Qobustan həbsxanasında “bespridel”

10.07.2015 - 00:44

hebsxanaQobutan həbsxanasında ömürlük cəza çəkən məhbuslar və onların saxlanma şəraiti haqda Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümat Rzaxanova cumhuriyyet.az-a məlumat göndərib.  Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Həbsxanada uzun illər imkansız məhbuslara qarşı işgəncə və digər cinayət xarakterli hərəkətləri ilə məşhur olan Adil Şirməmmədov barəsində məhbus yaxınları, şəxsən də özüm dəfələrlə əlaqədar rəhbərliklərə müraciət etsək də heç müraciətlərimizə cavab verilmir. Bu səbəbdən Adil Şirməmmədov həbsxanada arxayınliqla cinayət xarakterli hərəkətlərini davam etdirir. Həbsxana rəisi isə sanki bütün səlahiyyətlərini A.Şirməmmədova həvalə etmiş kimi, bu cinayətkarın qarşısını almır. Adil Şirməmmədovun bu hərəkətlərinə son qoyulması ilə əlaqədar həbsxana rəisinə müraciət edən məhbus isə Adil Şirməmmədov tərəfindən işgəncələrə məruz qalır! Şirməmmədovun işgəncə növlərindən biri həbsxanada bütün məhbuslara yerli-yersiz əl qandalı tətbiq edərək, (20 ildə belə hərəkətə yol verilmədiyi halda), sağlam məhbusu xəstə məhbusla, bir-biri ilə demək olar düşmən münasibətdə olan məhbisi zorakılıqla bir kameraya köçürərək təhlükəli qarşıdurma yaratmaq, ös vəsaiti hesabına təmir edərək dinc şəraitdə cəzasını çəkən məhbusu zorakılıqla təmir və şəraitsiz kameraya köçürərək,təmirli kameranı isə istədiyi “məhbusa” verir!

Bir aya yaxın müddətdir ki, oğlum Şakir Rzaxanov daha dözülməz işgəncələrə məruz qalır. Ona qarşı Adil Şirməmmədov tərəfindən təzyiqlər daha qəddarlıqla davam etdirilir. Beləki, 1994-cü ildə Moskva şəhərində həbsdə saxlanılmış, hazırda Qobustan həbsxanaya köçürülmüş, ağır psixoloji problemi olan, bir sıra ağır, keçici xəstəliklərdən əziyyət çəkən və qıssa müddət ərzində 7 kamera dəyişmiş, çox ciddi müalicəyə ehtiyacı olan Abbasov Zahiddikəhriz zorakılıqla Şakirin kamerasına köçürülərək, hər ikisinin həyatına təhlükə yaratmışdır! Adil Şirməmmədov məhbuslara işgəncə verərək, özünəqəsdə təhrik etmiş cinayətkar sabiq həbsxana rəisi Kazım Abdullayevun işgəncələrini icra edən cəllad olub! Bu gün onun arxayınçılıqla bu cinayətkar metodlarının qarşısının alınması xahişi ilə mən və digər məhbus yaxınları (Çingiz Paşayev, Zaur Süleymanov, Ceyhun Qəribovun və d.) əlaqədar rəhbərliklərə müraciət etsək də qarşısı alınmadı! Həbsxananın tibb-sanitar şöbəsinin rəisi Niyazi Eyvazovun həkim kimi birbaşa səlahiyyətlərini icra etməməsi, bu və digər hallara yol verməsi, nəticəsində məhbuslar artıq uzun illərdir həkim nəzarətindən kənar qalır!”

Short URL: http://www.cumhuriyyet.net/?p=27893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728