Dollarla bağlı qorxunc proqnoz

07.04.2015 - 14:52

Bloomberg dolların gələcək taleyi ilə bağlı şok yazı hazırlayıb

dollar2Dünyanın nəhəng ölkələri dollardan yaxa qurtarmağın yollarını axtarır. Bloomberg agentliyinin məlumatına görə, dünya ölkələrinin valyuta ehtiyatları artaq nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Bu tendensiya isə daha çox inkişaf etmiş Qərb ölkələrinə zərbə vuracaq. Ancaq dollar hələ bir müddət dominant valyuta olaraq mövqeyini qoruyub saxlayacaq. İnkişaf etmiş ölkələrin Mərkəzi Bankları 90-cı illərin sonunda Asiya ölkələrini vuran qoyan böhrandan sonra daxili bazarı qorumaq üçün valyuta ehtiyatlarını artırmağa başladılar.

Dünyanın əsas valyuta ehtiyatı saxlancları Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, İsveçrə, Braziliya və Rusiyadır.

Dünyanın ən böyük ehtiyat valyuta saxlancı sayılan Çin 2014-cü ilin dekabrında ehtiyatları 4 trilyon dollara çatdıqdan sonra bunu 3,8 trilyon dollaradək endirib. Bu hadisələrin fonunda Rusiyanın da ehtiyat valyutası 493 milyard dollardan 360 milyardadək endi. Bu isə ümumi ehtiyatın 27 faizi deməkdir.

Ancaq ard-arda rekord vuran dolların aqibəti gələcəkdə acınacaqlı ola bilər. Deutsche Bank-ın analitikləri dolların bahalaşmasının transmilli Amerika şirkətlərinə mənfi təsir edəcəyini düşünürlər.

Qeyd edək ki, artıq ilk belə siqnal gəlib. Amerikanın zərgərlik nəhəngi Tiffany gəlirinin getdikcə azaldığını elan edib. Kompüter avadanlığı nəhəngi Oracle də gəlirinin azaldığını bəyan edib. Bütün bunların fonunda Çin və Rusiya kimi dövlətlərin dollardan imtina etmək fikirlərinin olması xəbəri də ABŞ-ı ciddi düşünməyə vadar edir. Analitiklər dolların mövqeyinin yaxın zamanda nəzərəçarpacaq dərəcədə azalacağlını güman edirlər. (ANS)

Short URL: http://www.cumhuriyyet.net/?p=21606

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728