DYP şəbə rəisinin 1 milyonluq otel restoranı – VİDEO

17.08.2015 - 00:52

rrBaş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovun Lənkəranda dəyəri bir milyon dollara yaxın olan böyük hotel-restoran kompleksi tikdirməsi barədə məlumat vermişdik. Rayon sakinlərinin verdikləri məlumata görə, Aşağı Nüvədi qəsəbəsinin Xəzər dənizinə birləşən hissəsində inşa edilən obyektin adı «Xəzər Palase»dir. Həmin otel-restoranın digərlərindən fərqli olmasının səbəbi isə tikilinin dənizin içində inşa edilməsidir. Və bu Lənkəran ərazisində ilk hotel-restoran sayılacaq.

Qeyd edək ki, Müşfiq Rəhimov rəhbərlik etdiyi şöbədə əsasən dövlət nömrə nişanlarının satışı ilə məşğul olur. Dövlət rüsumu 18 manat olan bəzi nömrələr var ki, onların qiyməti şöbə rəisinin yanında 18-20 min manat dəyərindədir. Məsələ ilə bağlı ayrıca bir araşdırmamız olacaq. Lakin həmin araşdırmaya qədər bəzi qısa izahatlar verərək, ümumi təsəvvür yaratmağa çalışırıq.

Bildirək ki, nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə. Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girməyə gərək yoxdur. Elə qapıdaca Aydın adlı köməkçiyə yaxınlaşıb, onunla məsələni həll etmək mümkündür.

Xatırladaq ki, hazırda Rəhimovun siyahısında ən bahalı nömrələr TT və EE seriyaları ilə başlayanlardır. 18-20 manat olan həmin nömrələrin start qiymətləri isə 1500-2000 manatdan başlayır. Digər seriyalı nömrələr isə müxtəlif qiymətlərə satılır. Cüt seriyalı və cüt rəqəmli nömrələrin qiymətlərinə isə yaxın düşüləsi deyil. Məsələn, 99-999 dövlət nömrə nişanı fərqli seriyalarla istənilərsə qiymət 15 min manatdan başlayır. Əgər seriyanın cüt olmasını istəyirlərsə, o zaman qiymət 230 min manata qədər yüksələ bilər.

Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29479

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031