Azərbaycan və Gürcüstan arasında məxfi sazişin detalları açıqlandı – FOTOLAR

28.07.2015 - 15:12
img1865370Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mamuka Areşidze Gürcüstanın “Tbilisiaviastroy” şirkəti və Azərbaycan tərəfi arasında bağlanmış müqavilə haqqında qalmaqallı məlumatı açıqlayıb və gürcü tərəfinin bilərəkdən rəqibinin inkişafına yardım etdiyini yazıb.
Oxu.az bildirir ki, bu barədə “Qruziya-Online” xəbər yayıb.
“Kviris palitra” qəzetinə müsahibəsində Mamuka Areşidze bəyan edib: “Kuluarlarda belə məlumat yayılıb ki, “Tbilaviastroy” 2010-cu ildə bağlanmış müqaviləyə əsasən Azərbaycana uçuş aparatlarını müddətsiz və heç bir şərt olmadan təmir etmək imkanı verib.
Deyirlər ki, şirkət həmçinin ixtisaslı mütəxəssislərini qonşu ölkəyə göndərib, Azərbaycan kadrlarını hazırlayıb və onların sertifikatlaşdırılmasını həyata keçirib.
Nəticədə bu gün Azərbaycanda, xüsusilə də Sumqayıt şəhərində, o cümlədən də Su-25 təyyarələrini əsaslı təmir edən güclü aviasiya müəssisəsi formalaşıb”, – deyə, Areşidze bəyan edib.
Onun sözlərinə görə, bununla da Gürcüstan üstünlükdən məhrum olub, çünki ölkə Qafqaz regionunda sovet istehsalı olan Su-25 təyyarələrini əsaslı təmir edə biləcək yeganə dövlət idi.
Bununla yanaşı, ekspertin rəyinə görə, qalmaqallı müqavilənin əlavələrindən aydın olur ki, bu müqavilədən əvvəl, 2008-ci il iyunun 14-də Azərbaycan Müdafiə Nazirliyi və “Tbilaviastroy” arasında digər bir sənəd imzalanıb.
“Həmin müqaviləyə əsasən, 2009-cu ilin sonunadək “Tbilaviastroy” Azərbaycana 124 mln. dollar qarşılığında tam təchiz olunmuş 15 ədəd Su-25 hücumçu təyyarəsi tədarük etməli idi. Bundan başqa, Gürcüstan Azərbaycana 25 milyon 76 min 370 dollar həcmində ehtiyat hissələri satmalı idi.
Lakin görünür, 2008-ci ilin avqust müharibəsinə görə “Tbilaviastroy” sifarişi danışılmış vaxtda yerinə yetirə bilmədi. Məlum olduğu kimi, həmin dövrdə Gürcüstan-Rusiya diplomatik və ticarət əlaqələri kəsildi.
“Tbilaviastroy” isə Su-25 üçün mühərrikləri Rusiyadan alırdı, yəni, 2008-ci ildə şirkət texniki təchizat ala bilmədi”, – deyə, Mamuka Areşidze bəyan edib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28856

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728