Talıbov Naxçıvanda təhsil sisteminə sovet prinsipləri tətbiq edir

31.07.2015 - 01:01

Vasif TalıbovNaxçıvan Mustar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında sərəncam verib. Onun 28 iyul tarixli sərəncamında hər il 2 minə yaxın tələbənin Naxçıvanda ali və orta ixtisas təhsili müəssisələrindən məzun olduğu deyilir.

Lakin sənəddə ixtisasların dövlət və qeyri-hökumət təşkilatlarına (Bəstəkarlatr Təşkilatı, Aşıqlar Birliyi və Rəssamlar Birliyi) hamiliyə verilməsinin nə anlama gəldiyi, bunun maliyyə həlli və hüquqi nəticələri haqda bir kəlmə də qeyd olunmur.

İqtisadçı Rövşən Ağayev AzadlıqRadiosuna məsələ ilə bağlı deyib ki, sənədin başa düşülən hissəsi budur ki, konkret ixtisaslar üzrə oxuyanlar təhsil aldıqları dövrdə profil nazirlik və dövlət komitələrilə müntəzəm kontaktda olacaq, təhsildən sonra onların işlə təminatında bu qurumlar rol oyinacaq.

Amma aydın olmayan budur ki, hamilik prosesi necə olacaq – məcburi təyinat sistemini bərpa edəcəklərmi? Edəcəklərsə, axı, təhsil və səhiyyə təşkilatlarında, başqa dövlət qurumlarında bütün məzunları işlə təmin edəcək sayda boş iş yeri yoxdur. Yoxsa, sovetlər dönəmində olduğu kimi, hamı üçün ştat olacaq? Ümumiyyətlə təhsil dövrünün özündə bu hamiliyin rolu və forması necə olacaq, deyə Rövşən Ağayev ritorik suallar verir.

Hazırda muxtar respublikada üç ali (Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu), üç orta ixtisas təhsili müəssisəsi (Naxçıvan Tibb Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kolleci) fəaliyyət göstərir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29061

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930