“Böyük Kirin revanşı” – İŞİD-ə qarşı İranla ittifaq

23.07.2015 - 00:24

rrAvstriyanın paytaxtı Vyanada İranın atom enerjisi ilə əlaqədar bağlanan tarixi müqavilə İŞİD-ə qarşı İranla ittifaqın yaranmasına yol aça bilərmi? İran və ABŞ arasındakı dərin tarixi inamsızlığa görə, hələlik İslam respublikası ilə alyansın yaranması mümkünsüz kimi görünür. Ancaq gizlədilməyə çalışılmasına baxmayaraq, fakt ondan ibarətdir ki, İran 2014-cü ildən İŞİD xəlifəsi Abu Bəkr Bağdadiyə qarşı ərəb və qərb ölkələri ilə birlikdə mübarizə aparır. (“Le Huffington Post”)

Bu şərtlər daxilində kürd peşmərgə qrupları və havadan zərbə endirən ərəb-qərb koalisiyası, başda “Əl-Qüds” dəstələri (İslam İnqilab Keşikçilərinin ölkə xaricində kəşfiyyat və hərbi əməliyyatlar aparan xüsusi təyinatlıları), həmçinin də şeyx Nəsrullanın ”Hezbulla”, Müktəda as Sədrin keçmiş ”Mehdi ordusu” və Hadi əl-Əmərinin “Bədr təşkilatı”-ından qurudan dəstək alırlar.

Ona görə də, hakimiyyətlər İslam respublikası ilə mövcud olan alyansı pərdə arxasında gizli şəkildə tutmaq istəyirlər. Axı bütün ideoloji və taktiki fikir ayrılıqları fonunda belə bir alyansın varlığına necə bəraət qazandırmaq və həmçinin də onun vacibliyini nə ilə izah etmək olar?

Şiəliyin müqəddəs torpaqlarını qorumağa üstünlük verdiyi üçün, Vaşinqton Tehranı dini ayrıseçkilikdə ittham edir. Ancaq indiki vəziyyətdə məsələnin siyasi tərəfini də hesabdan silməz olmaz. İran, koalisiya qüvvələrinin İŞİD-ə qarşı mübarizə bəhanəsi altında Bəşər Əsəddən yaxa qurtarmağa cəhd göstərdiyini də fikirləşir. Vaşinqtonun Tehranla ittifaqının yolunda digər əngəllər də var. Amerikanın bu regiondakı ənənəvi iki müttəfiqi olan İsrail və Səudiyyə Ərəbistanı belə bir ittifaqın yaranmasına qətiyyən razı deyillər. Hal-hazırda İsrail və Səudiyyə Ərəbistanı, 12 il sürən danışıqlardan sonra amerikanların İranla razılıq əldə etməsini çox əsəblə qarşılayırlar.

Regionda İran İslam Respublikasının artan nüfuzunu məhdudlaşdırmaqdan ötrü, artıq bir ildir ki, yəhudi dövləti ilə vəhhabi monarxiyası arasında gizli danışıqlar gedir.

Məlumdur ki, İran Amerika bazaları tərəfindən əhatə olunduğunu əsas götürərək, regionda özünə müttəfiq olan müxtəlif şiə hərəkatlarını müdafiə edir. Əgər məsələyə adi silahlar çərçivəsində baxsaq, onda söyləmək olar ki, məgər ABŞ tərəfindən dəstəklənən sünnü dövlətlər İrandan zəifmi silahlanır? Digər tərəfdən isə məgər İran bütün regional müdafiə müqavilələrindən kənarlaşdırılmayıbmı? Əgər siz hər tərəfdən təcrid vəziyyətinə salınacaqsınızsa, onda sizin üçün həyati vacib yeganə siyasət yolu, sözsüz ki, assimmetrik xarakter daşıyacaq. Deməli, İran uzaq müttəfiqlərini müdafiə etməklə, düşmənlərini qorxudur və onları özünə qarşı zərbə vurmaq fikrindən yayındırır. Belə bir perspektivdə Suriya prezidenti Bəşər Əsəd, özünün iranlı həmkarını dünyanın aparıcı dövlətləri ilə nüvə proqramı üzrə imzaladıqları müqavilə münasibəti ilə təbrik edərək, bu hadisəni böyük qələbə və İran üçün dönüş anı adlandırıb.

Əgər yadınızdadırsa, bu yaxınlarda Tehran Suriyaya bir milyard dollar həcmində kredit ayırıb. İstənilən halda Rusiyanın da Suriyaya köməyini hesabdan silməməliyik. Beləki, Rusiyanın silah ixracının təxminən 10%-i Suriyaya istiqamətlənir. Moskva hesab edir ki, Dəməşq İŞİD-lə mübarizədəki əsas oyunçulardan biridir.

Vaşinqton Ər-Riyad alyansı sual altındadırmı?

0111İranla nüvə proqramı üzrə bağlanmış müqavilə böyük ehtimalla, ABŞ-ın İsraillə olan alyansına ciddi təsir göstərməyəcək. Çünki İsrail Amerikanın Yaxın Şərq siyasətindəki mühüm strukturlarından biridir. Ancaq hər halda perspektivdə Vaşinqtonun Ər-Riyad ilə olan müttəfiqliyi, ABŞ-in regiondakı yeni maraqları və yeni qüvvələr nisbəti müstəvisində qurban da verilə bilər. Amerika–Səudiyyə xətti dağılmağa başlayır. Beləki, bu gün Amerikanın çıxardığı şist nefti onun enerji müstəqilliyinin strateji hissəsinə çevrilir.

İŞİD ilə aparılan müharibədə Vaşinqton, sünnü islamının ortası sayılan Ər-Riyada deyil, şiə islamının mərkəzi olan Tehrana söykənə bilər. Belə bir vəziyyətdə İran diplomatik, hərbi və elmi gücü, həm də ki, demoqrafik resursları ilə vəhhabi monarxiyasını xeyli geridə qoyur. Onda belə çıxır ki, nüvə proqramı üzrə bağlanmış tarixi müqavilə, Yəməndəki Tehran ilə Ər-Riyad qarşıdurması fonunda “Böyük Kirin revanşı” (Əhəməni imperiyasının banisi II Kir) ola bilər.

Vaqif NƏSİBOV
AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728