Avropa boyunca hicab davası

07.04.2015 - 02:32

hicabAlmaniyada ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib. Məhkəmənin qərarında deyilir ki, hicab qadağanı dini azadlıqların pozulmasıdır.

Bu məhkəmə işi Avropa boyunca müsəlman qadınların hicabı, niqabı və baş örtüyü ətrafında gedən debatların və məhkəmə işlərinin üzərinə bir daha işıq salıb. Əlbəttə, məhdudiyyətlər heç də təkcə müsəlmanların geyim məcəllələrini təsirləndirmir.

Məsələn, hindular və ya siqhlər məktəblərdə və iş yerlərində öz əmmamələrini geyinmək, xristianlar isə boyunlarından xaç asmaq hüquqlarını əldə etmək üçün iddialar qaldırmalı olublar.

Buna baxmayaraq, müsəlmanların örtüyü ilə bağlı məhkəmə işləri daha çox olur.

Buna bir səbəb də o ola bilər ki, Avropa boyunca hicabdan istifadənin sürətlə artmasına bir sıra Avropa ölkələri tərəfindən onların milli kimliyinə, gender bərabərliyinə, habelə din və dövlətin ayrılığı prinsipinə qarşı yönəlmiş faktor kimi baxılır.

Hicab hüququnu qorumaq istəyənlər isə belə bir əks-arqument irəli sürürlər ki, qanun və cəmiyyət dini azadlıqları, çoxmədəniyyətliliyi, dini və etnik azlıqların azadlığını müdafiə etməlidir.
Hansı ölkələrdə qadağanlar mövcuddur?

Avropa boyunca hicabın tənzimlənməsi dərəcəsi müxtəlif və fərqlidir.
Fransada hicab məktəblərdə qadağan edilsə də, universitetlərdə bu qadağan yoxdur.

tt

Türkiyə, dövlət qulluqçılarına, habelə müəllim və tələbələrə təhsil ocaqlarında (dövlət və özəl) hicablanmağı qadağan edir.

2004-ci ildə Fransa dövlət məktəblərində müəllim və şagirlərin hicab geyinməsini və dövlət qulluqçularının dini simvolika gəzdirməsini qadağan edib.

2010-cu ildə Fransa bir az da irəli gedərək tam hicabı ictimai yerlərdə, ümumiyyətlə qadağan edib.

2011-ci ildən Belçika da eynilə belə bir qadağan qoyub.

Regional miqyasda və ya müəyyən məktəb və iş yerlərində milli qanunlara uyğun olaraq bir sıra başqa məhdud yasaqlar da mövcuddur.
Avropa ölkələrində qadağanlara qarşı məhkəmə iddiaları olurmu?

Hicab qadağanlarına qarşı ən hay-küylü iddialar İsveçrə və Türkiyədə qaldırılıb və bu iddialar hətta Avropa İnsan Haqları Məhkəməsinə də gəlib çıxıb.

Məsələn, Avropa İnsan Haqları Məhkəməsi İsveçrədən təqdim olunmuş işə baxaraq müəllimə məktəbdə hicab geyinməsinin qadağan edilməsinin düzgünlüyünü təsdiq edib.

rrMəhkəmə, həmçinin Türkiyədə universitet tələbələrinə qoyulmuş hicab qadağanını qanuni hesab edib.

Gözləmək olardı ki, Avropa Məhkəməsi belə hallarda Avropa İnsan Haqları Bəyannaməsi üzrə öhdəliyini pozmuş ölkəni məsul edəcək.

Məhz buna görə də bir çoxları Avropa İnsan Haqları Məhkəməsinin dini məhdudiyyətlərə mübahisəli arqumentlə icazə verməsini tənqid edirlər.

Fransada tam hicabı ictimai yerlərdə qadağan edən 2010-cu il qanunundan da Avropa Məhkəməsinə şikayət edilib, lakin məhkəmə qadağanın qanuni olması barədə hökm çıxarıb.
İtaliyanın Varallo şəhərindəki bu park lövhəsi burqa, niqab və burgininin (darbalaqlı hicab) ictimaiyyətin qərarı ilə qadağan edildiyini bildirir

Böyük Britaniyada hər hansı formada hicaba hüquqi qadağan olmasa da, iş yerlərində və məktəblərdə məhdudiyyətlər qoyula bilər.

Bunun dini zəmində diskriminasiya olduğu barədə məhkəmə iddiaları qaldırılır. Məsələn elə də olur ki, bəzi iş növləri üzün açıq olmasını tələb edir və ya məktəblərin geyim məcəlləsi dini geyim məcəlləsinin icrasına imkan vermir. Lakin bu cür iddialar bir qayda olaraq rədd edilir.
Qadağanlar harada və nə üçün istisna edilib?

Almaniyada bəzi torpaqlarda (inzibati bölgü vahidi) müəllimlərin dövlət məktəblərində hicab geyinməsi qadağan edilmişdi və belə qadağanların qoyulmasına icazə verilmişdi.

Lakin uzun sürən məhkəmə çəkişmələrindən sonra, 2015-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi qərara aldı ki, belə qadağanlar Almaniyanın əsas qanununa – Konstitusiyada nəzərdə tutulmuş dini azadlıqlara ziddir.

Bunu etməklə məhkəmə belə bir nəticəyə gəldi ki, dövlətin dinə münasibətdə neytrallığı dövlət məktəblərindəki müəllimlərin dini simvollardan istifadəsinin qadağanını zəruri etmir.

Hollandiya və İsveçrə kimi bir sıra başqa Avropa ölkələrində isə ictimai yerlərdə tam hicabın qadağanı debatlara çıxarılıb, lakin lazımi siyasi çoxluq əldə edilmədiyindən təkliflər indilik bir kənara qoyulub.
Düşünmək olarmı ki, dövlətin bura qarışacağı yoxdur?

Əlbəttə, tam hicablanmanın ictimai təhlükəsizlik üçün problem yarada biləcəyini əsaslandırmaq mümkündür, lakin bu konkret haldan daha dərinə gedən məhdudiyyətlərin əsqaslandırılması potensial baxımdan problemli ola bilər.

Dini geyim üzərinə ifrat və pis əsaslandırılmış məhdudiyyətlərin qoyulması daha böyük sosial gərginliyə və fərdi azadlıqların daha çox məhdudlaşdırılmasına səbəb ola bilər.

Bu məsələyə son dərəcə həssaslıqla baxılmalıdır ki, fərdi azadlıqların sürüşkən yamacları ilə qarşılaşmayaq.(BBC Azərbaycanca)

Short URL: http://www.cumhuriyyet.net/?p=21454

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728