Yeni “Gülərqeyt” olayı: Nəsib Mehməlilev və Eldar Əzizovun madat bazarlığı
Son günlər Balakən rayonu ilə bağlı cumhuriyyət. az olaraq bir sıra yazılar dərc edirik. Nöyabr ayında keçiriləcək parlament seçkiləri Balakəndə ciddi narazılıqlara səbəb olub. Belə ki, bu yaxınlarda Bakı şəhəri Nəsimi rayonunun icra başçısı vəzifəsindən vurulan Nəsib Məhməliyev, parlament seçkilərində 109-saylı Balakən seçki dairəsindən namizədliyini irəli sürüb. Nəsib Məhməliyev öz namizədliyinin YAP- tərəfindən irəli sürülməsinə nail olub. Bu haqda hələ bir müddət əvvəl danışılmışdıq. Nəsib Məhməliyev bir qrup adamın yanında ağzından qaçırmışdı ki, deputat olmaq üçün tələb olunan məbləği ünvanına çatdırmışam. Biz bu fikirləri dərc etmişdik və yazdıqlarımız öz təsdiqini tapdı. Bu günlərdə bir qrup Balakən ziyalısı və ictimaiyyət nümayəndələri rayon seçicilərinin adından cumhuriyyət. az-a yenidən müraciət ünvanlayıblar. Həmin sual dolu müraciəti olduğu kimi dəyərli oxucularımızın diqqətinə təqdim edirik:
“Çox hörmətli redaksiya. Bizlər bir qrup Balakən ziyalısı rayon seçicilərinin adından istərdik ki, bu müraciətimizi çap edəsiniz. Saytınızda son günlər dərc edilən yazılar rayonda geniş oxunmaqla yanaşı rayon ictimaiyyətini xeyli dərəcədə proseslərə diqqətli yanaşmağa sövq etmişdir. Əvvəla, onu deyək ki, Nəsib Məhməliyevin yaxın qohumları açıqca bəyan ediblər ki, Səbayıl rayonunun hazırki icra başçısı Eldar Əzizovun vasitəsi ilə eyni zamanda Bakı Sovetində işləyən xanımın köməkliyi ilə Nəsib Məhməliyevin deputat olması üçün tələb olunan məbləği lazım olan ünvana çatdırıblar. İstəyirik ki, baş verənlərə azacıq aydınlıq gətirək. Bir neçə gün bundan əvvəl Nəsib Məhməliyev Balakəndə YAP-ın binasında bir qrup adamın qarşısında çıxış edib. O, çıxışı zamanı özünün işlədiyi bütün dövrlərdə gördüyü işlərə görə fəxr etdiyini bildirmişdir. Nəsib Məhməliyev qeyd edir ki, mən Balakəndə böyük nüfuza malikəm. Nəsib Məhməliyev qeyd edib ki, mən işlədiyim dövrlərdə Balakən üçün çox işlər görmüşəm və rayon öz inkişaf dövrünü yaşayıb. Biz sual edirik. Nəsib Məhməliyev, əgər siz müstəqil şəkildə namizədliyinizi irəli sürsəydiniz, onda rayonda hansı nüfuza malik olduğunuzu gün kimi görərdiniz. Axı siz hansı saleh əməl tutmuşsunuz ki, indi də nüfuz sahibi olduğunuzu qeyd edirsiniz?
Çıxışı zamanı Nəsib Məhməliyev qeyd edir ki, vaxtı ilə Katexdə stansiya tikdirmişəm. Bu stansiyanın heç kimə xeyri dəyməyib. Çünki işlək vəziyyətdə olmayıb. Bu tikinti sırf mənimsəmə üçün həyata keçirilib və N. Məhməliyev bu layihədən əməlli-başlı yararlanıb. Digər tərəfdən Nəsib Məhməliyev qeyd edir ki, rayonda ATS- tikdirmişəm. Respublikanın bütün şəhər və rayonlarında həmin dönəmdə ats-binaları iki mərtəbəli tikilib. Bunu rayonları gəzib görmək olar. Ancaq nədənsə ATS- binası Balakənə gəlib çatınca bir mərtəbəli oldu. Niyəsi məlumdur. Binanın bir mərtəbəsini Nəsib Məhməliyev yedi. Nəsib Məhməliyev qeyd edir ki, rayon icra hakimiyyətinin düz yanında böyük zibilliyi doldurmuşam. Ancaq N. Məhməliev demir ki, həmin doldurduğu zibilliyin yanında özü üçün böyük bir kafe tikdirib və hazırda oradan alınan aylıq kirayə pulu onun yaxınlarına çatır. Həmin söylədiyi doldurulmuş zibilliyin üzərində ondan sonra işləyən başçıların tikdirdiyi möhtəşəm mədəniyyət mərkəzini görmürmü? Bu mərkəzin açılışına dövlət başçısının şəxsən özü gəlmişdi. Bəs Nəsib müəllim bunları niyə demir? Nəsib Məhməliyev çıxışında Azərbaycançılıqdan dəm vurur. Əgər o, Azərbaycanı bu qədər sevirdisə bəs nə üçün 1994-cü ildə rayonda millət söhbəti salan özü və qardaşı icra hakimiyyətinin binasını güllə-boran edirdilər? Bəs bu dövlət idarəsi deyildimi? Yaxşı olmazdımı ki, namizəd azacıq da olsa həmin illərdə baş verənlərə aydınlıq gətirsin?
Biz istəyirik ki, bir neçə sualı Nəsib Məhməliyevin bir daha diqqətinə ünvanlayaq. Biz istəyirik ki, bu sualları şeir qismində təqdim edək.
1. Mədəniyyət evinin arxasında deyirsən doldurmuşam katlavan
Yerində özünə tikdirdin restoran.
2. Yeni mədəniyyət evinə bax utan.
Nizami məktəbinin həyətini mağazalara satan
Yeni məktəblərə və bağçalara bax utan
Tikdirmisən zapravka xalqı edirsən talan.
3. Ulu öndərin Qabaqçöldəki büstünə
Qullar yoluna, yeni otelə, parka bax utan.
4. İtitaladakı qum karyeri ilə uddun kalan
İtitala mədəniyyət evinə, məktəbinə bax utan
5. Xəstəxananın yerini satan
Yeni xəstəxanaya bax utan
Hörmətli redaksiya, Xahiş edirik ki, müraciətimizlə bərabər bu şeirə bənzər ifadələrimizi də dərc edəsiniz. Nəsib Məhməliyevi öz namizədliyini 109-saylı dairədən irəli sürməsi onun şəxsi işidir. Ancaq bizlər hesab edirik ki, onun mənəvi haqqı yoxdur ki, bu addımı atsın. Onun Balakənə rəhbərlik etdiyi dövrlər də hazırda deputat olmaq istəyi də Balakən və balakənlilər üçün təhqirdir. Ömür boyu rayona, onun sakinlərinə zülm edəsən, sonra da onlardan səs umasan. Zərrə qədər vicdanı, mənəviyyatı olan adam bu addımı atmaz.
Redaksiyadan: Yazıda adı çəkilən Nəsib Məhməliyevin də mövqeyini dərc etməyə hazırıq.
Elçin İsmayıllı, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=33054