Nəsib Məhəməliyevi keçmişi ilə bağlı şok: ermənilərlə iş birliyi, qətl və…

20.10.2015 - 00:37

nesib-cra-bascisiNəsib Məhəməliyev uzun müddət Balakən rayon dəmir yolu vağzalının müdiri işlədiyi bütün balakənlilərə məlumdu. O vağzal müdiri işləyərkən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Balakən rayon şöbəsinin sədr müavini olub. Amma vəzifə şansı yaranan kimi o, siyasi mövqeyini 180 dərəcə dəyişib. N.Məhəməliyevə yaxın şəxslərdən cumhuriyyet.az-a sızan məlumatlara görə o, 2000-ci ildə Nəqliyyat Naziri Ziya Məmmədovun vasitəsilə Balakən rayon icra başçısı təyin edilib. Daha sonra isə Balakənə icra başçısı təyin ediləndən sonra o 2003-cü ildə Fərhad Əliyevi rayona gətirməklə onun dostuna çevrilib.
Ölkə Başçısının kənd təsərrüfatı rayonu olan Balakəndə kənd təsərrüfatının inkişafı üçün 40 %-li ğüzəştli yanacağın balakənlilərə verilməsi üçün 22 mart 1999-cu il tarixli Prezidentin fərmanına əsasən 26 may 1999-cu il 49 nömrəli nazirlər kabinetinin qərarına ğörə Balakən rayon kənd təsərrüfatı istehsalçılarına ğüzəştli yanacaq ğöndərilmişdir. Aqrar islahatlar aparılan zaman həmin dövrdə rayonun icra başçısı Şücaət Bağırov idi. Balakən rayonuna iki mərhələdən ibarət olmaqla təqribən 4 min ton yanacaq ayrılır. Həmin yanacaq təyinatı üzrə əhaliyə paylanılmalı idi. Kimin nə qədər torpağı var idisə kənd icra nümayəndəliyindən verilən talonda vətəndaşın adına nə qədər yanacaq alması ğöstərilməliydi.
Bununla bağlı yanacağın hansı formada vətəndaşlara verilməsi ilə bağlı verliş Balakən TV-də Şücaət Bağırovun ğöstərişi ilə əhaliyə çatdırılır. Şücaət Bağırov nədənsə küllü miqdarda dövlət əmlakını rayonda tanınmış dəfələrlə kantrabanda üstündə yaxalanan Yusif Məhəməliyevə həvalə edir. Küllü miqdarda yanacaq küllü miqdarda var dövlət demək idi. Yanacaq Yusif Məhəməliyevə həvalə olunandan sonra əhaliyə onun heç bir litri də çatmadı. Satıcı məlum qonşu Laqodexidəki erməni mənşəlli alıcılar məlum. Dövlətin küllü miqdarda əmlakı kantrabandistin ixtiyarına verilmişdi. Həmin hadisələr haqda məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, bu yanacağın hara ğetməsi ilə maraqlanan Qarabağ əlillərindən ikisi Ramiz Seyidov və Vüqar Bürcəliyev 24 iyun 2000-ci il tarixində gecə saat 23.30 radələrində Yusif Məhəməliyevin yanacaqdoldurma məntəqəsinə zorla aparılaraq özünün təşkil etdiyi cinayətkar dəstə üzvləri ilə vəhşicəsinə döyürlər. Ermənidən qaçıb dinc əhali arasında qoçu dəstəsi düzəldib sakit əhaliyə divan tutmağına ğörə nə əcəb indiyəcən yaxalanmamısan? Eyni zamanda Aqrar islahatlar zamanı rayonun Roçəhməd, Moğruztala, Əyritala kəndlərində yerləşən 210 hektar fındıq sahəsi püşk atma yolu ilə əhaliyə paylanılmalı idi.Püşk atma keçirildi həmin prosesi Balakən TV telereportyoru Telman Dibirov lentə aldı.Şücayət Bağırov bu məqamı da əldən buraxmaq olmaz deyib şərik kantrabandist Y. Məhəməliyevə müraciət edir ki 210 hektar fındıq plantasiysını nəğd pula satsın püşkatmanı isə ləğv etsin.Ümumilikdə həmin plantasiya ildə küllü miqdardq vəsait ğəliri idi. (yəni 20.100 ədəd fındıq ağacı) .Beləliklə Yusif Məhəməliyev əməliyyata başlayır Yusif Məhəmliyevin təşkil etdiyi qanunsuz dəstə ilə əhali arasında əlbəyaxa davalar başlayır. Əhali icra hakimiyyətinə şikayətə ğəlirlər ,ğəlməklərinə də peşiman olurlar Yusif və Şücayət Bağırovun ğöstərişi ilə şikayətçilərdən bir neçəsi KPZ-lərə salınırlar.Bütün bu olayları jurnalist Akif Məmmədli və onun dediyinə ğörə yerli TV-nin telereportyoru Telman Dibirov lentə alır. Akif Məmmədlinin ifadəsindən bir hissəsini olduğu kimi çap edirik:
“Mən o zaman Azadlıq radiosu və müxtılif qəzetlərlə əməkdaşlıq edirdim.DM-TRV-nin teleoperatoru Telman Dibirov bu olayları lentə alırdı mən isə reportaj hazırlayırdım.əhali ilə məmurlar arasında dartışmalar hətta əlbəyaxa davalar olurdu xalq özlərinə püşk atma yolu ilə düşən əmlak payından əl çəkmək niyyətində deyildilər kənd sakinlərinin ğözünü qorxutmaq üçün onların içərisindən bəzilərini qanunsuz polis şöbəsinə apararaq kameralara salırdılar.Həmin axşam ğecə saat 3- radələrində mənim evimə basqın edildi.Onların kimlər olduğunu pəncərədən onların ğəldikləri maşın işığında tanıdım.Onlar heç nədən,heç kəsdən qorxmadan yüksək səslə qışqıraraq məni söyüşlə təhqirlərlə bayıra çağırırdılar.Həmin ğecə ailəmlə çox təhkükə içindəydik.Onlar məni darvazadan xeyli təhqir edəndən sonra əsəbi halda çıxıb ğetdilər.Ertəsi ğün rayonda cinayətkar və kontrabandist kimi tanınan icra başçısının qardaşı Yusif Məhəməliyev mən işə ğedərkən mənə yaxınlaşıb bildirdi,əğər mənim fındıq plantasiyalarına sərf etdiyim pullar batsa mən bunu heç kimə bağışlamaram.bu hayıfı heç kəsdə qoymaram .Kənd sakinlərinin dediyinə ğörə fındıq plantasiyalarını ələ keçirmək üçün Yusif Məhəməliyev 25min ABŞ dolları sərf edibmiş.Cinayətkat dəstə üzvlərindən biri də kənd sakini Məmmədov İslam,yaşlı kənd sakinlərindən biri olan Abdullayeva Səhnənin evinə basqın edərək bildirir ki,siz plantasiyalardan əl çəkməsəniz sizi də Telmanı kimi( iş yerində zorakılıqla qətlə yerilən teleoperatoru nəzərdə tutur) bir buçağa qurban edərik”.
Ortadan bir az vaxt keçməmiş 1999-cu ilin avqust ayının 17-dən 18-nə keçən ğecə Balakən TV-nin 28 yaşlı telereportyoru Telman Dibirov polis şöbəsinin lap yaxınlığında əhalinin yaşadığı sıx ərazidə iş yerində işğəncələrlə qətlə yetirildi.Rayonda olan olaylarla bağlı çəkilmiş video kasetlər studiyadan yoxa çıxdı.
Mətndə yuxarıda ğöstərdiyimiz kimi desək,Yusif Məhəməliyevin rayonda başına qanunsuz cinayətkar dəstə toplamaqla o,öz cinayət əməllərilə korrupsiya .mənimsəmə ,talama ,veteranları vəhşicəsinə döymə , buçaqla hədələmə ,qanunsuz silah ğəzdirmə kimi və s.haları o, kimə arxalanaraq edirdi.Əlbəttə indiki 109 saylı Balakən seçki dairəsindən namizədliyini irəli sürüb sizin səsinizə çox böyük ehtiyacı olan Nəsib Məhəməliyevə. Belə bir vaxtda Telman Dibirovu kim qətlə yetirə bilərdi, qətlin üstündən 16 il keçməsinə baxmayaraq cinayətkarlar hələ də tapılmayıb.Necə də tapılsın axı ? Bakı şəhərindən telereportyorun cinayət işi ilə bağlı ğələn müstəntiqlər cinayət işinin tapılması yönündə iş apardıqları zaman nəsib məhəməliyevin müdaxiləsi ilə qarşılaşırlar.Yəni cinayət işini aparan müstəntiqlərə Bakı vasitəsilə müdaxilə etdirir.(müstəntiq açıqlaması) Nəticədə onun özü də dindirilir bu dindirilmənin nəticəsi onun bir aya yaxın dili tutularaq yataqda yatması ilə nəticələnir.
Rayonumuzun ,insanlarının istirahətini təmin edən yeğanə TV – miz vardı,bu TV-ni də Nəsib Məhəməliyev təzyiqlərin nəticəsində fəaliyyətini dayandırdı. Balakən rayon icra hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə icra hakimiyyətinin başçısının ğöstərişi ilə bütün idarə müəssisə rəhbərləri tək tək icra hakimiyyətinə dəvət olunaraq kollektivliklə Nəsib Məhəməliyevə səs vermələri tapşırılıb. Nəsib Məhəməliyev (YAP)-dan namizədliyi irəli sürüldüyü üçün icra başçısının fəallığını başa düşmək olar, Mustafa Dibirov isə xalq tərəfindən öz təsəbbüsü ilə namizədliyini irəli sürüb.Seçkilər azad olduğu bir zamanda səs vermə otağında seçicinin yanında öz müdirinin olmadığı halda sizin kimə səs verməyinizi heç kəs ğörməyəcək ,ona ğörədə hər bir Balakənli doğru seçim etməlidir.Mustafa Dibirov ,Nəsib Məhəməliyevdən fərqli olaraq heç bir ğörüş keçirmir yəqin ki, buna ehtiyac da duymur onun qapısı həmişə , insanların üzünə açıq olub bundan sonrada açıq olacaq,o demişdi seçsələr də sağolsunlar seçməsələr də.”Onun bir vaxtlar dediyi sözü indiyəcən unuda bilmirəm.Şəhidlər kitabını, hər bir şəhid ailəsini dindirib özüm yazdım bu kitabı, hər evədə olduqca ailə fəryadlarını şəxsən şahidi oldum ,sanki həmin dörləri təzədən yaşadım….çox ürək ağrıdan anlar idi”. Mustafa Dibirov Qarabağ müharibəsi zamanı jurnalist həmkarları ilə müntəzəm döyüş bölğələrindən Balakənlilər haqda xüsusi reportajlar hazırlayardı. Beş qardaş olan Məhəməliyevlərdən hansı Qarabağın qapısı hardan açılır onu bilməyiblər. Nəsib Məhəməliyevin hansı YAP-ı, hansı Dövləti, hansı Balakənlisini sevmişdisə bundan xəbəriniz varsa bizə də deyərsiniz . Kimsə belə bir halı müşahidə edibsə qoy bizlərə yazsınlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=35595

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930