Tam məxfi: Qarabağda müharibə təhlükəsi var, Rusiya qarışmayacaq

15.04.2015 - 14:36

esgerUkrayna böhranı göstərir ki, keçmiş sovet respublikalarının ərazilərindəki həll olunmamış münaqişələr istənilən vaxt qaynar fazaya keçə bilər. Bura Dağlıq Qarabağ münaqişəsi də daxildir. Bu barədə Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri yazır.

Rusiya Hərbi Ekspertlər Assosiasiyasının eksperti Aleksandr Perenciyev mövzunu şərh edərkən deyib ki, Donbasdakı vəziyyət Minsk razılaşmasına baxmayaraq kövrək olaraq qalır. Tərəflər arasında hərbi əməliyyatların yeni və daha irimiqyaslı fazasının başlaması riski var. İstənilən vaxt Moldovanın Dnestryanı bölgəsindəki münaqişə də alovlana bilər.

A.Perenciyevin fikrincə, müntəzəm olaraq atışmaların baş verdiyi və vəziyyətin gərginləşdiyi Dağlıq Qarabağ münaqişəsi də hər an qaynar fazaya keçmək riski daşıyır.

“Azərbaycan döyüşlə kəşfiyyat aparmağa və müntəzəm olaraq erməni ordusunun zəif nöqtələrini tapmağa çalışır. Bu il Dağlıq Qarabağ ətrafında vəziyyətin kəskinləşməsi müşahidə olunur. Azərbaycan tərəfi hesab edir ki, müntəzəm olaraq ərazilərinin işğal altında olduğunu xatırlatmaq lazımdır. Bunu təmas xəttində vəziyyətin müntəzəm olaraq gərginləşməsi asanlıqla sübut edir. Erməni tərəfi isə öz növbəsində düşmənə öz gücünü göstərməyə çalışır” – deyə ekspert bildirir.

Bildirilir ki, Ermənistanda hərbi baza saxlayan Rusiya incə siyasət aparır, eyni zamanda Azərbaycanla da, Ermənistanla da əməkdaşlıq edir. Ekspertlərin proqnozlarına görə, əgər bu iki ölkə arasında müharibə başlasa, Rusiya açıq şəkildə Ermənistanın tərəfində çıxış etməyəcək.(virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=22632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728