Azərbaycandakı radionun erməni baş redaktoru

08.07.2015 - 01:40

rr“Təəssüf ki, Azərbaycanda qanunvericilik bizə rus dilində radio işə salmağa imkan vermir”. Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində Rusiyanın “Sputnik” radiosunun Bakıda həyata keçirdiyi layihəsinin rəhbəri Əziz Əliyev bildirir.

“Biz radio layihəsini bir çox respublikalarda həyata keçirmişik. Qazaxıstanda 4 saat qazax dilində, 4 saat rus dilində yayılırıq. Moldaviyada və Tacikistanda da həm rus, həm də yerli dillərdə verilişlər hazırlayırıq”,- deyə “Sputnik” təmsilçisi bildirir.
Adı nə qədər yeni səslənsə də “Sputnik” əslində postsovet məkanında yaxşı tanınan və 1929-cu ildən yayılan “Qolos Rossii” (Rusiyanın səsi) radiosunun varisidir.

Və hazırda Rusiya dövlətinə məxsus “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkib hissəsidir. Bu informasiya agentliyi 2013-cü ilin sonunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə yaranıb. “Rossiya seqodnya”-nın baş direktoru isə məhşur rusiyalı jurnalist Dmitriy Kiselyov təyin olunub. Yeni qurumun fəaliyyətini şərh edən Kreml administrasiyasının rəhbəri Sergey İvanov “yeni struktur vasitəsi ilə bütün dünyaya Rusiyanın müstəgil siyasət apardığını və milli marağlarını qəti şəkildə qoruduğunu bildirmək” baxımından vacib olduğunu bildirib.
May ayından Bakıda yerli radioların biri ilə layihə başlamış “Sputnik” Azərbaycanda həm audio verilişlər hazırlayır, həm də rus və Azərbaycan dillərində portal işə salaraq xəbər yayır.
“Sputnik” radiosunun Bakı buraxılışı da sırf xəbərçiliklə bağlıdır – həftənin 5 iş günü səhər saat 10.00-dan axşam saat 20.00-a qədər hər saat başı xəbər bülleteni ilə efirə çıxır. Əziz Əliyevin təbirincə, məqsədləri nə baş verdiyini insanlara çatdırmaqdır. Yəni onun sözlərinə görə, radio baş verənləri Rusiyanın baxış bucağı altında Azəraycan dinləyicilərinə çatdırır. Hökumət dairələrinə yaxın mənbələrin dediklərinə inanılarsa, yaxın zamanlarda “Sputnik” radiosu Azərbaycanın rusdilli auditoriyasına daha yaxın olacaq və rusca da xəbər bülletini ilə efirə çıxacaq.
“Sputnik”-in işə başlaması Azərbaycan hökumətinin son illərdə xarici radiolara qarşı tutduğu siyasətdə qəfil dəyişmə kimi dəyərləndirilə bilər. Məsələ bundadır ki, 2010-cu ildə Azərbaycanda “Azadlıq” radiosunun, “BBC”nin və “Amerikanın səsi” radiosunun yayımı dayandırılmışdı. Həmin vaxt bağlanan radiokanallar sırasına Rusiyaya məxsus “Yevropa plyus Baku” da daxil edilmişdi. İndi isə göründüyü kimi, yalnız rus radiosu Bakıya qayıdır.
Yəni bu məsələdə birtərəfli yanaşma özünü göstərir. Amma problem təkcə bununla bitmir. Məsələ bundadır ki, 31 dekabr 2013-cü il tarixdən “Sputnik”radiosunun daxil olduğu “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır. Simonyan Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən biridir. Ermənistan qarşısında göstərdiyi “xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi” medalı ilə təltif edib.
Marqarita Simonyan uydurma erməni soyqırımının ən məşhur təbliğatçılarından biridir. Bir-iki il qabaq onun Krımda yaşamış nənəsinin qohum əqrabasını Türkiyədə türklər tərəfindən necə qətl edilməsi barədə uydurduğu tvit bütün rusdilli mətbuatda yayılmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27758

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728