Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Tofiq Tağıyev sindromu

30.07.2015 - 00:26

rr“Papanin” hospitalı kimi tanınan, ölkənin ən böyük hərbi tibb ocağı sayılan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının çökməsi haqda məlumat daxil oldu. İlkin olaraq həmin tibb müəssisəsinin orada aparilan metro tikintisinin təsirinə məruz qalaraq çökməsini zənn etdik. Lakin jurnalist araşdırması nəticəsində aydın oldu ki, hospitalın çökməsinin tikinti işləri ilə heç bir əlaqəsi yoxdur. Söhbət uzun illərdir əsgər və zabitlərimizin əsas müalicə ocağı sayılan hospitalın mənəvi çöküşündən gedir və buna səbəb 2013-cü ilin sonunda oraya heç bir təcrübə və səriştəsi olmayan, “ailə”yə yaxın və “ailə”nin həkimi sayılan Tofiq Tağıyevin rəhbər təyin olunmasıdır. Xatırlatmaq istəyirik ki, Qarabağ müharibəsi zamanı minlərlə əsgər və zabitimizin müvəffəqiyyətlə müalicə olunaraq döyüş səngərlərinə qayıtmasında əsas rol oynayan bu hospitala əvvəllər Vaqif Şirəliyev, Həşim Cəfərov, Etibar Qasımov və Asif Qurbanov kimi təcrübəli və ixtisaslı, peşəkar hərbi kadrlar rəhbərlik etmişlər.
2013-cü ilin noyabrından hərbi tibb müəssisəsinə islahatçı kadr qismində rəhbər təyin olunan Tofiq Tağıyev haqda cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə 1993- 1995-ci illərdə Naxçıvan qarnizon Hospitalında terapeya bölməsinin rəisi işləmiş və işlədiyi müddətdə qeyri-qanuni əməllərlə məşğul olduğu, sağlam əsgərləri ordudan tərxis etdirməyə cəhd göstərdiyi üçün Qarnizon Hospitalının rəhbərliyi tərəfindən işdən azad edilmiş və ordu sıralarından uzaqlaşdırılmışdır. Belə bir şəxsin uzun illərdən sonra 55 yaşında baş leytenant kimi yenidən ordu sıralarına çağrılaraq ən iri tibb müəssisəsinə rəhbər təyin edilməsi çoxları üçün gözlənilməz bir təyinat olmuşdur. Təyin olunduğu ilk günlərdən onun səriştəsizliyi və hospital işini bilməməsi öz acı nəticələrini vermiş, hospitalın əsas göstəricisi sayılan döyüş hazırlığı kəskin aşağı düşmüş, hospitalda əsgər ölümlərinin sayı artmışdır. Bununla bağlı infeksiya yoxlaması zamanı hospitalın döyüş hazırlığı sıfır qiymətləndirilmiş, hospital rəisinin işi qeyri-qənaətbəxş hesab edilmişdir. Həm bu səbəbə, həm də Novruz bayramı ərəfəsində öz postunu bir həftəlik özbaşına tərk edərək ölkədən kənara çıxdığına görə Müdafiə Nazirinin qəzəbinə düçar olmuş və 2014-cü ilin mart ayında, xidmətinin 5-ci ayında tutduğu vəzifədən uzaqlaşdırılması üçün nazir əmr imzalamışdır. Lakin gizli bir qüvvənin təsiri ilə həmin əmr iki saat ərzində geri qaytartdırılmış , hospitalın açar və möhürü üzrxahlıq edilərək yenidən Tofiq Tağıyevə qaytarılmışdır. Müstəqil bir ölkədə, həm də müharibə şəraitində olan bir ölkədə Müdafiə Nazirin imzaladığı əmr iki saat ərzində geri oxutdurulması ürəkaçan bir iş deyil, ölkənin təhlükəsizliyi baxımından təhlükəli tendensiyadır. Bunun araşdırılması və müvafiq nəticə çıxarılması yaxşı olardı.

Baş verən olaydan sonra öz kreslosunda yerini möhkəmləndirən Tofiq Tağıyev hospitalda hegomonluq etməyə başlamış, hospital qısa müddət ərzində yerinə yetirməli olduğu funksiyanı dəyişərək özəl tibb müəssisəsinə çevrilmişdir. Hazırda həmin hospitalın başlıca vəzifəsi mülki xəstələrin müalicəsi ilə məşğul olmaqdır. Əsgər və zabitlərin müayinə və müalicəsi arxa plana keçmişdir. Etibarlı mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə, əhaliyə göstərilən ödənişli xidmətdən hər ay hospitalın hesabına 100 000 manatdan artıq vəsait daxil olur ki, həmin vəsaitin də 40%-imüxtəlif maxinasiyalar və maliyyə fırıldaqları nəticəsində şəxsən Tofiq Tağıyevin cibinə axır. Təkcə dərman preparatlarının alınmasından rəisə 20% pay çatır. Bunun nəticəsi olaraq da hospitalın fəaliyyəti üçün önəmli sayılan dərman preparatlarının qiymətləri şişirdilərək olduqca baha qiymətə alınır və hospitalda dərman preparatlarının təhcizatında ciddi problemlər yaşanır. Hospitalda dərman preparatlarının çatışmazlığından, müalicə olunan bir çox zabit və əsgərlərin müalicəsi üçün dərman və tibbi ləvazimat onların özünə və ya valideynlərinə aldırılır. Digər mənbələrdən aldığımız məlumata görə, 40-dan artıq şöbə və bölməni özündə birləşdirən hospitalda şöbə rəislərinin bəziləri hospital rəisi ilə ümumi dil taparaq mülki xəstələri qeydiyyatdan gizlədərək onların müalicə və müayinəsindən əldə olunan qazancı Tofiq Tağıyevlə bölüşürlər. Bütün bu və digər maxinasiyaların hesabına Hospitalın rəisi milyonçuya çevrilib, onun illik gəliri bir milyonu keçir. Son bir il ərzində 20000-lik avtomobilini 200000-lik daha komfortlusu ilə əvəz etməsi buna sübutdur. Tofiq Tağıyev isə bəzi yerlərdə həmin avtomobilin “ailə”yə göstərdiyi tibbi xidmətə görə “ailə” tərəfindən ona hədiyyə verildiyini bildirir. Əlbəttə, bütün bunların araşdırılması hüquq mühafizə orqanlarının işidir.
Bizi isə məsələnin başqa tərəfi maraqlandırır. Görəsən torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə başlansa ordunun əsas tibb ocağı sayılan Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tam döyüş hazırlığına gətirilə biləcəkmi? Bütün mütəxəssis rəyləri birmənalı olaraq bu suala “yox” cavabını verir. Çünki Tofiq Tağıyevin rəhbərliyi dövrdə hospital bir dəfə də olsun döyüş hazırlıq planına uyğun təlim keşməyib və Baş Qərargah rəisinin planlaşdırdığı təlimlərdə iştirak etməyib. Hospitala 20 milyon dollara başa gələn və 2013-cü ilin uyun ayında ordunun 85 illik yubileyi münasibəti ilə hospitala prezidentin gəlişi zamanı nümayiş etdirilən 2 ədəd hərbi səhra cərrahiyyə hospitalı Tofiq Tağıyev vəzifəyə təyin olunduqdan sonra onun tərəfindən cavabdehliyə götürülməmiş və baxımsızlıq üzündən yararsız vəziyyətə düşmüşdür. Hospitalın hava ilə doldurulan çadırları nəzarətsizlik üzündən çürüyərək sıradan çıxmış, əmlakın bir hissəsi talan edilmişdir. Hospitalda yaranan problemlərin aradan qaldırılması üçün heç bir tədbirlər görülmür və problemləri dilinə gətirən zabitlər dərhal vəzifələrindən uzaqlaşdırılırlar. Son bir ildə hospital mənəvi tərəfdən çökdürülərək elə bir vəziyyətə salınıb ki, bunun qarşısı tezliklə alınmasa çox ağır nəticələrlə yekunlaşacaq.
P.S. Mövzunu davam etdirəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28954

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930