Əsgər anasının generallara tükürpədici müraciəti: “yalvarıram övladımı ölməyə qoymayın…”

13.04.2015 - 01:20

arzurehimSəfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidməti ilə bağlı zaman-zaman bir çox problemlər haqda yazılıb. Ucar rayon sakini Quluyeva Gülşən Ağaysa qızının şikayəti də sözügedən qurumda üzləşdiyi qanunsuzluqla bağlıdırş Vətəndaş cumhuriyyet.az-a ünvanladığı məktubda övladının qeyri-qanuni olaraq ordu sıralarına çağrıldığını bildirir. Həmin məktubu  olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Quluyeva Gülşən Ağaysa qızı mətbuat vasitəsi ilə yazaraq ölkə prezidenti İlhal Əliyevdən kömək istəyir və bildirirəm ki Ucar rayonunda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin şöbə rəisi başa bəla polkovnik leytnant Həbib Əliyevin haqqında ciddi tədbir görəsiniz.

Övladım Quluyev Əhliman Qəhrəman oğlu 1997 ci il təvəllüdlüdür və anadan gəlmə əlildir və pensionerdir. Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasından 2006 cı ildə keçərək artıq doqquz ildir ki rəsmən əlil kimi sosial müavinat alır . Anadan gəlmə əlil olan övladımı Ucar rayonunda hərbi həkim komissiyasında hərbi xidmətə yararlı kimi yazaraq xidmətə göndəriblər. Cənab prezident axı mənim xəstə rrövladımamı ehtiyacı var bu ölkənin? Hansı qanunda varki xəstə və əlil əsgər getsin? Azərbaycan hərbisində rəsmən əlil olan insan hal hazırda hərbi xidmət çəkir . Hansı güclü qüdrətli qoşunun 48 kilo çəkisi olan xəstə uşağa ehtiyacı ola bilər axı? Cənab prezident sizdən xahiş edirəm övladımı mənə geri verəsiniz . Bu uşaq hərbi xidmət çəkməyə yararsızdır bir ayağa yerə çatmır şikəstin qoşunda nə işi var ax? Bir ana kimi yalvarıram cənab Prezident övladımı ölməyə qoymayın .
Zakir Həsənov, xahiş edirəm əlil övladımı mənə qaytarın Müdafiə Nazirliyinin Hərbi Hospitalında təkrar komissiya təşkil edilsin. Xanlar Vəliyev, xahiş edirəm bu qanunsuzluğa hərbi prokror kimi göz yummayın.

Arzu Rəhimov, sizdən də xahiş edirəm bu başa bəla polkovnik leytnantınızı işdən azad edin və həkim komissiyalarınızın fəaliyyətinə ciddi fikir verin ki neçə neçə anaların gözü yaşlı qalmasın”.

QEYD: Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məsələylə bağlı açıqlamada bildirdilər ki, Quluyev Əhliman Qəhrəman oğlu Müdafiə Nazirliyinin tabeçiliyindəki hərbi hissələrdə xidmət etmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=22172

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728