YAP-çı sahibkar məmurları sıraya düzdü: Kəmaləddin Heydərov, Qorxmaz Hüseynov, Şirzad Abdullayev… – VİDEO

10.02.2016 - 00:45

icrabakıGöyçay rayon sakini, YAP üzvü, sahibkar Mayılov Çingiz Sabir oğlu üzləşdiyi problemlərlə bağlı cumhuriyyet.az-a müsahibə verib. Sahibkarlığa Kömək Milli Fondu, Fövqəladə Hallar Nazirliy, Azərsu ASC kimi dövlət qurumlarının açıq qanunsuzluqları ilə üzləşən iş adamı son ümid yeri kimi ölkə rəhbərinə üz tutur.

Ç.Mayılovun cumhuriyyet.az vasitəsilə müraciətini diqqətinizə çatdırırıq:Mən Mayılov Çingiz Sabir oğlu Göyçay rayon sakini, sahibkaram. 2000-ci ildən sahibkarlıqla məşğulam. Ulu öndər H. Əliyevin dövründən bütün bu günə kimi nə əldə etmişəmsə, hamısı mərhum prezidentimiz H. Əliyevin qurub yaratdığı dövrdə olub. Hal-hazırda da gördüyünüz kimi çörək zavodu tikmişəm. Bu zavodun tikintisinə 2013-cü ildə başlamışam. Göyçay rayonunun sabiq icra başçısı Mənsur Məmmədov mənə torpaq sahəsi ayırdı və sərəncam imzaladı. Mən həmin sərəncamı əlimdə əsas tutaraq, çörək zavodunun inşasına başlamışam. Neçə ildir ki, bu tikilini öz şəxsi vəsaitimlə inşa elətdirirəm. Sahibkarlığa kömək milli fondundan heç bir kömək, yardım görməmişəm. Dəfələrlə yardım üçün müraciət etmişəm, müraciətim qəbul olunub, ancaq heç bir maliyyə yardımı olunmayıb. Mən dəfələrlə Şirzad, Mahir müəllimin qəbulunda olmuşam. Mənə deyiblər ki, sənə 1 milyon bir yüz pul yazırıq. Gedib pulu alarsan və zavodu tikib istifadəyə verərsən. Ancaq təəssüf ki, bu işdən bu günə kimi heç bir xəbər yoxdur. Axırıncı dəfə 6-ay bundan öncə yoldaşımın adından müraciət etdim. Yoldaşım qadın sahibkardır. Bizi qəbul edəndə Şirzad müəllim baxdı və məni tanıyaraq dedi. Bu sənsən? Bəsdir də adam nə qədər şikayət edər? Görmürsən ki, büdcədə pul yoxdur? Mən ona dedim ki, axı cənab prezident sahibkarlığın, kənd təsərrüfatının inkişafında maraqlıdır, siz niyə dəstək vermirsiniz? Mən demək istəyirəm ki, cənab prezidentin dediklərinə yerlərdə heç kim əməl etmir. Mən bunun canlı şahidiyəm. Özüm də Yap üzvüyəm, H. Əliyevin dəstəkçisiyəm. Mən də bu ölkənin oğluyam. Mən cənab prezidentdən xahiş edirəm ki, mənim bu illər ərzində tikib qurduğum sahibkarlıq obyektlərinin məhv olmasına göz yummasın. Köməklik göstərsin. Mən artıq bu obyektləri itirmək üzrəyəm. Bu obyekt çörək zavodu kimi sənədləşdirilmişdi. Sənədləri də məndə idi. FHN-nin Yevlax-Mingəçevir regional idarələrinin əməkdaşları gəlib bizləri hədələdilər və tikintinin dayandırılmasına qərar verdilər. Məni FHN-nin baş idarəsinə çağırdılar və orada məndən tikintini davam etdirmək üçün 100. 000 min manat rüşvət istədilər. Mən deyilən məbləği vermədim. İki ildir ki, məni get-gələ salıblar, əvvəl 50. 000 min, sonra 30. 000 min manatda dirəşib dayanıblar. Mən məcbur olub obyektin sənədini ev kimi sənədləşdirdim. Bunu hamı bilir ki, bu boyda ev olmaz. Əgər bu zavod fəaliyyətə başlasa burada 100-150 işçi çalışacaq və 7-8 rayonun çörəyə olan tələbatı ödəniləcək. Cənab prezident:Sizdən artıq dərəcədə xahiş edirəm ki, sahibkarlığa dəstək milli fonduna göstəriş verəsiniz ki, mənə bu zavodu tamamlamaq üçün 300. 000 min manat pul versinlər. Həmin məbləğin içərisindən 50. 000 min manatı FHN-nə veriləcək. FHN-nin nümayəndələri bu gün deyə bilərlər ki, onlar məndən pul istəməyiblər. Ancaq məndə bu haqda sübutlar, çəkilişlər var. Burada mənə məxsus ərazidə hansı ki, mən burada 850 ağac əkmişdim. Əkdiyim ağacları məhv edərək, qəsdən başqa bir sahibkarı ərazimdə yerləşdiriblər. Həmin sahibkar hazırda ərazimdə ölü dana kəsib satmaqla məşğuldur. Həmin sahibkar Habil Hacıyevdir. Mən 2005-ci ildən otel tikintisinə başladım və 2008-ci ildə oteli tikib təhvil verdim. Hazırda burada xarici, yerli qonaqlar üçün münasib qiymətlərlə xidmət olunur. Bu otel vaxtı ilə cənab prezidentin dediyi ki, ölkədə iki ulduzlu otellər də olsun, həmin onda tikmişəm. Məni bu otelin lisenziyasına görə vaxtı ilə çox incitdilər. Sonralar prezident sağ olsun, lisenziyaları ləğv etdi. Sonradan bizə dəyən olmadı. Hazırda mən çıxılmaz vəziyyətdə qalmışam və artıq oteli satıram. Artıq istəyirəm ki, əmlakımı satıb borcumu verim və ölkədən bir dəfəlik çıxıb gedim. Məni yerli banklar 22% borca salıblar. Mən də sahibkaram. İstəyirəm ki, mən də sahibkarlıq üçün nəzərdə tutulmuş 6%-8%-lik kreditdən faydalanım. Mən də istəyirəm ki, ölkəmizdə ərzaq bolluğu olsun, iş yerləri açılsın. Mən də istəyirəm ki, mənə də şərait yaradılsın ki, mən belə zavodlardan 1-ni yox 5-ni, 10-nu tikim. Mənim digər deyəcəyim budur ki, azərsunun Göyçay rayonundakı idarəsi dövlətin ayırdığı 8 milyon pulu mənimsəyib. Bu şirkət içi mən daxil olmaqla xeyli sayda insanların şəxsi mülkiyyətində olan torpaqlarına soxulublar və su anbarları inşa ediblər. Bu günə kimi heç kimə kompensasiya verilməyib. Bizləri neçə ildir ki, məhkəmə yollarına salıblar. Hazırda azərsu və digər orqanlar bu əməlləri ilə bizləri dövlətdən, hökumətdən narazı salırlar. Baxmayaraq ki, məhkəmələr biz vətəndaşların xeyrinə qərar veriblər, azərsu bu qərarları icra etmir. Əksinə daha mötəbər yerlərdən zəng edərək, məhkəmə qərarını icra etməyə çalışan orqanlara təzyiqlər göstərirlər. Cənab prezident, xahiş edirk ki, bizlərə torpaqlarımızın geri qaytarılması üçün lazımı köməklik edəsiniz. Mən niyə öz halal yerimə görə məhkəmə iddiası qaldırmalıyam? Ekspertiza idarəsi də gəlib ölçüb-biçiblər, sputniklə baxıb təyin ediblər ki, ərazilər bizlərə məxsusdur. Ancaq bütün bunlara məhəl qoyan yoxdur. Cənab prezident:Sizə and verirəm ulu öndərin ruhuna. Bizə kömək edin ki, qanunsuz zəbt olunmuş torpaqlarımızı qaytarsınlar, bizə kömək edin ki, pozulan hüquqlarımız bərpa olunsun, yarımçıq qalmış çörək zavodu tikilib istifadəyə verilsin. Xahiş edirəm FHN-ə tapşırılsın ki, bizdən tikinti üçün təkrar rüşvət istənilməsin. Bizlər həmişə sizi dəstəkləmişik, indi sizin özünüzdən dəstək gözləyirik”.
Onu da bildirək ki, Ç.Mayılovun problemləri aşağıda təqdim etdiyimiz yazılıvideomüsahibədə sadalananlarla bitmir

  • İş adamına dövlət tərəfindən maddi yardım edilməməsinin pərdəarxası;
  • Qərib Məmmədov və Şirzad Abdullayevin qalmaqallı Göyçay səfərləri;
  • Sahibkarlığa Kömək Milli Fondunun pul vədi və müəmmalı tür iş adamı;
  • FHN rəsmisinin nazirlik haqda şok etirafları;
  • Ucuz çörək satışı kimlərin biznesinə zərbə vurur?

Mövzunu diqqətdə saxlayaraq bütün bu məsələlərə növbəti yazılarımızda aydınlıq gətirəcəyik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=52210

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930