Sumqayıtda fəhlə qiyamı: “Ramazan bayramında balalarımız ac qaldı”

24.07.2015 - 02:18

rrSumqayıtda yerləşən Azerboru ASC zavodundakı fəhlələrin acınacaqlı vəziyyətini ilə bağlı veteninfo.az saytına şikayət məktubu daxil olub. Məktubda qeyd edilir ki, zavodun fəhlələri çox pis, çıxilmaz vəziyyətdə qalmaqdadırlar:
” Ramazan bayramında ailələrimiz ac qaldı. 3 aydır maaşlar verilmir, banklara olan kredit borcumuzu vaxtında ödəyə bilmədiyimizə görə bank tərəfdən narahat olunub əlavə gecikmə faizidə alırıq. Zavod rəhbərliyi zavodun inkşafı üçün ayrılmış pulları aidiyyatı üzrə xərcləməyib. Bütün işçilər hər bir aydan bir 67%-nən evə buraxılır. Aldığımız pul 120-167manat civarındadı. Çox vaxt pulu yarı-yarı verirlər. Onda da bilmirik bankı ödəyək yoxsa, ailəmizə çörək alaq”. Məktubda vurğulanır ki, əvvəllər zavodu zəbt edən idarə heyyəti yemək verirmiş: “Artıq 3aydır yemək verilmir.
Zavodda ümumi işçilərdən 5% işçi saxlanılır işdə hal-hazırda, o da BAKU STEEL COMPANY şirkətinin zakazların yerinə yetirmək üçün. Zavod rəhbərliyinin sözçüsü Oqtay adlı şəxs insanlar şikayət üçün bir yerə yığılanda deyir ki,” KIMƏ SƏRF ELƏMİR İŞLƏMƏSİN. Aydındır ki, burda məqsəd insanları bezdirib, oları iş yerlərinin tərk etməyə sövq etməkdir. Lakin bu məqsəd özü hansı böyük başqa məqsədi güdür anlamırıq. Artıq bir qism insanlar işdən çıxıblar. Biz işləyə biliriksə biz niyə işdən çıxmalıyıq? Zavodu işlədə bilməyənlər işdən çıxsınlar. Sizdən artıq dərəcədə xahiş edirik bu məsələni öz saytınızda işıqlandırın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=28757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930