hücumları, 34 faizi Şimali Koreya lideri Kim Çen İri, 27 faizi isə İranın ruhani lideri Ayətullah Əli Xameneyini ölkə üçün əsl təhlükə hesab edir.

Bu sorğudan yola çıxaraq, biz də Azərbaycan əhalisinin kimi və ya nəyi ölkə üçün ən böyük təhlükə hesab etdiyini öyrənməyə çalışdıq. Bakı sakinlərinin rəyindən belə məlum oldu ki, Azərbaycan üçün əsas təhlükə ermənilər və Qarabağ problemidir. Təbii ki, fərqli cavablarla da qarşılaşdıq.

Bəzilər xristian xalqlarının, bəziləri Rusiyanın təhlükə olduğunu bildirdi. Sorğunun nəticəsinə görə, daxildə Azərbaycan üçün təhlükəli heç nə yoxdur. Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.(musavat.com)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=21363

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728